230
rəqləyirdi. Sonralar, artıq onun kitabxanasının daimi üzvünə
cevriləndən sonra o kitabın S.Rüstəmxanlının “Ömür kitabı“ ol-
duğunu bildim, kitabla tanışlıqdan sonra isə çox şeyi dərk etdim.
Atam uzaq keçmişdə qalan uşaqlığını, itirdiyi gəncliyini tapmış-
dı bu kitabda. O, oxuduğu xatirələrin qanadında dünəninə dönə
bilirdi. Bilirdim ki, onun müəllifi də atam üçün qopub ayrıldığı
kəndin dağının, daşının bir parçası qədər əziz və sevimlidir.
S.Rüstəmxanlı “Ömür kitabı“ ilə “oxucu yaddaşının son dərəcə
həssas nöqtələrinə üz tutur”du. Ruhumuzun təzələnməyə ehtiyacı
olduğu bir dövrdə bu missiyanı reallaşdırmaq əsl hünər idi.
S.Rüstəmxanlı C.Yusifli ücün bu məqamda daha maraqlı, daha
dəyərlidir. Təsadüfidirmi, tənqidçi əsərin “Şairin portreti“ adlanan
hissəsində daha çox “Ömür kitabı”nın məhvərində fırlanır. Şairin
portretini onun şeirlərində deyil, “Ömür kitabı”nın şeiriyyətində
görükdürməyə çalışır. “Ömür kitabı” bizə “Anamın kitabı” qədər
doğmadır, gərəklidir. Amma bu kitab C.Yusifli ücün bir də ona
görə layiqlidir ki, orada vətənin, xalqın keçmişi, dünəni haqqında
həqiqət var, səmimiyyət var: “Sabir bu kitaba ruhundan keçən
taleyin yaddaşını köçürüb, ona görə də bu kitab həm tarix dir,
həm də tarix haqda sözdür. ...Vicdanlı tarix yazmaq üçün ”Ömür
kitabı”nı oxumaq gərəkdir.”
* * *
C.Yusiflinin kitablarını oxuyanda mənə elə gəlir ki, o, əslin-
də tədqiq etdiyi predmeti o məqsədlə seçir ki, ondakı dəyərlərə
istinadən dəyərsizliyə daha açıq meydan oxuya bilsin. O,
yaxşını üzə çıxarmağı meyar edərkən ədəbi prosesdəki naqis
meyllərin antitezasını yaratmış olur. Hələ bundan öncə çap
olunmuş “Azərbaycan poeziyasında Əli Kərim mərhələsi”
kitabında oxucu sözü gedən şairlə yanaşı, bütöv bir adlar sırası
ilə üz-üzə durur: Füzuli, M.Müşfiq, S.Vurgun, R.Rza, N.Hik-
mət, V.Mayakovski və.b. Yox, bu incələmələr Ə.Kərimi yalnız
öz dövrü ədəbi mühiti içində öyrənmək, yaxud onlar arasındakı
anoloji yanaşmaları üzə çıxarmaqdan ötrü edilmir. Müəllif bu
şairləri də kitabın qəhrəmanlarına çevirir. Onların ədəbiyya-
231
tımızdakı tutduqları mövqelərini müəyyənləşdirir, poetik
düşüncənin inkişafındakı rollarına dəyər verir. Bu dəyərdə, bu
münasibətdə Füzuli, S.Vurğun, R.Rza və.b.-na qarşı son vaxt-
lar ədəbi prosesimizdə hakim olan nihilist meyllərə bir üsyan,
etiraz da tüğyan edir.
Əslində, bütün bu “mərkəzdənqaçma” tendensiyaları araş-
dırılması vacib olan bir qütbü nişan verir: ümumən Azərbaycan
ədəbiyyatını sistemli səkildə tədqiq etmək. Ənənəvi stereotip
formada yox, yeni rakursdan, yeni düşüncə tərzi ilə, yeni bucaq
altında. Müəllifin fikirlərinə diqqət edək: “Ədəbiyyat tarixini
araşdırmağın mövcud ənənələri çərçivəsindən kənara çıxan ki-
mi, ədəbi mətnlərin içindəki poetik enerjini ənənəvi araşdır-
maya uyğun gəlməyən başqa bir bucaq altında öyrənməyə
başlayan kimi min illərin “daşlaşmış obrazları“ hərəkətə gəlir,
keçmişlə bu günün münasibətləri, gizli əlaqələri, bəzən çarpaz,
bəzən də paralel gedən xətləri, onların rəngi, səsi və nəfəsi
aydın təsəvvür və parlaq obraz formasında görünür”. C.Yusifli-
nin missiyası yalnız təqib qıldığı predmeti araşdırmaqla ona
görə bitmir ki, o, keçmişlə bu günün münasibətlərini bilir, gizli
əlaqələri üzə çıxarır, “bəzən çarpaz, bəzən də paralel gedən
xəttlər” ondan yan keçmir.
Hər şair potensial tarixdir, keçmişdir, özündə dünənin bağlarını
yaşadan və onu qırılmağa qoymayan yaradıcıdır. C.Yusifli
S.Rüstəmxanlıda ilk növbədə bu potensialı duyur və yanılmır da.
S.Rüstəmxanlının yaradıcılığı ədəbiyyatda dərk olunmuş milli
tarix, milli yaddaş hadisəsidir. Burada həm keçmiş, həm də bu
gün vəhdət halındadır, proses kimi canlıdır. Onun mətnlərində
xalqımızın tərcümeyi-halı, dilimizin, ruhumuzun mənşəyi, tarixi-
miz və taleyimiz sərgilənir. Təbii ki, bu yaradıcılığın, xalqa bağlı
poeziyanın kökü var, rişələndiyi qaynaq var. C.Yusifli bu kökü,
bu qaynağı axtararkən oriyentiri düzgün müəyyənləşdirir, ədəbiy-
yatımızın Rüstəmxanlı Sabirindən əvvəl yetirdiyi M.Ə.Sabirinə
üz tutur. Yalnız ona görə ki, S.Rüstəmxanlı poetikası üçün
xarakterik olan “yaddaşın son dərəcə həssas nöqtələrinə üz tutmaq
“xususiyyəti Sabir şerindən su içir.
232
Tənqidçi M.Ə.Sabirə daha geniş kontekstdə yanaşır, onu ən
yeni ədəbiyyatın başlanğıc nöqtəsi, dünənlə bu günün şeirini,
poeziyasını birləşdirən körpü sayır: “Sabirin yaradıcılığı ona
qədərki, və qəribədir, həm də ondan sonrakı ədəbi prosesin
gedişatını ən müxtəlif rakurslarda daxili və gizlin təhlildən
keçirir və bununla da özündən sonrakı ədəbi prosesin inkişaf
meyllərini müəyyənləşdirir”. M.Ə.Sabir o şairlərdəndir ki, haq-
qında nə danışırıqsa, necə danışırıqsa milli təyini işlətmədən
ötüşə bilmirik, milli sözü onu xararterizə edən başlıca meyara
dönür. Onu öz xələfi S.Rüstəmxanlı ilə birləşdirən də ilk növ-
bədə bu məqam, onların milli düşüncə daşıyıcıları olmalarıdır.
* * *
Dövr, zaman dəyişdikcə ona münasbət, yanaşma meyarları
da dəyişməyə məruz qalır. Ədəbiyyat tariximiz, bu tarixi yara-
dan sənatkarlar da həmçinin, dəyişən zamanla bərabər tədqiq
predmetinə çevrilirlər. Əsas missiyamızı dəyişən tarix və za-
man keçidində dəyərləri itirməmək, irs–varis münasibətlərində
harmoniyanı qorumaqdır. Bu gün C.Yusifli öz yaradıcılığı ilə
həmin ali məqsədə xidmət edir, yeni ovqat və statusda özünü-
ifaya, estetik özünüdərkə çalışan tənqidimiz üçün layiqli mate-
rial verir. Yalniz yeni tənqid hadisəsi olduğuna görə deyil, həm
də “ədəbiyyatda yaşamağın formulu”nu tapmaq üçün bu tən-
qidə üz tutmağa dəyər.
Dostları ilə paylaş: |