237
niyə ölmürsən, şairim?
yaşadıqca üzündə Allah qocalır
yalnız ölülər
yol boyu hamıdan ucadır.
“Yaşadıqca üzündə Allah qocalır” – bu fikir “Ənəlhəqq”
deyib, insanı Tanrı səviyyəsinə ucaldan Həllac Mənsur təsəv-
vürlərindən, Nəimi ideyalarından su içmirmi? Eləcə də:
hələ yaşadır məni
içimdəki ölmək ehtirası.
Eh, ölümü neynirəm ki,
onsuz da kəpənəkləri
diri ikən toz basır
− misraları “Ey Nəsimi, yeru göy, xirqə ərənlər donudur,
Geymədi münkir anı, sandı ki, zindan kəpənək” deyib kəpənəyi
“müqəddəs geyim” kimi qavrayan
hürufi dünyagörüşünün çağ-
daş əsrdə mifopoetik bərpası deyilmidir? Teatrşünas A.Talıb-
zadənin yazdığı kimi, əgər “hürufilərin mistik bilgilər paradiq-
masında kəpənək Allah, Ənəlhəqq, Mən, Fəzl, Nəsimi, Leyli,
Kainat, Kosmos, Mütləq Harmoniya, huri və qılmanın bulun-
duğu cənnət, maddi və ruhi
aləmin birgəliyinə görk, ilahi, sak-
ral, müqəddəs bir şifrədir”sə, o zaman bunların gerçək məna-
sını, mənəvi mövcudluğunu bu dünyada ikən dərk edən şairin
“ölümü neynirəm ki” deməyi haqlı qanunauyğunluq, məntiqi
sonluq sayılsın gərək. Ümumiyyətlə,
Aqşinin şeirləri iki dünya
arasında körpüdür, yoldur. Burada sabit olum, yaxud mütləq
ölüm yoxdur. İki hiss, iki dünya bir-birinə çulğalanmış haldadır
və bu dünyanın hansındansa şairi təcrid eləmək,
onun poetik
aləmini daraltmağa bərabərdir. O, müqəddəs Tanrı dərgahına
ucalmağa müntəzirsə də, fani dünyanın yaşantılarına da meylli-
dir, “Haqq ilə Haqq”sa da, insan ilə insandır, ölümə nə qədər
təşnəlidirsə də, həyata bir o qədər ehtiraslıdır:
238
bəlkə quşlar da
özünü öldürmək istəyir hərdən.
Ağacların başından ataraq
nə böyük bədbəxtlikdir
uçmaq
bəlkə ən böyük dərddir
ağacların tək ayağı
bəlkə də bizim kimi
dünyanı görmək istəyidir
ağacların ucalığa
boy atmağı.
Ancaq nə bir quş özünü öldürə,
Nə bir ağac dünyanı görə
bilib hələ
ay qardaş, biz nə xoşbəxtdik
dünyanı görmək
və özümüzü öldürmək imkanımızın
çoxluğu ilə
Tanrıya olan hiss və bu hissi bütün hallarda uca tutmaq məra-
mı şairin,
demək olar ki, əksər şeirlərində izlənilir, onun psixoloji
yaşantılarını, duyğularını şərtləndirən əsas amil olur. Və bəzən bu
sevgi qəribə bir mühafizəkarlıq şəkli alır: şairə görə, üzündə Tanrı
olan insan yalnız sevilməyə layiqdir. Qorxu hissi bura yaddır.
Çünki “biz Allahı tapanda qorxunu itiririk” (Pifaqor). Sevgi yox,
qorxu yağan simada isə Allah əbədiləşə bilməz:
demə adam sifətində
özümüzə qorxuymuşuq.
Biz ən böyük qorxumuzun
adını Allah qoymuşuq.
birimizin ömrü gödək
birimizin bəxti qırıq
biz Allahdan qorxa-qorxa
qorxumuza sığınırıq.
239
elə ki, tək qalır adam
ömür-gün düyünə düşür.
Hamı Allahın altında
Allahın üstünə düşür.
Əlbəttə, bu şeirdə Allaha sevgisi əksini tapıb, belə demək
caizsə, müəllif qarşısına Tanrı ilə bağlı qənaətini bölüşmək niy-
yətini qoyub və bu niyyəti misra-misra əyaniləşdirib də.
Və qeyri-
ixtiyari şairin məhəbbət mövzulu şeirlərini arayır, bu şeirlərdə
azacıq təbəddülatla üzləşəcəyinə, real sevginin daha çox cəlb
edəcəyinə gümanlı olursan. Axı sevgi hisslər dünyasıdır. Hisslər
dünyasında ağıl da, mühakimə də susmalıdır. Amma hətta bu
məqamlarda belə, əmin olursan ki, şair öz ilahi
sevgisini heç bir
bəni-adəmlə paylaşmağa hazırlaşmır, dini-fəlsəfi düşüncələrini
burada da davam etdirir və belə hallarda sevgi mövzusuna
müraciətin özü bir vasitə, akvarel fon səciyyəsi daşıyır:
Dostları ilə paylaş: