246
kimidir.” (Günel Mövlud) Amma sən demə başqa cür də olur-
muş, necə ki, sonda məlum olur ki, bütün bu sərgüzəştlərin ar-
xasında duran insan elə qadının öz əri imiş. Heyrətamiz final...
Bu anda əsərin məchulluğa bürünən çevrəsinin biri açılıb da
digəri üzümüzə bağlanır. Bir qədər əvvəl nədən təəccüblən-
məyimizin özü belə sual doğurur: məgər yazıçı cani ola
bilməz? Axı bir ifadədə deyildiyi kimi “elə insanlar var ki, səs-
siz cinayət daşıyır”. Yaxud, polifonik fantaziyalar yaradan,
çəkdiyi rəsmlərlə insanları həyatın adiliyindən, bozluğundan
təcrid edib ilahi lallığa aparan, sehrə salan rəssam sevdiyi
qadını darıxmasın deyə onun həyatını rəngə boyaya bilməz?
Yeni dövrün- müstəqillik epoxasının nəsrini səciyyələndirən
əlamətlərdən biri onun qadın dünyasını bütün iç tərəfləri- sərt
psixologizmi və fəlsəfi dramatizmi ilə sərgiləməsi oldu. Yəni, ”
bir var emansipə olunmuş qadını məxsusi vurğulayasan, bir də
var zamanı gələ-onu eləcə təsvir edəsən...” (T.Əlişanoğlu.
Nəsrdə “qadın diskursu” Tənqid.net jurnalı, 2008, N-5, səh.91)
İlqarın nəsrində qadın öz duyğusal aləmi, ruhi-mənəvi yaşantısı
və banal ədası ilə haşiyəsiz-boyasızdır.
Hər iki əsərdə qadın yaşamının ekzistensiyası yaradılır,
müəllif üslubunun özünəməxsus təsvir bacarığı sayəcində
naturfəlsəfi məqamlara diqqət yönəltməklə qadının ruhsal dün-
yası və mənəvi yaşantısını ictimai-psixoloji müstəviyə çıxarır.”
O, ailə üçün yaranmamışdı. Laləylə yaxınlıq həm maraqlı,
bununla bərabər həddindən artıq ağır idi. Onun çox qəribə,
qeyri-adi xasiyyəti vardı. Elə bil ki, hər gün tamam ayrı adam
olurdu. Gözlənilməz qəribə hərəkətlər, qeyri-adi istəklər onu
çox cazibədar göstərsə də, bu, onunla normal ailə həyatını
mümkünsüz edirdi.” (“Aktrisa” əsəri) Onun hər iki əsərinin ar-
xasında qadın təkliyi, tənhalığı dayanır, gündəlik, real həyatın
bozluğundan yorulan, adi məişət tərzinin yaşantılırından bezən
hər iki qadının xarakterik cizgiləri, iç dünyaları, mənəvi aləmləri
onların romantika axtarışı proseslərində, bəsitlikdən, yekrənglik-
dən qurtulma çabalarında daha qabarıq görünür. Gəl ki, bu çabalar
heç də həmişə uğurla nəticələnmir. “Aktrisa”dakı qadına bu oyun
sərgüzəştləri ona ərinin və özünün ölümü bahasına başa gəlir.
247
“Akvalanq”dakı qadının isə bəxti sadəcə onda gətirir ki, onun
oynadığı “tamaşanın” tərəf-müqabili öz əri olur.
“Akvalanq” antitezalar üzərində yaradılan əsərdir. Əsərdə
elə bir ciddi sosial problematika olmasa da, bəşəriyyətin əbədi
mövzularından olan xeyir-şər, insan nəfsinin, onun izzət və
şərafətinin sınağa çəkilməsi məqamları bədii müstəviyə çıxarı-
lır. Burada dəniz həm müqəddəslik simvoludur – o, günahı, çir-
kabı yuyacaq, özündən itələyəcək qədər təmizdir, məsumdur.
Amma digər tərəfdən o, şeytan kimi insanı günaha sövq edən-
dir, romanın gənc qəhrəmanı olan qadın öz akvalanqını gör-
mək, onu tanımaq, bu naməlum “aşiqinə” qovuşmaq sevdası ilə
hər gün dənizə baş vurur. Hətta bir addım bu yana, arzuladığı
vüsal anı baş tutacağı təqdirdə öz həyat yoldaşını belə bu
akvalanqa dəyişəcəyinə oxucunu inandıran bu qadın təskinlik
üçün seçilən məkanın – görüş yerinin məhz dəniz olması səbə-
bindən özünü bir o qədər də narahat hiss eləmir. Dənizin
təmizliyi sanki onun vicdanına da su səpmiş kimi olur. Ümu-
miyyətlə, “Akvalanq” əsərində fərdi-daxili təkamül ideyası,
qəhrəmanını işığa aparan katarsis prosesi var. Burada mistik
düşüncə gerçəkliyin təbiiliyi ilə çulğaşmış, qaynayıb-qarışmış
haldadır. Əsərdəki fəlsəfi notlar da cənnət-cəhənnəm, xeyir-şər,
məsumluq-günah, nəfs-şərəf antitezalarına köklənir. İnsanın
günahını dərk edərək ondan uzaqlaşma cəhdləri, bəzən də onlar
arasında sərhədləri itirmə disharmoniyası hissin, duyğunun
psixoloji ladda gərginliyinə gətirib çıxarsa da sonuc mənəvi
dünyanın qələbəsi ilə nəticələnir. “Aktrisa” əsərində isə edilən
cinayətin dərk məqamı sahibinə-yazıçıya intihardan başqa çıxış
yolu qoymur: “ Yox, belə eşq ola bilməz. Bu yalnız nəfsin
istəyi, bədənlərin cazibəsi idi. ....Heyf ki, mən bunu çox gec
başa düşdüm. Xirtdəyim şeytanın cənginə keçəndən sonra Alla-
ha tərəf baxmağın nə xeyri...
İlahi, bağışla məni. Mən sənin son imtahanından üzüağ çıxa
bilmədim. İblis məni düz yolumdan sapdırdı, məni qatil elədi.
Hə, hə, iblis. Bu onun yox, iblisin tamaşasıydı. Məni imtahana
çəkməkçün qurulan tamaşa... Bəlkə O, elə özü iblisdi? İblisdi,
şaytandı, Allah bilir hər nədi... Görəsən məndən sonra nə qədər
adamı yolundan sapdıracaq.”
248
Belə bir mühakimə motivi “Akvalanq”da da var. Sadəcə
burada qadının içində gedən katarsis prosesinə rəvac verən
başlıca nəsnə rəssam ərinin çəkdiyi Peyğəmbər şəkli olur.
Daim dənizə, naməlum akvalanqını görməyə can atan qadın
ərinin çəkdiyi peyğəmbər şəklinə o qədər də maraq göstərmir,
içini şeytanı hiss bürümış kimsənin belə bir ovqatda bulunması
imkansız bir şey... Daha doğrusu, günah daşıyan insan necə
başını qaldırıb səmaya baxa bilmirsə, qadın da bu şəklə baxmağa
çətinlik çəkir. ” ...qəfildən nəzərim Azadın arxasında, azca sağda
qoyulmuş molbertə sataşdı. Özümə tam gəlməsəm də, şəkil elə
bil nəzərlərimi zorla tutub saxladı. Deyəsən, tam işlənib
qurtarmamışdı. Axır vaxtlar tabloya heç diqqət verməmişdim,
fikrim dənizdə olduğundan, Peyğəmbərin əvvəl boş olan yerinin
nə vaxt dolduğunu da hiss eləməmişdim. Onun atı da, bədəni də
çox gözəl formada işlənmişdi, ancaq sifətinin yerində qəribə bir
gözqamaşdırıcı işıq parıldayırdı və elə bil getdikcə daha da
güclənirdi. Şəkildən günəş doğurdu sanki.” Sonda, o zaman ki,
qadın içini sarmış günah məngənəsindən qurtulduğunu zənn
edir, daxili “mən”i də mənəvi-ruhani aləmə transformasiya
olunur:” Həmin an mən o parlaq çöhrədən çıxan işığı sevdim,
dəhşətli dərəcədə sevdim və anladım ki, bundan sonra bütün
taleyim yalnız və yalnız o işığın ixtiyarındadı. Bundan sonra
mən daha heç vaxt günah etməyəcəm. Ən azı, məni Xilas edən
O işıqdan utanacağam, çəkinəcəyəm, xəcalət çəkəcəyəm.”
Ilqarın nəsri psixoloji ovqat nəsridir. Onun əsərlərində
obrazlar öz qeyri-adilikləri, xəlvətdə saxlayıb gizlətdikləri key-
fiyyətlərin özünəməxsusluğu, hətta ölümlərini belə gözə alaraq
öz həyat prinsipləri üzrə hərəkət etmək çoşğusu ilə maraq
doğururlar. Ilqarın nəsrinin səciyyəvi cəhətlərindən biri onun
güclu romantikaya malik olmasıdır. Hətta kriminal mövzulu
“Aktrisa” əsərində belə qüvvətli romantik təsir gücü var. Əsər-
də oxucunu gərginlikdə saxlayan hadisələr, mürəkkəb vəziyyət
doğuran situasiyalar gözlənilmədən ayrı müstəviyə-psixoloji
qata kecirilir və bu qatda artıq romantik ovqat hakim olur. Bu
baxımdan, real bir cinayət səhnəsinin təsviri ilə başlayan, axıra
qədər də bu cinayətin izini tapmaq məramı ilə davam edən
249
əsərin son – açılış səhnələri romantik haləyə büründüyündən
kədərli sonluq təəssüratı yaratmır.
Hər iki əsərin sonu qəhrəmanla oxucu arasında yüngül
namüəyyənlik ilə sona yetir. “Aktrisa” əsərində cinayətkar
yazıçı oxucunun diqqətinə çatdırır ki, onunla oyun oynayan
qadın son dəqiqələrinə kimi bircə dəfə də olsun onun səsini
eşitmədən dünyadan köçüb. “Akvalanq”da isə əsərin baş
qəhrəmanı bizə onun adını belə bilmədiyimizi üzə vurmaq
fürsətini əldən vermir.
“Aktrisa” povestində öz monotamaşasını oynayan qadının
sözləridir: “Hər bir insanın həyatı özünün səhnəyə qoyduğu bir
pyesdir. Özümüz qururuq, özümüz də oynayırıq, Uğurun da
uğursuzluğun da məsuliyyəti yalnız öz üstümüzə düşür...
Amma təəssüf ki, heç kimin aktyorluq fəalliyyəti yalnız öz
pyesi ilə məhdudlaşmır. Hər kəs öz səhnə əsərinin rejissoru
olmaqla bərabər, eyni zamanda minlərlə başqa əsərdə müxtəlif
rollar ifa edir. Baş rollardan tutmuş kiçik epizodlara qədər.”
Həqiqətdir, bu rollar həmçinin daxilimizdəki gizli “mən”i tanı-
mağa, ondakı işıq yaxud qaranlıq, xeyir, yaxud şər əlamətlərini
üzə çıxarmağa, aşkarlamağa yardımçı olur. Bəlli olur ki, heç
insan özü özünü lazımınca tanımır, yüngül bir qığılcım bu
özünüdərk məqamla təmasa yardımçı olur, gizlinlərin görün-
məsi üçün enerji mənbəyinə çevrilir. Necə deyərlər, tipik
qəhrəmanın mövcudlığu üçün tipik şərait yaransın gərək. O
zaman çalışaq ki, qorxulu oyunların aktyoruna və qəhrəmanına
çevrilməyək. Çox da ki, həyat bir səhnədir...
Dostları ilə paylaş: |