bu sevgi tükənən bir yol deyilmiş
sən də öz sonuna gəlib gedəsən
eh, mən də bir gündə qocalmadım ki,
əsən əllərinə gülüb gedəsən.
dərdik, dərdiyimiz bir gül olmadı
gördük, gördüyümüz bir gün olmadı
sən dəniz, mən qumlu sahil olmadım
mənə yazılanı silib gedəsən.
həyat da, ölüm də döndü vərdişə
beləmi olacaq görən həmişə
əlinə bircə gün Allahlıq düşə
Allahın çəkdiyin bilib gedəsən.
Azacıq dəyişmə − sonuncu misradakı “Allah” sözünün Aq-
şinlə əvəzlənməməsi kifayət edərdi ki, şeirin pafosu, ritmi
tamam başqa ahəngə köklənsin, ənənəvi aşiq-məşuq müna-
sibətlərindən kənara adlamasın.
240
Amma şair sevgilisinə Allah səviyyəsini ona görə arzulayır
ki, ona Allahın çəkdiklərini əyan eləsin. Aqşinin çəkdiklərini
bilmək üçünsə içində “anlamaq dərdi” gəzdirən adicə insan
olmaq da yetər:
özümdən dərdli adamlar görəndə
xəcalət çəkirəm, ata.
Gərək ki, A.Kamyunun qəhrəmanlarından biri də təxminən
beləcə, şəxsi xoşbəxtliyi üçün xəcalət çəkdiyini bildirmişdir.
Amma bu fikirdə qəribə paradoksallıq da əksini tapıb: xəcalət
çəkərək yaşamaqla xoşbəxt adlanmaq mümkündürmü? Üstəgəl,
əgər bu dərdin verdiyi xəcalət bir şəxsin, bir fərdin taleyi ilə
məhdudlaşmır, bəşərin əzəli var olan və əbədi davam edən
işləkləri ilə şərtlənirsə:
dünya elə kiçikdir ki,
bir yetimin yaşamaq yeri yoxdur.
dünya elə böyükdür ki,
adamları basdırırıq neçə vaxtdır.
Aqşinin bütün şeirləri bizi bu cür özünəməxsus təfəkkürə,
fərdi dünyaduyumuna malik şair “mən”i ilə üz-üzə qoyur. Ola
bilsin ki, bu şeirlərdən bəziləri bizə tanış olan başqa şairin
misralarını da xatırlatsın, poetik ruh, ovqat baxımından oxşar
səslənişlər olsun. Ancaq bir qədər keçdikdən, şeirin ehtiva et-
diyi dərin mənaya enəndən sonra əmin olursan ki, bütün zahiri
oxşarlıqlar ilkin təəssüratın yaratdığı görüntüdür, o obraz, o
inikas və mənalandırma yalnız müəllifin özünə xas olan dü-
şüncə tipinin məhsuludur. Və burada təkrardan yox, olsa-olsa,
“təkrarda bənzərsizlik” bacarığından söhbət gedə bilər:
Tanrım, sən də bir ağacsan
mən ucuna inək kəlləsi taxılmış
çəpər dirəyi
aramızdan ip çəkib bir köynək asdılar
yalnız yaşıl bir köynək.
241
Rus şairi Marina Svetayevaya görə, şairin gücü nə qədər
yazmağı yox, nə qədər gərilməyi bacarmağındadır. Məncə, bu
fikir sənətkarın potensial imkanını, şeirin məna-məzmun tutu-
munu təyin edən əvəzsiz meyardır. Bu baxımdan Aqşin gəril-
məyi bacaran şairdir. Onda ideyanı, mənəvi enerjini bir neçə
misrada ümumiləşdirmək və bu ümumiliyin poetik təqdimi ilə
oxucunu özünə çəkmək gücü var. Bəzən bənd-bənd şeirlərin
verə bilmədiklərini bu misralarda tapa bilirsən:
örtülü gözlərin arxası üfüq,
insan əllərindən çatılmış ocaq
sabun köpükləri uçuran uşaq,
uçur köpüklərdə uşaq nəfəsi
havadan yüngül
örtülü gözlərin arxası üfüq,
bir qadın asılıb kirpiklərindən –
gülür gözlərinin ağı,
saçları təhqir olunmuş döyüş bayrağı
Yaxud
İldırımın üfüqü yırtdığı yerdən
bir an görünər Allah
görmədinsə çəkmə ah, sabah növbəti dəfə
buludların boynunu vuracaq şimşəyin qılıncı.
Bu şeirlərin mütaliəsindən doğan təəssüratın izahı yazıya
gəlməz dərəcədə çətindir. Burada əsas iş əl və göz deyil, beyin
və ürək görür. Orijinal bənzətmələri, bədii-fəlsəfi ovqatı və
emosional siqləti ilə seçilən bu misralardan sonra qəlbində nə-
yinsə qaldığını (bəzən qırıldığını!) hiss edir, dünənə qədər
əhəmiyyətsiz, absurd saydığın şeylərin şair üçün poetik fikir
qaynağına çevrildiyini görüb heyrətlənirsən də. Çox az şairə
242
nəsib olan heyrətləndirmə bacarığı Aqşin şeirləri üçün də uğur-
lu cəhətlərdəndir. Fəqət nə yazıq ki, bəzən bu heyrəti acı bir
təəssüflə əvəz etməli olursan. Təəssüf edirsən ki, axı niyə bu
cür bənzərsiz istedada malik şair hissə qapılıb ədəb, əxlaq ölçü-
lərindən kənarlaşır? Hansı yeniliyin, qeyri-adiliyin xatirinə?
Axı elə şeylər var ki, onların yeniləşməyə, dəyişməyə ehtiyacı
yoxdur. Şeiri heç bir vəznə, qafiyəyə tabe etmədən yazmaq və
onun uğurlu ifadəsinə nail olmaq olar (necə ki müəllif öz şeir-
ləri ilə bunu sübut edir), fəqət etik-əxlaqi normadan çıxmaqla
böyük sənətə yol açmaq olmaz. Əlbəttə, mən cavan şairə “əx-
laq dərsi” verməkdən uzağam, əksinə, zaman-zaman biz bu
dərsi şairlərdən almışıq, o cümlədən, dediyim o adda-budda
nəzərə çarpan şeirləri istisna etsək, Aqşinin şeirləri də məhz be-
lə səviyyədə və iqtidardadır. Amma bir halda ki, “şeir yad-
daşdır, şeir elə şairin özüdür” (V.Yusifli), onda deyilməsi va-
cibdir ki, belə şeirlərin yaddaşla qəti əlaqəsi, bağlılığı olma-
yacaq, onlar, S.Rəhimovun ifadəsi ilə desək, “ömrü gödək
qumbulaq kimi arada-bərədə itib gedəcəkdir”. Mən iradımı
əsaslandırmaq üçün o şeirlərdən misal çəkə bilməyəcəyəm
(təəssüratı qaranlıq qaldığı üçün oxucu məni bağışlasın...).
Çünki kifayət qədər nümunə gətirdiyim digər şeir parçalarına
(eləcə də oxucu zövqünə!) xələl gətirmək istəmirəm. Qoy
oxucular “şairin özünü” o şeirlərin bulanıq misralarında deyil,
hansı gözəlinsə “dupduru gözlərində” görməyə can atsınlar:
dupduru gözlərində
qupquru əksimi görəcəklər
boylanıb sənə tərəf
məni göstərəcəklər
Və sonda epiqrafdakı fikrə qayıtmazdan əvvəl ustad alimin
daha bir qənaətinə istinad etməyi lazım bilirəm: “Allah insanı
ona görə “dünyanın əşrəfi”, “dünya sədəfində qiymətli gövhər”
kimi yaradıb ki, insan da dünyanı və özünü “kamilə çevirərək”
243
Tanrı və əbədiyyət səviyyəsinə ucalda bilsin”. Amma Allah bu
işin o qədər də asan olmadığını anlayıb və ona görə də Yer
üzünə şairləri göndərib. Göndərib ki, məhz onlar insanlara bu
borcun mahiyyətini başa salsınlar, “Tanrı və əbədiyyət səviy-
yəsinə ucalmağın” yollarını göstərsinlər. Şairin bu ilahi missiya-
nı hansı səviyyə və mükəmməlikdə təmsil etməsi haqda əsas
zəmin və təminatçı isə, onların yaratdıqları sənət nümunələri
olur. Məhz “ruhunu tanıyıb, dərk edib, sənəti yaradan” sənət-
karın poeziyası insana “kamilə çevrilmək” və “Tanrıya baxmaq”
imkanı qazandırır. Aqşinin şeirləri də beləcə, içindən keçib, səni
sənə dərk etdirmək və Tanrıya qovuşdurmaq gücünə qadirdir.
Bu şeirlərin daha bir gücü isə ondadır ki, insanı katarsisə −
ruhun təmizliyinə və tövbəyə - qəlbin etirafına gətirib çıxarır. O
dərəcədə ki, ruhunu haqqın mühakiməsinə verməzdən öncə diz
çökür və deyirsən” “Allah bizi bağışla, bağışla”...
Dostları ilə paylaş: |