264
kimi təzahür edir. Məkan və zaman paralelləri, süjetdə çoxqatlı
ekspozisiya, təbiətlə insan ahənginin birgəliyi, həyat və ölüm,
gerçəklik və yuxu, mif və reallıq arasında sərhədsiz keçidlər- hər
biri təsadüfü xarakter daşımır, əsərdə yalnız bədii deyil, eyni
zamanda fəlsəfi məkanı təşkil edirlər, biri zahirdə görünəndə
digəri gizlinin-alt qatın mövcudluq göstəricisi kimi labüdləşirlər.
Bundan əlavə əsərdə paralellik yalnız tarixlər, mədəniyyətlər,
talelər arasında yox, həm də yerlə göy arasında yaradılır (məsələn,
yağışın yerdən göyə yağması). Hətta əsərdə çox xəsis boyalarla
verilən, amma qəribə də olsa az qala hər sətirdən boy verən
Bəhram kişinin nakam məhəbbət hekayəti belə sonda bəlli edir ki,
o da paralelmiş, başqa bir insanın- Gülsümün həyatında, başda bir
formada, amma eynən sızıltı və ağrı dolu duyğularla çulğaşmış
şəkildə yaşanırmış. Həm də necə yaşanırmış.
Dostları ilə paylaş: