258
loji nüans səhihliyi ilə əsərə gətirilir. Onun içinə gömülən keç-
mişi bir nəfəslə dirilir, cana gəlir. Bütün olaylar, geridönümlər
qəhrəmanın təfəkküründə məhz, bu nöqtədə inikas olunur.
Raziyə ilə görüş, onun iti və düşüncəli cavabları Seyidin için-
dəki insanı, insanlığı tərpədir, hərəkətə gətirir. “Raziyə məndə
çox şeyləri dəyişirdi. Hərdən unudulmuş sevginin közü yaşadı-
ğın sevgilərin alovundan daha betər olur. Qəfildən hansısa bir
külək əsir və sən odlanırsan. Bütün vücudunla yanmağa
başlayırsan...”
Müəllif şəxsi sevgi və azadlıq eşqi uğrunda savaş motivləri
ilə sosial-siyasi mənafeləri toqquşdurmaqla gərgin süjetli əsər
yaratmış, eyni zamanda Cənubi Azərbaycandakı durum, mənə-
vi-sosial şəraitlə bağlı görüntüləri əyani olaraq canlandırmağa
müvəffəq olmuşdur. Güney Azərbaycanın həyatı, oradakı
ictimai-siyasi vəziyyət, rejimin insanlara çəkdirdiyi məşəqqət-
lər romanda təsirli boyalarla təsvir olunur. Bu məqam - fars
zülmünün ifşası əsərdə iki müstəvidə - müxtəlif talelərin tragiz-
mi fonunda təsvir ediməklə gerçəkləşir. Bir tərəfdə qəhrəmanın
uşaqlıq xatirələri dayanır, onun yaddaşında iz salan taleyüklü
məqamlar kino lenti kimi göz önündə canlandırılır: Sulduzda
orta məktəbdən evə qayıdan Azərbaycanlı qızların kürdlər tərə-
findən qaçırılması və təhqir olunması, bu əsnada qızların məhv
olmuş taleləri, onları xilas etməyə yollanan yaxınlarının xüsusi
amansızlıqla qətlə yetirilməsi, on altı yaşlı Rzanın fəci taleyi,
Şahinin ailəsinə yaşadılan müsibətlər, anasının öz atasının gözü
qabağında dörd kürd tərəfindən zorlanması, Kürd millətçisi
Həjirin hekayəti, nakam Papır sevgisi, cinayətkar hakim Xal-
xalinin “kişmiş oyunu” və s., və i.; digər tərəfdə rejimin neqa-
tivləri məhbəs qanunları çərçivəsində sərgilənir: zindana Salı-
nan Raziyəyə işkəncələr verilir, döyülür, dırnaqları çıxarılır, öz
əli ilə özünə qəbir qazdırılır, bakirə olduğu üçün guya cənnətə
düşməsini əngəlləmək nədənindən bir gecəlik siğə edilir, edam
olunandan sonra şadyanalıq edib şirni paylanılır. Bütün bu
hekayətlər sırası əsərdə məntiqi olaraq, öz məna və mahiyyəti
259
ilə süjet xəttinə bağlanır və əsas fonda qəhrəmanın-Seyidin
hisslərinin, duyğu və düşüncələrinin çarpışmasını təsvir etməyə
hesablanır.
Əsərdəki hadisələr daxilən yaşanmış, predmetli, təsirli
nəsrin nümunəsidir. Müəllif Cənubi Azərbaycanın həyatını,
real gerçəklərini eyni dərəcədə realist, dramatik, obrazlı
miniatürlərlə nəsrə gətirir. Bu gerçəklər, nəql olunan əhvalatlar
silsiləsi, süjet xətti, əsərin kompozisiyası Seyidin düşüncələri
ilə bağlanır. Həmin fon əsasında müəllifin təsvir etdiyi dövrün
xarakterik cizgiləri, ictimai-siyasi şəraiti, onun insan psixoloji-
sində yaratdığı təbəddülatlar təhkiyənin aparıcı xəttinə çevrilir.
Bu kontekstdə yazışının məqsədi realizəsini tapır da. Belə ki,
müəllif əsərdə təsvir elədiyi dövrün istimai-tarixi mənzərəsini
real boyalarla canlandırmaqla yanaşı, obrazın mənəvi-ruhsal
inkişafını cəmiyyət hadisələri ilə dolğun əlaqələndirə bilmişdir.
Əsərin əsas uğuru avtobioqrafiq cizgilərlə qəhrəmanın
düşüncələrinin birləşməsi və vahid bir idealın ifadəsinə yönəlik
olmasıdır. Burada biz yalnız roman qəhrəmanı Seyidin deyil,
həmçinin həmin hadisələrin canlı müşahidəçisi olan müəllifin
yanaşması fonunda Cənubdakı durumun və şəraitin fəci mün-
dəricəsinə vara bilirik. Əlbəttə, romanda çoxyönlü konfliktlər,
yaxud mürəkkəb hadisələr sırası yoxdur. Burada hadisə-süjet
planında nəzərdə tutulan əsas məsələ ortaq keçmişləri olan iki
şəxsin yaşantıları, taleləri fonunda İranın yarıtmaz qanunlarını
sərgiləməkdir. Müxtəlif hadisələri, obraz və detalları, habelə
şərti-rəmzi planda eyhamları sərgiləyən əsər (məsələn, uğur-
suzluğun simvolu olan Papır sevgisi, qılafla örtülmüş Eynulla
Qirxkot təhlükəsi və s.) fars zülmünə qarşı öz gücü və güc-
süzlüyü, milli düşüncə arsenalı ilə mücadiləyə qalxır. Bəs eyni
ağrını bütünlükdə qəhrəmanın yaşamında, onun psixologi-
yasının dərin təcəssümündə axtarsaq necə? Seyidin etirafları,
xatirələri, dünənə dönüşü əsərdən bir xətt kimi keçir. Bu
xatirələrin timsalında biz qəhrəmanın içi və keçmiş dünyası ilə
bağlı təfərrüatlara vara bilirik. Amma qəhrəmanın milli idealla,
260
azadlıq eşqi ilə bağlı düşüncələri, təsvirləri bəsit, demək olar
ki, illüstrasiya səciyyəsi daşıyır. Yəni, yalnız onunla məhdud-
laşır ki, qəhrəman bütün əsər boyu nəql etdiyi fəci talelər
sırasında fürsət düşən kimi həm də inqilabın fəlsəfəsini sərgi-
ləyir. Bu fəlsəfə Seyidin öz həyat praktikasında nə qədər funk-
sionaldır? Burada bir qədər duruxuruq. Çünki böyük mənada
azadlığa aşinalıq hissi qəhrəmana yaddır və öz haqqını, səsini
bir zindan divarları arasında susduracaq, boğacaq qədər zəifdir.
Milli heysiyyat, milli kimlik kimi düşüncələr Seyidin yaşam
stixiyasına daxil deyil. ”Ömür boyu gədəlik eləmişəm, bilirəm.
Ömür boyu vicdansızlıq eləmişəm, bilirəm”- bu sözlər əsər
qəhrəmanının etirafıdır. Təsadüfi deyil ki, ilk dəfə zindanda
Raziyənin dilindən eşitdiyi “milli kimlik” anlayışı Seyidi sanki
ayıldır: “Bilirdim, nədən danışır. Çox rast gəlmişdim Raziyə
kiminlərinə. Amma doğrusu, bura qədər mənə “milli kimlik”
deyilən şey lazım olmamışdı.“ Seyidin bir fərd olaraq azadlığa
təşnəliyi Raziyə ilə görüşdən, bəlkə də elə bu sözün ehtiva
elədiyi mənaya varmasından sonra başlayır. Seyid Raziyənin
timsalında azadlığı görə bilir, tamını, ətrini, rəngini duyur və
artıq nəyin naminə mübarizə etdiyini və hətta öldüyünü anlayır:
“Vətən” və “Vətəndaş” kəlmələrinə məna verən insandı.” Bu
artıq qəhrəmanın yeni doğuluşudur! “Yüz il inqilab” əsəri ilk
növbədə, fərdin mənəvi təkamülünün, ondakı ruhsal abstak-
siyanın gücünü bütünlükdə əsərin sirayət mənbəyinə çevirdiyi
üçün maraq doğurur. Əsərdəki inqilab effektini də qəhrəmanın
hadisədən hadisəyə adlayan yaddaş lövhələri, mənəvi katarsi-
sinə aparan yaşantılar sırası doğurur. Bununla da, əsərdə mətn-
daxili bütövlük əvvəldən-axıra qorunmuş olur və bədii təcəs-
süm üzvi təsir bağışlayır.
“Bu dünya həqiqətən də ədalətsizliyin məkanıdı. Ədalət
ölənlərin xülyasıdı. Məncə, ədalətdən gülməli bir şey yoxdu.
Mən bu zibillikdə ədalətin uğrunda döyüşənləri də, ədalətə
tüpürənləri də yaxından gördüm. Məncə, ədalət yoxdur. Bu dün-
yada yeganə həqiqət-Müharibədir!” İnqilab fəlsəfəsi –
261
romandan keçən əsas qayə kimi aktuallanır. Ondan başlanır ki,
qəhrəmanın düşüncələri qanadında Təbrizin qanlı portretinin
seyrinə dalırıq, onun başı dümanlı yüz ilinin daha bir səhifəsini
çeviririk. Onda qurtarır ki, əsərin qəhrəmanı Seyid içindəki şərə
üsyana qalxır, inqilab edir, “bu dünyadan dörd alçağı azalt-
maqla” ətalət buzunu sındırır. Bununla da, müəllif bir insanın
şüurunda qopan inqilab tufanı ilə dirilmə prosesini təqdim edir.
Roman bitir, bədii mətn isə hələ bundan sonra başlayır.
* * *
Yüz ilin inqilabları, müharibələri... Nə qazandırır topluma?
Bir halda ki, hər cəhd elə yerindəcə boğulur, azadlıq fədailəri
xəyanətin qurbanına çevrilirlər. İsmayıl Şıxlının “Ölən dün-
yam” romanında belə bir epizod var. “Troyka” adına qərarlar
çıxaran və qanlar tökən Fətullayev həbs edilmiş Çapıq Əmraha
sual edir:
“- Gəncədə döyüşdünüz. Insan qırğınından başqa nə qa-
zandınız?
Çapıq Əmrah da ayağa durdu və Fətullayevlə döş-döşə
dayandı:
Mərdlik. Cəsarət. Bəs siz nə qazandınız? Camaatı qorxaq-
lığa, xəyanətə öyrətdiniz. Hamını qırdınız, tökdünüz, elədiniz
gözü qıpıq. ... Heç bilirsiniz qürur nə deməkdir? Bilməzsiniz.
Çünki siz qürurlu adamları, elə xalqı da tapdalamağa çalı-
şırsınız...”
Bu sualın tutarlı cavabı ilə elə “Yüz il inqilab” romanında da
qarşılaşırıq: “Müharibə azadlığa aparıb çatdırmasa da, azad
insan yarada bilər!” Azadlığın müqəddəs yolu elə bu cür müba-
rizələrdən, inqilablardan başlayır. Yüz il davam etsə belə...
Dostları ilə paylaş: |