271
yaşam var, məna tutumu, duyğulandırmaq gücü inkarolun-
mazdır. Onlarda ilk növbədə, dünyaya, taleyə, insan dəyərlə-
rinə kompleks yanaşma ifadə olunur.. Şeirlərdəki estetik tutum,
misralardakı dinamika, oxucularla danışıq dili ilə ünsiyyət
qurmaq səriştəsi pərakəndə, yalnız hansısa misranın künc-
bucağına səpələnmiş halda deyil, bütöv, kompleks yanaşmanın
təzahürüdür. Bir şey də var, bəlkə də struktur bizə tanışdır, bu
şeirlər sanki mövcud qəliblər üzərində qurulub, lakin bizə
həmin tanış olan bu klassik forma –biçimlərə müasirliyin,
çağdaşlığın nəfəsi qaynayıb-qovuşmuş haldadır.
Deyirlər, məhəbbət cavanlaşdırır,
Bəs niyə qocaltdı bu sevda məni?
Saçımı çıxartdı əcəb “ağ günə”,
Günümü qaraltdı bu sevda mənim.
Giley-güzarımı deyimmi yara?
Yaramın üstündən vurur min yara...
Mən hara, əzaba bu dözüm hara?-
Gözümdə ucaltdı bu sevda məni!
Girmədi könlümə tərk etmək üçün,
Girdi –can evimi tərpətmək üçün.
İpək saçlarına bənzətmək üçün,
Günbəgün saraltdı bu sevda məni.
Şeir bütöv, kompleks münasibətin nəticəsi kimi hasilə gəlir,
yəni yalnız bir misranın, ayrılıqda, hansısa bir ifadənın uğur
yükü altında gizlənmir, onun kölgəsində gəzmir. Məsələn,
kitabdakı bu şeirə bənzər poeziyamızda minlərlə, bəlkə daha
çox nümunələr yazılıb, bu təbii bir prosesdir, ansaq bu şeirdə
elə bir bakirəlik damarı, sevgi titrəkliyi var ki, bu elə bütün
səmimi hissli şeirlərin boyuna biçilib. Yəni o damarı tutub ya
yaxşı yazmaq olar, ya da sadəcə boş vermək, boş buraxmaq.
272
Şəhriyarın çox sevdiyim “Behcətabad xatirələri “ adlı şeirində
belə bir beyt var: “ Əzbəs məni yarpaq kimi hicranla saraldıb,
baxsan üzünə sanki qızılgüldü qızarı”. Ovqatın rənglə bəyan
olması, rəngə qarışması, aşiqin üzünə çökməklə onun içini
sərgiləməsi bayatılarımızdan bu günümüzədək sözün şəkli
olub, ruhun əhvalını bəyan edən işarə sayılıb
Bir zamanlar sən mənə canımdan yaxın idin,
Sərin bir bulaq kimi qəlbimə axan idin.
İndi mən oyanmışam... sən şirin yuxum idin,
İndi ürəyim yanar, indi gözlərim ağlar.
Harda qaldı o günlər. harda qaldı o çağlar?
Məni kimsə əyməzdi, məni əyən sən oldun,
Gül donunu çıxarıb alov geyən sən oldun.
Bir vaxt “sevirəm” sözün mənə deyən sən oldun;
O sözü eşidirmi indi başqa qulaqlar?..
Harda qaldı o günlər, harda qaldı o çağlar?
Nağıllardan doymadıq, bizə nə dedi gerçək?
Səni, ey gidi dünya, səni, ey gidi gerçək!
Vüsal nağıla döndü, hicran -əbədi gerçək.
Həsrətin acısıdır, indi sinəmi dağlar,
Harda qaldı o günlər, harda qaldı o çağlar?
T.Kərimlinin şeirlərində klassik şeirin havasından gələn dü-
şüncə tərzi, yazı ədası var və bu hava, havacat o qədət güclü,
dominant mövqeyə malikdir ki, hətta modern düşüncə konteks-
tindən yazdığı şeirləri belə içində əridir, yox edir. Kitabda əruz
vəzninin tələbləri səviyyəsində uğurlu poetik nümunələr ortaya
qoyulub ki, onlar aşiqlik bəlasının yaşantılarını, əzabı ilə ərşə
ucalmaqdan zövq alan sufi-panteist dünyagörüşün ruhi-
psixoloji məqamlarını sərgiləyən nümunələrdir.
273
Mənim bu zülmə dözən könlüm aslan ər kimidir,
Nə gizlədim, qaniçən yar da şiri-nər kimidir.
Səninlə olduğum o günlər indi keçmiş olub,
Gözümdə o günlər lap indilər kimidir.
Şəkər dadıdır, əzizim, sənin o son öpüşün
O busəni kəsən andan dilim zəhər kimidir.
T. Kərimli qəzəl janrına, onun daxili struktur özəlliklərinə
yaxşı bələddir. Bu mənada, müəllif qəzəlin kanonlaşmış obraz
və məna poliqonuna özünəməxsus dil, sintaksis səviyyəsində
yüngülvari bir əl gəzdirməklə ona çağdaşlıq donu geydirə bilir.
Əlbəttə, XXI əsrin çərəyində oturub min il əvvəlin şeir dili ilə
danışmaq o qədər də asan deyil, yeni zaman yeni düşüncə planı
gətirməyi zəruri edir, fikirlər, onların ifadəsi və mənalanması
da təbəddülatlara, yeni modifikasiyalara məruz qalır. Deyə
bilərik ki, əgər bu gün flyaş, mesaj, test, amobioz kimi sözlər
həyatımızın bir hissəsinə, gündəlik yaşantımızın əsas lüğət
tərkibinə çevrilibsə, bu halda niyə də poetik lüğət tərkibi, bədii
sintaksis yenilənməsin. Amma klassika elə klassikadır, özüm-
lülüyü, çoxqatlı lüğət tərkibi də öz yerində, həmişə baqi. Bu
mənada, demək olar ki, müəllifin ifadə tərzindəki modernlik
islahatı yalnız zahiri effekt yaratmaqla məhdudlaşmır, daha çox
onunla maraqlı və mənalı görünə bilir ki, şeirin büsbütün
məzmun planı dəyişir, istifadə olunan komponentlər biri digə-
rinə uyar və münasib götürülür. Şeirdə ehtiva olunan obrazlılıq
ümumən məzmun planına tabe tutulur, sevən aşiqin hisslərinin
tərcümanı olan nəsnələrin hərəkətverici qüvvəsi kimi çıxış edir.
Nəticədə, T.Kərimli yeni dövr insanının fikir və düşüncələr
dünyasını, ehtiva etdiyi dünyagörüşü çağdaş Azərbaycan poe-
ziyasında köhnə şeir formasında, amma yeni və fərqli düşüncə
kontekstində oturuşdura bilir.
274
Sən ilim, ayım, günümsən, gözəlim, göyərçinimsən,
Elə bil vitaminimsən,-yaşamaq ziyandı sənsiz.
Belədir bu eşqə qayda, nə xeyir verir, nə fayda,
Bu həyat bir iynə boyda, bu ömür bir andı sənsiz.
Ürəyim yanan mayakdı, gecələr gözüm oyaqdı,
Yaşamaq çətin sınaqdı, ağır imtahandı sənsiz.
Dururam obaş səhərdən, tutulur sinəm qəhərdən.
Gicəlir başım da hərdən, - elə bil piyandı sənsiz.
T.Kərimlinin şeirlərində sevgi real, sevən isə ayaqları üstdə
möhkəm dayanan aşiqdir. Bu şerlərdə gerçəkliyin təbiiliyi,
ruhsal abstraksiya ilə canlı yaşam stixiyası arasında qanunauy-
ğun bir bağlılıq, rabitə və sintez var. Şair eşq, məhəbbət dün-
yasında can nisar etməyə hazır olduğunu göstərməklə, aşinalı-
ğını sərgiləməklə bərabər, bu dünyanın realiyasına da bir
yaşam ehtirası təlqin edir. Bu baxımdan, T.Kərimlinin lirik
“mən”i ayağını yerdən üzmədən sevən, özünü Tanrı, dünya və
təbiətlə vəhdətdə dərk edən obrazdır: Ümuniyyətlə, T.Kərimli
öz hisslərini-istər ağrı, istər sevinc ovqatında olsun, ifadə
eləməyə gücü çatan müəlliflərdəndir. Bu güc yalnız elmin yox,
həm də yaşanılan ömrün halallıq dərəcəsinin, dünyanı müəyyən
dərk məqamına yetən, içindəki “mən”i mənəvi-ruhani müstəvi-
yə adlayan bir insanın varlıq göstəricisidir.
Şeytan gəlir oğrun-oğrun,
İnsanı haqdan ayıra.
Kərəmli ev sahibini
Əziz qonaqdan ayıra.
Gör kiminən bəhsə-bəhsə,
Girib istəyir tələsə,
İsmayılı qurban kəsə,
Qoçu bıçaqdan ayıra.
275
Biri düzdü min kişidən,
Gəlir ala din kişidən.
İmanı mömin kişidən,
Dumanı dağdan ayıra.
Üzə desə hamı düzü,
Mərdlərin bir olsa sözü,
Bacararmı iblis özü,
Əti dırnaqdan ayıra.
Kitaba ön söz yazan Abuzər Bağırov haqlı olaraq bu şeirləri
“təbəssümdən mayalanan poeziya” adlandırıb. Yumor əslində,
T.Kərimlinin şair üslubunu səciyyələndirən ən başlıca keyfiy-
yətlərdən biridir. Hansı vəzndə yazılmağından asılı olmayaraq
bu hiss kitabdakı bir çox yerləri istila eləyib, bu və ya digər
şəkildə müəllifin ifadə və yanaşma tərzində dominant xəttə
çevrilir. Hərçənd “bizim yaddaşımız unutmaq tərbiyəsi alma-
yıb” (Lets), o da ola yaradıcı insanın, söz adamının yaddaşı. Bu
mənada, keçmişin xatirələrindən qurulan yaddaş hasarı önündə
gülümsəmək bir qədər zor iş, - bura hopan itkilərin, acıların
çeşidinə baxın –torpaq, dost, yoldaş itkisinin ağrıları, nahaq
yerə hicran ömrü deməmiş ki, həyatına...( Füzuli dad çəkdi
hicran günündən / Mənim qismətimdə hicran ömrü var”, yaxud
“Həsəd aparıram bəxtəvərlərə / Mənə qəm yükünü daşıma
düşdü.”) Amma Əli Kərimin sözlərini bir balaca dəyişib desək,
yenə də yaşamağa çoxdur təsəlli... Çətini hicran dənizinin
hardasa bəyaz sahili olduğuna ümid edərək yaşamaqdır və yenə
də çətini o sahili axtarıb tapmaqdır...
Bu dünya özü də əbədi deyil,
Kosmosda əbədi zaman ömrü var.
Bütün ömürlərdən uca tutulan
Nə yaxşı dünyada insan ömrü var.
276
* * *
“Şair ola bilərdin, professor oldun.
Amma məsələ bunda deyil”
Məsələ bunda deyil - yazırdı Nazim əfəndi. Məsələ nədəydi
ki. İstedadda zənnimcə. Çunki ya elə, ya da belə, fərqi yoxdur-
yetər ki, istedad olsun, yetər ki, seçilmişlərdən olasan. Onda
yaradıcı insanın səsinin bu göy qübbəsinin altında daim yaşa-
yacağına təsəllisi də böyük olar.
|