269
HİCRAN DƏNİZİNİN BƏYAZ SAHİLİ
(
Teymur Kərimlinin “Hicran ömrü” kitabı barədə)
Türk dünyasının ölməzlərindən olan Nazim Hikmət dostu,
sirdaşı olan Mikayıl Rəfiliyə həsr etdiyi şeirində yazırdı:
Şair ola bilərdin, professor oldun.
Amma məsələ bunda deyil.
Nədənsə eyni fikri əlimdə olan bu kitabı, ədəbiyyatşünas
alim Teymur Kərimlinin “Hicran ömrü” adlı şeirlər kitabını
oxuyarkən beynimdən keçirdim. Amma təəssüf eləmədim.
Çünki T.Kərimlinin şair kimi görünməməyi poeziya üçün
itkidirsə də, onun alim kimi fəaliyyəti bizim ədəbiyyatşünaslıq
elmimizə, klassik dəyərlərimizin təbliği və tədqiqi istiqamə-
tində nailiyyətlərimizə bir qazancdır, başucalığıdır.
O qədər ki,
hətta bu gün ədəbiyyatşünasların içərisində belə onun inkişaf
dövrlərinə, mərhələlərinə müvafiq qütbləşmə, tədqiq elədikləri
zamana və sənətkar irsinə qapılıb daralma gedirkən T.Kərimli
xiridarı olduğu klassik ədəbiyyat qədər onun çağdaş dövrü,
ədəbi prosesi haqqında dəqiq və səlis fikir yürüdə bilir. Alimin
yeni dövrdə çapdan çıxan “Nizami və tarix”, “Görünməyən
Füzuli” kitabları əslində yeni düşüncə,
təfəkkür quruculuğu
prosesindəki elmi çabasından, klassika ilə çağdaşlığın qovuşu-
ğundan hasilə gələn mətnlərdir. Məlumdur ki, keçid dövrü kimi
xarakterizə olunan 1990-cı illərdə klassik irs yeni ədəbi və
mədəni quruculuq üçün, yeni ədəbi-estetik
dəyərlərin təşəkkülü
üçün mühüm əhəmiyyət daşıyırdı və yeni zamanın irəli
sürdüyü problemlərin həlli və təhlili təlabatı klassik irsi milli
dəyərlər işığında, azad təfəkkür məcrasında “oxumağı” mütləq-
ləşdirirdi. T.Kərimlinin bu dövrdə çap olunan “Nizami və ta-
rix”, “Görünməyən Füzuli” kitablarında əbədi “insan-zaman”,
“Tanrı-mən”, “həyat-ölüm” kimi məsələlərinin rakursunun
tapılmasına, onların dövrün mürəkkəb və təzadlı proseslərində,
270
harmoniya və mənəvi kamillik axtarışlarında
iştirak edən milli
sərvət kimi qiymətləndirilməsinə uğurlu bir cəhd vardı. Birinci
kitabda müasir tarix dəyişən xronotopun indisində obyektiv
təcrübələr məxəzi kimi qiymətləndirilir və Nizami irsi bu zə-
mində enerji mənbəyi kimi xarakterizə olunurdusa, ikinci kitab
başqa bir dahi- Füzuli tilsiminin “tozunu silməyə” yönəlmiş
missiya idi. O qədər ki, şair haqqında mövcud olan ”bu dünyadakı
şerlərin əksəriyyəti görünən torpaqların və ən yaxşı halda
görünən
göy üzünün şeridir. Füzuli şeri isə görünməyən göy üzünün
şeridir” (Vaqif Bayatlı Odər) kimi fikirləri təqib qılaraq, eyni
zamanda füzulişünas kimi “puzxənd” eyhamlara giriftar olmamaq
nədənindən görünməyən göy üzünün şairini məhcul, sirli-sehirli
dünyanın adamı kimi təqdim etməyi özünün əməl borcu bilirdi.
Kitabın hətta adında ehtiva olunan qayəsi isə milli-mədəni ruhun
Füzuli müəmması önündə hələ də çaşqınlığına bir işarə olmaqla
yanaşı bu dürlü varlığı naşı və diletant yanaşmaların cəngindən
almağa yönəlmiş mübarək addım idi.
“Hicran ömrü”sə alimin başqa, mənəvi-ruhsal dünyasını sər-
giləyən bir ömür kitabıdır. Alimliklə ruhun qidasını doyurmaq
olmur axı, neyləyəsən ki, ürək dediyimiz nəsnə yalnız şeir dili-
nə yuvasından çıxır
və bu məqamda poeziya, şeiriyyat insanın
ruhi-psixoloji ovqatını sərgiləyən ən mahir vasitəyə dönür.
Əslində, mən şairliyə heç vaxt peşə kimi baxmamışam, şairlik
poetik yaşam hadisəsidir, insanın iç dünyasınin şəklidir. Ona
görə də mübaliğəsiz bütün sənət sahiblərinin peşələrinin yanına
şair sözü qədər əlavə olunan, yaxud bu iddiada bulunmağa
təşnəli olunan ikinci bir təyin yoxdur. Həkim-şair, neftçi-şair,
riyaziyyatçı şair, bəstəkar-şair və s.. və i.,
nə qədər peşə say-
maq olar, şair sözünün təyini kimi. Təbii, bunlardakı şair sözü-
nü daha əvvələ çıxartmaq da olar, bir şərtlə ki, yazılan seirlərin
mayasında, şah damarında istedad olsun, həm bu zaman şair
adının özü təyin olmaq qüdrətini ehtiva edəsidir.
“Hicran ömrü”ndəki şeirlər qeyri-adi nəfəsdən, yeni,
orijinal
siqlətdən xəbər vermir. Lakin T.Kərimlinin şeirlərində poetik