“-...Mən gedim. Bu onun son xahişi idi.-Ayağa qalxdım.
- Sağ ol, balası.- Onun “sağ ol”u xudahafiz demək
deyildi.
Əlindəki ağ torbanı və içindəki kitabı yenə də barmaq-
ları ilə əzizləyə-əzizləyə Gülsüm nənə oturduğu yerdən
yaralı-yaralı (hüznlə) mənə baxdı. Bu baxış yavaş-yavaş öz
yarasını onu qorumağa çalışan çox incə, çox həzin və çox
köməksiz bir təbəssümə bürüdü. Həqiqətən, mən çox
təbəssüm görmüşəm, amma beləsini görməmişdim. Həqi-
qətən, gülümsər Gülsüm onun haqqında deyilən kimi
gözəllər gözəli imiş.
Amma o təbəssümün gəlib qonduğu yaşıl (mavi, bənöv-
şəyi?) gözlərin dibində mənim getməyimi səbirsizliklə (bir
başqa dünyada -səbrlə) gözləyən iki damla yaş var idi.
Bəlkə mənə elə gəldi, kim bilir?!”
O xudahafizə bənzəməyən “sağ ol”, axmağa səbirsizlənən
iki damla yaş Bəhramın içində yaşatdığı gizli sevginin halallıq
dərəcəsi kimi mənalanır. Yəni ki, əbəs deyilmiş, yəni ki,
dəyərmiş...
“Unutmağa kimsə yox” kitabında fəlsəfi bir xətt var və bu
fəlsəfilik yazıçının təsvir etdiyi hadisələrin məzmun və mahiy-
265
yətindən daha çox, həm də onunla əlaqəli olaraq hadisələrin
bədii yozumunda meydana çıxan müəllif mövqeyi və müna-
sibətində, yazı üslubu və manerasında, obrazları tipikləşdirmə,
xarakterləri fərdiləşdirmə keyfiyyətində üzə çıxır. Əsərdə insan
da, tarix də hər hansı məhdud zaman çevrəsinin problemi
(predmeti) deyil. Daha doğrusu, əsərdə nəyin predmet, konkret
məqsəd olması müəyyən deyil. Zaman və məkan çərçivələrin-
dən kənarda götürülən insan özünün mənəvi-psixoloji aləmi,
lirik-fəlsəfi düşüncələri ilə daim təbiətin bir hissəsi kimi,
onunla sıx təmasda mənalanır, gerçək bir əməl keyfiyyəti kəsb
edə bilir. Əsərdə təbiət və insan münasibətlərinin vəhdəti var.
Vəng dağı, Çoban papağı, Qarağac- hər biri yeni rakursdan təs-
virə çəkilir. 1960-80-ci illər nəsrində (İ.Hüseynovun ”Teleq-
ram” povestindən tutmuş Elçinin “Hönkürtü”, “Şuşaya duman
gəlib” və s. hekayələrinə, S.Əhmədovun romanlarına qədər)
təbiət insan mənəviyyatının çözümü, ruhun diriliyinə, katarsis
prosesinə rəvac verən nəsnələr kimi bədii təsvir predmetinə
çevrilirdisə, bu əsərdə təbiətin hər bürcü tarixiləşir, mağara,
dağ, ağac-hər biri tarixin gizlinlərini yaşadan enerji mənbəyinə
çevrilir. (Yerin adı yoxdur? Yerin adı var). Bu mənbələrin
guşə daşında Stiks çayı, yunan allahlarının hekayətləri büllurla-
şıb zamanı aşa bilirlər. Ümumiyyətlə, əsərdə bir zamansızlıq
var. Qədim yunan allahlarının fironluq elədikləri zamanlar
çağdaşlığa- yaşadığımız gerçək dünyaya qaynayıb-qarışdıqları
kimi, içində bulunduğumuz indi anlayışı da bizdən uzaqlaşıb
keçmişə- “təcrübələr məxəzinə”, yaxud gələcəyə- “obyektiv
reallığa” çevrilə bilirlər. “Çiçəkli yazı” isə körpüdür: möcüzə-
dən reallığa, mifdən məntiqə, dünəndən çağımıza körpü...
Romanda sərgilənən şəhər-ziyalı mühiti, alim-üləma məclisi
kiçik detallarına qədər dəqiq təsvirində, zövq yaşadıcı məqa-
mındadır. Xüsusilə bu çevrədə çalışanlar bilir, həmin səhnələr
ən xırda, elementar ştrixlərinə qədər real təsvirini tapmışdır.
Əsərdə sərgilənən çoxqatlı, mürəkkəb hadisələr axarında
müəllif obrazların xarakterini, onların səciyyəvi keyfiyyətləri-
266
ni, dünyagörüşünü müəyyənləşdirən amilləri üzə çıxarmağa
müvəffəq olmuşdur. Eləcə də kənd təsvirləri, əyalət insanının
psixolojisi, stereotip kənd dəyərləri (saf “ədabaz”lığından tutmuş
qonağa “can nisar etmək” özəlliyinin təzadına qədər) boyasızdır.
Amma romanda bir qədər boyanmış görünən məqamlar da yox
deyil. Məsələn, əsərdəki Bəhram kişinin obrazı lazım olduğundan
artıq təsir bağışlayır, qavramı, aşırı biliklərə və informasiyalara
malik olma məziyyəti ilə oxucunu heyrətləndirir. Belə ki,
ömründə “bircə dənə “Ovod”dan başqa kitab oxumayan”
Bəhram kişinin paralel dünyalar, Çiçəkli yazı bağlı qənaətləri sadə
bir kəndli, təhsili olmayan əyalət insanı təfəkkürünə sığmır. “Mən
Dostları ilə paylaş: |