Microsoft Word Yeni kitab A5-son docx


“-...Mən gedim. Bu onun son xahişi idi.-Ayağa qalxdım



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə118/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   114   115   116   117   118   119   120   121   ...   125
“-...Mən gedim. Bu onun son xahişi idi.-Ayağa qalxdım.  
- Sağ ol, balası.- Onun “sağ ol”u xudahafiz demək 
deyildi. 
Əlindəki ağ torbanı  və içindəki kitabı yenə  də barmaq-
ları ilə  əzizləyə-əzizləyə Gülsüm nənə oturduğu yerdən 
yaralı-yaralı (hüznlə) mənə baxdı. Bu baxış yavaş-yavaş öz 
yarasını onu qorumağa çalışan çox incə, çox həzin və çox 
köməksiz bir təbəssümə bürüdü. Həqiqətən, mən çox 
təbəssüm görmüşəm, amma beləsini görməmişdim. Həqi-
qətən, gülümsər Gülsüm onun haqqında deyilən kimi 
gözəllər gözəli imiş.  
Amma o təbəssümün gəlib qonduğu yaşıl (mavi, bənöv-
şəyi?) gözlərin dibində  mənim getməyimi səbirsizliklə (bir 
başqa dünyada -səbrlə) gözləyən iki damla yaş var idi. 
Bəlkə mənə elə gəldi, kim bilir?!”   
O xudahafizə  bənzəməyən “sağ ol”, axmağa səbirsizlənən 
iki damla yaş Bəhramın içində yaşatdığı gizli sevginin halallıq 
dərəcəsi kimi mənalanır. Yəni ki, əbəs deyilmiş, yəni ki, 
dəyərmiş... 
“Unutmağa kimsə yox” kitabında fəlsəfi bir xətt var və bu 
fəlsəfilik yazıçının təsvir etdiyi hadisələrin məzmun və mahiy-


265 
yətindən daha çox, həm də onunla əlaqəli olaraq hadisələrin 
bədii yozumunda meydana çıxan müəllif mövqeyi və müna-
sibətində, yazı üslubu və manerasında, obrazları tipikləşdirmə, 
xarakterləri fərdiləşdirmə keyfiyyətində üzə çıxır. Əsərdə insan 
da, tarix də  hər hansı  məhdud zaman çevrəsinin problemi 
(predmeti) deyil. Daha doğrusu, əsərdə nəyin predmet, konkret 
məqsəd olması müəyyən deyil. Zaman və məkan çərçivələrin-
dən kənarda götürülən insan özünün mənəvi-psixoloji aləmi, 
lirik-fəlsəfi düşüncələri ilə daim təbiətin bir hissəsi kimi
onunla sıx təmasda mənalanır, gerçək bir əməl keyfiyyəti kəsb 
edə bilir. Əsərdə təbiət və insan münasibətlərinin vəhdəti var. 
Vəng dağı, Çoban papağı, Qarağac- hər biri yeni rakursdan təs-
virə  çəkilir. 1960-80-ci illər nəsrində  (İ.Hüseynovun ”Teleq-
ram” povestindən tutmuş Elçinin “Hönkürtü”, “Şuşaya duman 
gəlib” və s. hekayələrinə, S.Əhmədovun romanlarına qədər) 
təbiət insan mənəviyyatının çözümü, ruhun diriliyinə, katarsis 
prosesinə  rəvac verən nəsnələr kimi bədii təsvir predmetinə 
çevrilirdisə, bu əsərdə  təbiətin hər bürcü tarixiləşir, mağara, 
dağ, ağac-hər biri tarixin gizlinlərini yaşadan enerji mənbəyinə 
çevrilir.  (Yerin adı yoxdur? Yerin adı var). Bu mənbələrin 
guşə daşında Stiks çayı, yunan allahlarının hekayətləri büllurla-
şıb zamanı  aşa bilirlər. Ümumiyyətlə,  əsərdə bir zamansızlıq 
var. Qədim yunan allahlarının fironluq elədikləri zamanlar 
çağdaşlığa- yaşadığımız gerçək dünyaya qaynayıb-qarışdıqları 
kimi, içində bulunduğumuz indi anlayışı da bizdən uzaqlaşıb 
keçmişə- “təcrübələr məxəzinə”, yaxud gələcəyə- “obyektiv 
reallığa” çevrilə bilirlər. “Çiçəkli yazı” isə körpüdür: möcüzə-
dən reallığa, mifdən məntiqə, dünəndən çağımıza körpü... 
Romanda sərgilənən şəhər-ziyalı mühiti, alim-üləma məclisi 
kiçik detallarına qədər dəqiq təsvirində, zövq yaşadıcı  məqa-
mındadır. Xüsusilə bu çevrədə çalışanlar bilir, həmin səhnələr 
ən xırda, elementar ştrixlərinə  qədər real təsvirini tapmışdır. 
Əsərdə  sərgilənən çoxqatlı, mürəkkəb hadisələr axarında 
müəllif obrazların xarakterini, onların səciyyəvi keyfiyyətləri-


 
266 
ni, dünyagörüşünü müəyyənləşdirən amilləri üzə  çıxarmağa 
müvəffəq olmuşdur. Eləcə  də  kənd təsvirləri,  əyalət insanının 
psixolojisi, stereotip kənd dəyərləri (saf “ədabaz”lığından tutmuş 
qonağa “can nisar etmək” özəlliyinin təzadına qədər) boyasızdır. 
Amma romanda bir qədər boyanmış görünən məqamlar da yox 
deyil. Məsələn, əsərdəki Bəhram kişinin obrazı lazım olduğundan 
artıq təsir bağışlayır, qavramı, aşırı biliklərə  və informasiyalara 
malik olma məziyyəti ilə oxucunu heyrətləndirir. Belə ki, 
ömründə  “bircə  dənə “Ovod”dan başqa kitab oxumayan” 
Bəhram kişinin paralel dünyalar, Çiçəkli yazı bağlı qənaətləri sadə 
bir kəndli, təhsili olmayan əyalət insanı təfəkkürünə sığmır. “Mən 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin