Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə114/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   110   111   112   113   114   115   116   117   ...   125
 
 


 
256 
DUMANLI YÜZ İL 
 
(Sayman Aruzun “Yüz il inqilab” romanı haqqında
 
Cənubi Azərbaycanın tarixi taleyinə  həsr olunmuş  əsərlər 
milli nəsrimizdə işlənmiş, özü də kifayət qədər bədiilik meyar-
larına cavab verəcək səviyyədə  ədəbi hadisə sayılmışlar. 
M.S.Ordubadinin, M.İbrahimovun əsərlərində Güney Azərbay-
candakı milli azadlıq hərəkatının tarixi və idealları parlaq 
əksini tapmışdır. Təsadüfi deyil ki, “Dumanlı Təbriz”in hüdud-
larına sığmayan sərkərdə Sərdarı-milli obrazı tarixdən görünən 
Səttar xandan daha qüdrətli səciyyə daşımışdır. Bu, Güney 
Azərbaycanımızın gerçəkləridir; ki, milli nəsrin daim düşüncə 
mərkəzində olmuş, zaman-zaman yalnız o tayın deyil, eyni ağrı 
və  həssaslıqla Guzey Azərbaycan  ədəbiyyatının qan verən 
yaralarından biri kimi bədii təcəssümün predmetini təşkil 
etmişdir. Və indi, Cənub mühitinə, ordakı hadisələrə bizdən bir 
köynək daha yaxın olan yazıçının- Sayman Aruzun “Yüz il 
inqilab” romanını oxuyarkən milli nəsrimizin yüz il əvvəl 
bundan əvvəlki ayıqlığına heyrətlənməyə bilmədim – biz uzaq-
dan belə oradakı  ağrılara necə  bələd və  həssas ola bilmişik, 
Cənub mühitini yaxşı tanımağa, soydaşlarımızın ağrısını canı-
mızdan keçirməyə müvəffəq olmuşuq.  
“Yüz il inqilab” əsərini bir tale romanı da adlandırmaq 
mümkündür. Sayman Aruzun doğulduğu məkan, formalaşdığı 
mühit ona bu mövzunun səciyyə  və keyfiyyətlərini yaxından 
duyub anlamağa, eləcə də bədii sözün təcəssümünə çevirməyə 
vəsilə olur. “Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının 
kor-koranə formasıdır. Həmişə  də millətin könlüncə olmur. 
Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın inqilabını 
xalqdan alıb onun öz başına çaldılar. Bunun səbəblərini sənin 
kimi uşaqlar böyüyüb araşdırmalıdırlar.” Budur, o uşaq artıq 
böyüyüb və keçmişindən, yaşantılarından qurulan yaddaş 
hasarı önündə dayanıb tarixin qatlarını qaldırmağa daha bir 
cəhddə bulunur. Əsərin adı belə simvolik məna kəsb edir: “Yüz 


257 
il inqilab”. Bu elə həmin inqilabdır ki, bütün məzmunu, xarak-
ter və görkəmi ilə  dəyişməz və  nəticəsiz qalıb. Doğrudan da, 
axı nə dəyişib? Mövzunun sələflərindən olan M.S.Ordubadinin 
“Dumanlı Təbriz” romanının üstündən kifayət qədər, düz yüz il 
vaxt keçib və  gənc nəsil hələ  də  əsərlərində “qanlı  sənələr”in 
əzablarını yaşayır, eyni ağrı və həssaslıqla fars istibdadına lənət 
oxumaqda davam edirlər. “Biz güllə  səsinə ana laylayı kimi 
adət eləmişdik” - tək bu cümlə ilə roman daşlaşmış, davam 
edən zülmün miqyasını  sərgiləyir və heç nəyin dəyişmədiyini 
bəlli edir. Yüz ildir Güney Azərbaycanda azadlıq uğrunda, şah 
istibdadına, fars rejiminə, dini xürafata qarşı mübarizə aparılır, 
inqilablar edilir. Rejim bütün bu cəhdləri, üsyanları boğur, 
mücadiləçilər amansızlıqla qətlə yetirilir. Bütün ümidlər puça 
dönür, boşluğa dirənir, amma elə bu dirəniş  məqamından da 
yeni ümidlər pöhrələnir, boy verir.  
Sayman Aruzun “Yüz il inqilab” romanında qabaran bir çox 
çalarlar- ictimai gerilik və sosial şüur problemləri, inqilabların 
mayasında dayanan milli istiqlal və milli kimlik məsələləri də 
bir hədəf, bədii düşüncə predmeti olaraq bu məqamları 
incələməyi təqib qılır. Bir sevgi dramının xətti ilə... 
“Deyirlər, insan günah elədikcə məhəbbət deyilən bir həqi-
qətdən uzaqlaşır, artıq sevə bilmir. Mən günahkar adam idim. 
Çoxdan idi ki, kimsəni sevə bilməmişdim. Uşaqlıqda keçirtdi-
yin hisslər sənin kökünü yaradır. Sənə yön verir. Bütün 
insanlarsa bir gün öz köklərinə qayıdırlar.” 
Uşaqlıqları bir yerdə, bir məhlədə keçən Seyid və Raziyə 
illər sonra məhbəsdə qarşılaşırlar. Daxilən azad və məğrur olan 
Raziyə elə xalqının azadlığı üçün etdiyi mücadilə  nədənindən 
zindana salınır və Seyid məhbəs məmuru işlədiyindən Razi-
yənin dindirilməsini, işkəncələrə  məruz qalmasını, etmədiyi 
günahın etirafında bulunmasını ona həvalə edirlər. Seyid öz 
keçmişi, sevgisi ilə amansız zindan qanunları önündə seçim 
etmək zorunda qalır. Dünəni və bu günü arasında qalan qəh-
rəmanın iç yaşamı, daxilindəki mənəvi-ruhsal çevrilmə psixo-


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin