Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə110/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   106   107   108   109   110   111   112   113   ...   125
 
 


 
244 
OYUN İÇİNDƏ OYUN,  
YAXUD İÇİMİZDƏKİ AKTRİSA 
 
(İlqar Fəhminin “Aktrisa” və “Akvalanq” əsərləri barədə
 
Bu gün nəsrimizdə yaxşı mənada bir canlanma, dirçəliş hiss 
olunmaqdadır. Yaxşı mənada ona görə ki, on il, on beş il əvvəl 
keşid dövrünün yaratdığı müəyyən nəfəsdərim, içəçəkilmə 
prosesindən sui istifadə edərək bu sahədə at oynadanların sayı 
artmışdı, sxolast bədii düşüncənin, antiestetik bədii zövqün 
məhsulu olan əsərlər  şedevr nümunəsi kimi oxucuya sırınırdı. 
Əlbəttə, bu proses indi də davam eləyir və olsun ki, nə  qədər 
ədəbiyyat yaşayır, anti-sənət sənəti daim kölgə kimi təqib 
edəcək. O da məlumdur ki, silsilə resensiyalar çeşidi, hay-küy 
kompaniyası əsərin uğurunu təmin edən əsas meyar deyil. Çox 
əsərlər var ki, səssizsə içinə  çəkilib ona göstəriləcək dəyərin 
zamanını gözləyir. Və çox müəlliflər var yazır,  əsərini oxucu 
ixtiyarına buraxaraq gözləmə mövqeyi tuturlar. Bilərək ki, 
əsərləri onlara qayıdış mütləqliyini zəruri edəcək. Ilqar Fəhmi bu 
sıradan olan (sıradan biri olan yox) yazıçıdır. Ən yeni nəsrin hə-
yat hadisələrinə, reallıqlara özünəməxsus rakursun, baxış bu-
cağının müəyyənləşməsində İlqar Fəhminin müstəsna yeri var.  
İlqar Fəhminin yazıçı  dəst-xətti özündə  həm  şair, həm də 
tərcüməçi istedadını ehtiva edir. Elə nəsrindəki həssaslıq, insan 
hisslərinin  ən məhrəm nöqtələrinə,  ən mübhəm məqamlarına 
varmaq  şəriştəsi də birbaşa  şairliyindən gəlir. Ilqarın nəsri 
özünəməxsus çalarlara malikdir, bir çox əlamətləri ilə  nəsil-
daşlarından seçilir. Onun nəsrində  ən üstün əlamət,  ən uğurlu 
göstərici müəllifin dilidir. “Dünyagörüşündən və digər özəl 
ayrıntı və xüsusiyyətlərdən asılı olmayaraq bədii mətn yaradı-
cılarını bir araya gətirən də, onları ayıran da DİLdir.  Əlbəttə, 
dilə münasibət yox (sən onsuz da varlığınla dilə münasibət-
dəsən...), qurduğun mətndə  təbii dili necə, hansı  səviyyədə 
diriltmək, canlandırmaq, hamının malı olan dili hamıdan, hər 
şeydən təcrid edərək ifrat dərəcədə özününküləşdirmək, başqa 
sözlə, onu bədii mətn səviyyəsində yenidən yaratmaq məna-


245 
sında.” (C.Yusifli. Ədəbiyyatda yaşamağın formulu. Bakı, 
“Nurlan” nəşriyyatı, 2003, səh. 142) Dil-əsərin sütunudur, bə-
dii  əsər nə  qədər kamil ideya-məzmun, poetika-sənətkarlıq 
xüsusiyyətlərinə malik olursa olsun, dili səlis deyilsə,  əsərin 
bədiilik məziyyətini bəri başdan zərbə altına alır. Müəllifin 
təhkiyəsində, nəsr dilində obrazlı düşüncənin və  mənalandır-
manın təzahürü sayəsində hakim olan lirik ovqat birbaşa hiss-
lərimizə sirayət edə bilir.  
Ilqar Fəhminin “Aktrisa” və “Akvalanq” əsərləri fərqli 
mövzular üzərində qurulub.”Aktrisa” əsəri bank prezidentinin 
qətli ilə başlayır və sona qədər bu hadisənin araşdırılması əsas 
predmet olaraq qalır. “ Akvalanq” əsəri isə gənc bir ailənin yay 
vaxtı bağda istirahətləri zamanı baş verən qeyri-adi, əyləncəli 
bir hadisəni sərgiləyir. Ikinci əsər müəllifin təbirincə desək, 
yüngül bir yay oyunudur. Əslində elə birinci əsəri də yay oyu-
nu hesab eləmək olar. Amma qorxulu oyun. Burada da ha-
disələr yay vaxtı, bağ istirahəti zamanı baş verir. Qətl hadisəsi 
ilə başlayan, insanı təşviş və həyəcan işərisində saxlayan “Ak-
trisa” povestinin sonunda məlum olur ki, sən demə bütün bu 
həyacan və qorxunun arxasında qəhrəmanlarin “düzənlədiyi” 
yüngül, amma qorxulu bir yay oyunu dururmuş.  
Hər iki əsər mistik haləyə bürünüb, oxucunu məchulluğa, 
sirli-sehirli aləmə aparır. Özü də bu məchulluğun səbəbkarları 
elə insanlar olur ki, təəccüblənməyə bilmirsən. Cinayət törə-
dilən bir məkanda, hadisədə şübhəli qismində güman edilənlər 
sırasında ən son ağıla gələn şəxs yazıçı ola bilər. Amma sonda 
bəlli olur ki, hər iki cinayəti törədən də elə  həmən bu yazıçı 
imiş. Ailəli bir qadına dənizdə macəra yaşadan, onunla gizlən-
paç oynayan kim ola bilər axı?  Ən az güman doğuran, ümu-
miyyətlə  ağıla gəlməyən  şəxs qadının  əri Azaddır. Axı o, 
rəssamdır, bütün günü heç kimə, hətta sevdiyi qadına belə lazı-
mınca məhəl qoymadan ona sifariş olunan Peyğəmbər  şəklini 
çəkməklə məşğuldur. Bir də axı bu cür oyunlar çox zaman ailə, 
nigah qapısından içəri daxil olduqdan sonra bitir, əlçatmazlıq 
qurtaran yerdə qeyri-adi macəra axtarışına maraq da sonuna 
varır. Necə demişlər:”Ailə  dəniz görüntüsüylə başlayan səhra 


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin