Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə109/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   105   106   107   108   109   110   111   112   ...   125
bu sevgi tükənən bir yol deyilmiş 
sən də öz sonuna gəlib gedəsən 
eh, mən də bir gündə qocalmadım ki, 
əsən əllərinə gülüb gedəsən. 
dərdik, dərdiyimiz bir gül olmadı 
gördük, gördüyümüz bir gün olmadı 
sən dəniz, mən qumlu sahil olmadım 
mənə yazılanı silib gedəsən. 
 
həyat da, ölüm də döndü vərdişə 
beləmi olacaq görən həmişə 
əlinə bircə gün Allahlıq düşə 
Allahın çəkdiyin bilib gedəsən. 
 
Azacıq dəyişmə − sonuncu misradakı “Allah” sözünün Aq-
şinlə  əvəzlənməməsi kifayət edərdi ki, şeirin pafosu, ritmi 
tamam başqa ahəngə köklənsin,  ənənəvi aşiq-məşuq müna-
sibətlərindən kənara adlamasın. 


 
240 
Amma şair sevgilisinə Allah səviyyəsini ona görə arzulayır 
ki, ona Allahın çəkdiklərini  əyan eləsin. Aqşinin çəkdiklərini 
bilmək üçünsə içində “anlamaq dərdi” gəzdirən adicə insan 
olmaq da yetər: 
 
özümdən dərdli adamlar görəndə  
xəcalət çəkirəm, ata. 
 
Gərək ki, A.Kamyunun qəhrəmanlarından biri də təxminən 
beləcə,  şəxsi xoşbəxtliyi üçün xəcalət çəkdiyini bildirmişdir. 
Amma bu fikirdə qəribə paradoksallıq da əksini tapıb: xəcalət 
çəkərək yaşamaqla xoşbəxt adlanmaq mümkündürmü? Üstəgəl, 
əgər bu dərdin verdiyi xəcalət bir şəxsin, bir fərdin taleyi ilə 
məhdudlaşmır, bəşərin  əzəli var olan və  əbədi davam edən 
işləkləri ilə şərtlənirsə: 
 
dünya elə kiçikdir ki, 
bir yetimin yaşamaq yeri yoxdur. 
dünya elə böyükdür ki, 
adamları basdırırıq neçə vaxtdır. 
 
Aqşinin bütün şeirləri bizi bu cür özünəməxsus təfəkkürə
fərdi dünyaduyumuna malik şair “mən”i ilə üz-üzə qoyur. Ola 
bilsin ki, bu şeirlərdən bəziləri bizə tanış olan başqa  şairin 
misralarını da xatırlatsın, poetik ruh, ovqat baxımından oxşar 
səslənişlər olsun. Ancaq bir qədər keçdikdən,  şeirin ehtiva et-
diyi dərin mənaya enəndən sonra əmin olursan ki, bütün zahiri 
oxşarlıqlar ilkin təəssüratın yaratdığı görüntüdür, o obraz, o 
inikas və  mənalandırma yalnız müəllifin özünə xas olan dü-
şüncə tipinin məhsuludur. Və burada təkrardan yox, olsa-olsa, 
“təkrarda bənzərsizlik” bacarığından söhbət gedə bilər:  
 
Tanrım, sən də bir ağacsan 
mən ucuna inək kəlləsi taxılmış 
çəpər dirəyi 
aramızdan ip çəkib bir köynək asdılar 
yalnız yaşıl bir köynək. 


241 
Rus  şairi Marina Svetayevaya görə,  şairin gücü nə  qədər 
yazmağı yox, nə qədər gərilməyi bacarmağındadır. Məncə, bu 
fikir sənətkarın potensial imkanını,  şeirin məna-məzmun tutu-
munu təyin edən əvəzsiz meyardır. Bu baxımdan Aqşin gəril-
məyi bacaran şairdir. Onda ideyanı, mənəvi enerjini bir neçə 
misrada ümumiləşdirmək və bu ümumiliyin poetik təqdimi ilə 
oxucunu özünə  çəkmək gücü var. Bəzən bənd-bənd  şeirlərin 
verə bilmədiklərini bu misralarda tapa bilirsən: 
 
örtülü gözlərin arxası üfüq, 
insan əllərindən çatılmış ocaq 
sabun köpükləri uçuran uşaq, 
uçur köpüklərdə uşaq nəfəsi 
havadan yüngül 
 
örtülü gözlərin arxası üfüq, 
bir qadın asılıb kirpiklərindən – 
gülür gözlərinin ağı, 
saçları təhqir olunmuş döyüş bayrağı 
 
Yaxud  
 
 
İldırımın üfüqü yırtdığı yerdən 
bir an görünər Allah 
görmədinsə çəkmə ah, sabah növbəti dəfə 
buludların boynunu vuracaq şimşəyin qılıncı. 
 
Bu  şeirlərin mütaliəsindən doğan təəssüratın izahı yazıya 
gəlməz dərəcədə çətindir. Burada əsas iş əl və göz deyil, beyin 
və ürək görür. Orijinal bənzətmələri, bədii-fəlsəfi ovqatı  və 
emosional siqləti ilə seçilən bu misralardan sonra qəlbində nə-
yinsə qaldığını (bəzən qırıldığını!) hiss edir, dünənə  qədər 
əhəmiyyətsiz, absurd saydığın  şeylərin  şair üçün poetik fikir 
qaynağına çevrildiyini görüb heyrətlənirsən də. Çox az şairə 


 
242 
nəsib olan heyrətləndirmə bacarığı Aqşin şeirləri üçün də uğur-
lu cəhətlərdəndir. Fəqət nə yazıq ki, bəzən bu heyrəti acı bir 
təəssüflə  əvəz etməli olursan. Təəssüf edirsən ki, axı niyə bu 
cür bənzərsiz istedada malik şair hissə qapılıb ədəb, əxlaq ölçü-
lərindən kənarlaşır? Hansı yeniliyin, qeyri-adiliyin xatirinə? 
Axı elə şeylər var ki, onların yeniləşməyə, dəyişməyə ehtiyacı 
yoxdur. Şeiri heç bir vəznə, qafiyəyə tabe etmədən yazmaq və 
onun uğurlu ifadəsinə nail olmaq olar (necə ki müəllif öz şeir-
ləri ilə bunu sübut edir), fəqət etik-əxlaqi normadan çıxmaqla 
böyük sənətə yol açmaq olmaz. Əlbəttə, mən cavan şairə “əx-
laq dərsi” verməkdən uzağam,  əksinə, zaman-zaman biz bu 
dərsi  şairlərdən almışıq, o cümlədən, dediyim o adda-budda 
nəzərə çarpan şeirləri istisna etsək, Aqşinin şeirləri də məhz be-
lə  səviyyədə  və iqtidardadır. Amma bir halda ki, “şeir yad-
daşdır,  şeir elə  şairin özüdür” (V.Yusifli), onda deyilməsi va-
cibdir ki, belə  şeirlərin yaddaşla qəti  əlaqəsi, bağlılığı olma-
yacaq, onlar, S.Rəhimovun ifadəsi ilə desək, “ömrü gödək 
qumbulaq kimi arada-bərədə itib gedəcəkdir”. Mən iradımı 
əsaslandırmaq üçün o şeirlərdən misal çəkə bilməyəcəyəm 
(təəssüratı qaranlıq qaldığı üçün oxucu məni bağışlasın...). 
Çünki kifayət qədər nümunə  gətirdiyim digər  şeir parçalarına 
(eləcə  də oxucu zövqünə!) xələl gətirmək istəmirəm. Qoy 
oxucular “şairin özünü” o şeirlərin bulanıq misralarında deyil, 
hansı gözəlinsə “dupduru gözlərində” görməyə can atsınlar: 
 
dupduru gözlərində 
qupquru əksimi görəcəklər 
boylanıb sənə tərəf 
məni göstərəcəklər 
 
Və sonda epiqrafdakı fikrə qayıtmazdan əvvəl ustad alimin 
daha bir qənaətinə istinad etməyi lazım bilirəm: “Allah insanı 
ona görə “dünyanın əşrəfi”, “dünya sədəfində qiymətli gövhər” 
kimi yaradıb ki, insan da dünyanı və özünü “kamilə çevirərək” 


243 
Tanrı və əbədiyyət səviyyəsinə ucalda bilsin”. Amma Allah bu 
işin o qədər də asan olmadığını anlayıb və ona görə  də Yer 
üzünə  şairləri göndərib. Göndərib ki, məhz onlar insanlara bu 
borcun mahiyyətini başa salsınlar, “Tanrı  və  əbədiyyət səviy-
yəsinə ucalmağın” yollarını göstərsinlər. Şairin bu ilahi missiya-
nı hansı  səviyyə  və mükəmməlikdə  təmsil etməsi haqda əsas 
zəmin və  təminatçı isə, onların yaratdıqları  sənət nümunələri 
olur. Məhz “ruhunu tanıyıb, dərk edib, sənəti yaradan” sənət-
karın poeziyası insana “kamilə çevrilmək” və “Tanrıya baxmaq” 
imkanı qazandırır. Aqşinin şeirləri də beləcə, içindən keçib, səni 
sənə  dərk etdirmək və Tanrıya qovuşdurmaq gücünə qadirdir. 
Bu  şeirlərin daha bir gücü isə ondadır ki, insanı katarsisə  − 
ruhun təmizliyinə və tövbəyə - qəlbin etirafına gətirib çıxarır. O 
dərəcədə ki, ruhunu haqqın mühakiməsinə verməzdən öncə diz 
çökür və deyirsən” “Allah bizi bağışla, bağışla”... 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin