Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə108/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   104   105   106   107   108   109   110   111   ...   125
 


237 
niyə ölmürsən, şairim? 
yaşadıqca üzündə Allah qocalır 
yalnız ölülər 
yol boyu hamıdan ucadır. 
 
 “Yaşadıqca üzündə Allah qocalır” – bu fikir “Ənəlhəqq” 
deyib, insanı Tanrı  səviyyəsinə ucaldan Həllac Mənsur təsəv-
vürlərindən, Nəimi ideyalarından su içmirmi? Eləcə də: 
  
 
hələ yaşadır məni 
içimdəki ölmək ehtirası. 
Eh, ölümü neynirəm ki
onsuz da kəpənəkləri 
diri ikən toz basır 
 
− misraları “Ey Nəsimi, yeru göy, xirqə  ərənlər donudur, 
Geymədi münkir anı, sandı ki, zindan kəpənək” deyib kəpənəyi 
“müqəddəs geyim” kimi qavrayan hürufi dünyagörüşünün çağ-
daş  əsrdə mifopoetik bərpası deyilmidir? Teatrşünas A.Talıb-
zadənin yazdığı kimi, əgər “hürufilərin mistik bilgilər paradiq-
masında kəpənək Allah, Ənəlhəqq, Mən, Fəzl, Nəsimi, Leyli, 
Kainat, Kosmos, Mütləq Harmoniya, huri və  qılmanın bulun-
duğu cənnət, maddi və ruhi aləmin birgəliyinə görk, ilahi, sak-
ral, müqəddəs bir şifrədir”sə, o zaman bunların gerçək məna-
sını, mənəvi mövcudluğunu bu dünyada ikən dərk edən şairin 
“ölümü neynirəm ki” deməyi haqlı qanunauyğunluq, məntiqi 
sonluq sayılsın gərək. Ümumiyyətlə, Aqşinin şeirləri iki dünya 
arasında körpüdür, yoldur. Burada sabit olum, yaxud mütləq 
ölüm yoxdur. İki hiss, iki dünya bir-birinə çulğalanmış haldadır 
və bu dünyanın hansındansa  şairi təcrid eləmək, onun poetik 
aləmini daraltmağa bərabərdir. O, müqəddəs Tanrı  dərgahına 
ucalmağa müntəzirsə də, fani dünyanın yaşantılarına da meylli-
dir, “Haqq ilə Haqq”sa da, insan ilə insandır, ölümə  nə  qədər 
təşnəlidirsə də, həyata bir o qədər ehtiraslıdır: 


 
238 
bəlkə quşlar da 
özünü öldürmək istəyir hərdən. 
Ağacların başından ataraq 
nə böyük bədbəxtlikdir 
uçmaq 
bəlkə ən böyük dərddir 
ağacların tək ayağı 
bəlkə də bizim kimi 
dünyanı görmək istəyidir 
ağacların ucalığa 
boy atmağı. 
Ancaq nə bir quş özünü öldürə, 
Nə bir ağac dünyanı görə 
bilib hələ 
ay qardaş, biz nə xoşbəxtdik 
dünyanı görmək 
və özümüzü öldürmək imkanımızın 
çoxluğu ilə 
 
Tanrıya olan hiss və bu hissi bütün hallarda uca tutmaq məra-
mı şairin, demək olar ki, əksər şeirlərində izlənilir, onun psixoloji 
yaşantılarını, duyğularını şərtləndirən əsas amil olur. Və bəzən bu 
sevgi qəribə bir mühafizəkarlıq şəkli alır: şairə görə, üzündə Tanrı 
olan insan yalnız sevilməyə layiqdir. Qorxu hissi bura yaddır. 
Çünki “biz Allahı tapanda qorxunu itiririk” (Pifaqor). Sevgi yox, 
qorxu yağan simada isə Allah əbədiləşə bilməz: 
 
demə adam sifətində 
özümüzə qorxuymuşuq. 
Biz ən böyük qorxumuzun 
adını Allah qoymuşuq. 
 
birimizin ömrü gödək 
birimizin bəxti qırıq 
biz Allahdan qorxa-qorxa 
qorxumuza sığınırıq. 


239 
elə ki, tək qalır adam 
ömür-gün düyünə düşür. 
Hamı Allahın altında 
Allahın üstünə düşür. 
 
Əlbəttə, bu şeirdə Allaha sevgisi əksini tapıb, belə demək 
caizsə, müəllif qarşısına Tanrı ilə bağlı  qənaətini bölüşmək niy-
yətini qoyub və bu niyyəti misra-misra əyaniləşdirib də. Və qeyri-
ixtiyari  şairin məhəbbət mövzulu şeirlərini arayır, bu şeirlərdə 
azacıq təbəddülatla üzləşəcəyinə, real sevginin daha çox cəlb 
edəcəyinə gümanlı olursan. Axı sevgi hisslər dünyasıdır. Hisslər 
dünyasında ağıl da, mühakimə  də susmalıdır. Amma hətta bu 
məqamlarda belə, əmin olursan ki, şair öz ilahi sevgisini heç bir 
bəni-adəmlə paylaşmağa hazırlaşmır, dini-fəlsəfi düşüncələrini 
burada da davam etdirir və belə hallarda sevgi mövzusuna 
müraciətin özü bir vasitə, akvarel fon səciyyəsi daşıyır: 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin