Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə116/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   112   113   114   115   116   117   118   119   ...   125
 
 


 
262 
“DAŞLAŞMIŞ SEVGİLƏRİN TARİXİ” 
 
(Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı barədə
 
Kamal Abdullanın son çapdan çıxmış və artıq kifayət qədər 
tənqid predmetinə çevrilmiş “Unutmağa kimsə yox” romanı 
mənə ona görə maraqlı göründü ki, burada ilk növbədə, 
yaddaşı oyatmağa yönəlmiş missiya var. Tarixin yaddaşı, mifin 
yaddaşı, sükuta dönmüş sevgilərin yaddaşı- fərqi yoxdur, əsas 
odur ki, əsərin guşə daşında yaddaşla təmas təlimi dayanır.. 
Kitaba ön söz yazmış Arif Acaloğlu bu romanı yazıçının digər 
əsərləri – “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanla-
rı ilə vahid estetik məhvərdə, ortaq genetik müstəvidə “oxu-
mağı” irəli sürür, “bu romanların üçündə də eyni dünya qavra-
yışı  və eyni anlam yaradıcı mexanizmləri fəaliyyət göstərir” 
deyərək onları “üçüz romanlar” adlandırır. Təbii, bu belədir, 
K.Abdullanın yaratdığı yeni- paralel dünya modelinin məna 
axarlarının trayektoriyası (üslüb və dil, bədii-fəlsəfi yanaşma 
və  mənalandırma tərzi, oxşar struktur, kosmik, mifik və ilahi 
elementlərin məkanı olmaq baxımından) onun hər üç romanın-
dan keçir. Amma zənnimcə, yazıçı içinə dolan heyrət nidasını, 
boğazına yığılıb qalan təəssüf qəhərini məhz, bu əsərə yağdırıb. 
Bir kənddə, Vəng dağının  ətəklərində içi çiçək ləçəklərinə 
bənzər yazılarla əhatələnmiş bir mağara tapılır və Dil və Təfək-
kür  İnstitutunun gənc  əməkdaşı F.Q. bu yazını oxumaq üçün 
həmən kəndə ezam olunur. İlk baxışdan sadə  və adı görün-
məyən bu motiv getdikcə daha mürəkkəb nəsnələri, kosmoqo-
nik düşüncə qatını, mifoloji struktur vahidlərini tərkibinə qatır 
və  bəlkə  də ilk sətirlərdən maraqlı bir sərgüzəşt romanı 
oxumağa ümidli olan oxucunu polifonik düşüncələr orbitinə 
yuvarlatmaqla onu qırxıncı qapı ilə üzbəsurət qoyur. Və yalnız 
oxucunumu?  Əsərin ümumi ahəngi büsbütün bu qapının sirrli 
aləmini açmağa yönəlmiş. Nə var qapıdan o yana, Çiçəkli yazı 
nələri, hansı yozumu, mənanı ehtiva edir özündə, hara (hansı 
qədimliyə, mədəniyyət qatına) aparacaq bu yazı onun oxunma-


263 
sını  həsrətlə gözləyənləri? Baho, bu ki, adi bir sevgi məktu-
buymuş (gərdişi-kəcrəftarə bax!).  
Paralel dünyalar, Hadisələrin üfüqü və Möhtəşəm ahəng 
üçlüyünün sirr -tapmaca oyun estetikası əsərdəki məkan və za-
man hüdudlarını sərhədsiz edir. Belə ki, situasiyaların məkanı 
və zamanı kimi hər hansı  dəqiq  ərazi və vaxt ölçüsü cızmağa 
aciz qalırıq. Hadisələrin üfüqü şəhərdən start götürüb perife-
riyaya-  əsas səbəbin kök saldığı ana məkana- kəndə yeriyir, 
amma bununla çevrə qapanmır, Möhtəşəm ahəngin yaradılması 
üçün fikrin hüdudları min illər əvvələ- qədim yunan miflərinin 
dərinliklərinə, uzaq Stiks çayının sahillərinə, Troya mühari-
bələrinin cərəyan etdiyi dövrlərə boylanır, nəql olunan heka-
yətlər, sirr dolu vaqeələr, heyrət dolu nəsnələr hər biri dil açıb 
da bir dünyanın- paralel dünyanın varlığından, mövcudlu-
ğundan xəbər verir. Yəni məqsəd başqadır, Çiçəkli yazı sadəcə 
sirriçində olan kainatın dərinliklərinə yetmək üçün bir vasitəd-
ir. Dünən bir başqa yazı, deyək ki, Hüngür mətni, bu gün 
Çiçəkli yazı, sabah bir başqası-fərqi yoxdur, dünyalar, zaman-
lar və  məkanlar arasında körpü yaratmağa səbəb olacaq, za-
manlar arasında vəhdətə və ahəngə xidmət etməklə ona komp-
leks yanaşma mütləqliyini zəruri edəcək.  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin