Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə119/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   115   116   117   118   119   120   121   122   ...   125
həyat professoruyam” bəlkə də bu fikrimə onun ən yaxşı cavabı 
belə olardı, F.Q.-ya verdiyi təki. Amma həyat başqa, elmin 
incəliklərində, dərinliklərində bulunmaq başqa. Bəlkə bu 
səbəbdən tərəddüd içərisində qalan F.Q-nın iztirablarına son 
qoyan  “Hərf dediyin səsdi, balası?”  kimi elmi şərhi (açar 
cümləni) Bəhram kişinin dilindən eşidən oxucu çaşıb qalır. 
Əcəba, burada kəndli-alim təfəkkürü qarışdırılmırmı? Bu ki, F.Q.-
nın vəzifəsinə, “tapıntısına” daxil olmalı bir şey.  
Daha bir məqam. “Unutmağa kimsə yox” romanı  şərti-
metaforik ünsürlərlə, virtual reminissensiyalarla əhatələnmiş 
əsərdir. Mifoloji səciyyəli Qarağac, Çoban papağı, Çiçəkli 
yazı, Vəng dağı, Bozlar, İşıqsaçan daş və s. elementlər hər biri 
əsərdə xüsusi simvolik çalar kəsb edir, Mağaranın ruhu, 
İşıqsaçan daş, Bəhram kişi ilə F.Q.-nın gördükləri eyni yuxular 
sırf  şərti –metaforik üslubda təqdim olunur. Digər adı  çəkilən 
proobrazlar  əsərdə müəllif qayəsini qüvvətləndirmək təsiri 
bağışlayırsa, son element-Bəhram kişi ilə F.Q.-nın eyni yuxunu 
görmə hadisəsi ( göydən əvvəl şir, sonra dəvə yağması ilə bağlı 
təsvirlər) mətnin  əsas ideyasına-paralel dünyaların mövcud-
luğunun gerçəkləşdirilməsi ideyasına xidmət etmək məramı 
daşısa belə tutalğasız təsir bağışlayır, burada həyati və psixoloji 
fakt  əksini tapa bilmədiyindən romanın daxili strukturunun 
müəyyənləşdirici amili kimi özünü doğrulda bilmir. 


267 
Romanda tarix və həqiqət qarşılaşmasının bir qədər kinayəli, 
amma sərt  şəkildə  yozumu  var.  Hamı yazıya keçmişlə
qədimliyimizlə bağlı  nəsnələri –gerçəkləri gizlədən  əlyazması 
kimi baxır, hətta işə bax, siyasi açıqlama (oxunuş) gözləyənlər 
də yox deyil:(“Çiçəkli yazı siyasi məsələdir”- Aslanzadə) 
Tarixsə bir yazını sevgi məktubu kimi deşifrə etməkə yalançı 
millət qəhrəmanlarına öz silləsini vurur: “Çiçəkli yazı budu, 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin