Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə104/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   100   101   102   103   104   105   106   107   ...   125
 


 
226 
YENİ DÜŞÜNCƏ VÜSƏTİ İLƏ 
 
(C.Yusiflinin “Azərbaycan poeziyasında Əli Kərim 
mərhələsi” və “Sabir Rüstəmxanlı: yaddaşın poetikası” 
kitabları haqqında
 
„Mən artıq kitablarla görünmək niyyətindəyəm“. Bu fikri 
Cavanşir Yusifli tənqidlə bağlı yazılarının birində qeyd etmiş, 
yaradıcılığını bu istiqamətdə köklədiyini bildirmişdi. O vaxt-
dan etibarən tənqidçinin bir-birinin ardınca çıxan kitabları 
verdiyi vədi doğrultmasıdır, iş,  əməl göstəricisidir. Müəllifin 
ötən il cap olunan „Azərbaycan poeziyasında Əli Kərim mərhə-
ləsi“ və „Sabir Rüstəmxanlı: yaddaşın poetikası“ kitabları isə 
daha önəmli cəhətinə görə - yeni düşüncə sisteminin ifadəçisi 
,daşıyıcısı olmaq baxımından diqqətəlayiqdir. 
“Azərbaycan poeziyasında Əli Kərim mərhələsi” - mənə elə 
gəlir ki, C.Yusiflinln bir tənqidçi kimi simasını görükdürən, 
onun yeniliyini, özünəməxsusluğunu özündə  cəmləşdirən 
enerji, güc bu kitaba toplanıb. Baxmayaraq ki, müəllifin buna 
qədər çap olunmuş „Bədii mətnin sirləri“, „Bir söz söylə, bu 
dünyadan olmasın“, „Ədəbiyyatda yaşamağın formulu“ kimi 
kitablarında da yeni nəfəs, qeyri-ənənəvi təhlil forması, axtarış 
əzmi var. Bu kitablarda toplanmış yazılar, - istər tarixi ədəbi 
prosesimizin müxtəlif dövrlərinə  və  şəxsiyyətlərinə  həsr olun-
muş olsun, istərsə də çağdaş ədəbiyyatımızın bir çox vacib mə-
sələlərini aktuallandırsın, - C.Yusiflinin özünəməxsus yanaşma 
tərzini, müəyyənləşdirdiyi yeni rakursu ortaya qoyur. Lakin 
bütün bunlara baxmayaraq, bu kitablarda bir natamamlıq 
hakimdir. Nədən ki, onlara toplanmış yazılarda kənar nəzəriy-
yələrin tətbiqi mərkəzi xətti təşkil edir, dominant diqqət hədəfi 
bəhs edilən  ədəbi fakt, predmet olmalıykən,  əksinə, ona 
ayrılmış yer cox cüzi görünür. 
Bu baxımdan, C.Yusiflinin „Fuzilidən Folknerə  qədər...“, 
„Ədəbiyyatda yaşamağın formulu“ və.s. yazıları „xaric səs“ tə-


227 
siri bağışlayır. Burada mətləb aydınlaşmır, təmqidçinin fikirləri 
sistemli şəkildə, öz axarında deyil, daha cox pərakəndə xarak-
ter daşıyır. Məsələn, „Ədəbiyyatda yaşamağın formulu“ mə-
qaləsində müəllif həmişə aktual, əhəmiyyətli olan irs-varislik 
problemini qabardır, Bunu müasir ədəbi prosesdəki mənzərə, 
onun ehtiva etdiyi çağdaşlaşma meyllərinin, yeni ədəbiyyat id-
dialı  mətnlərin  əsasında həll etmək istəyən tənqidçinin məq-
sədini reallaşdırmaq üçün seçdiyi ədəbi üsul o qədər də uğurlu 
alınmır. Bəhs edilən mövzu üzərində fikirlərini çox lakonik 
formada ifadə etməyə çalışan müəllif bununla öz düşüncələrini 
qapayır və diqqəti M.Folknerin, M.M.Baxtinin yaradıcılığına 
yönəldir. Onların əsərləri əsasında keçmişə münasibət məsələ-
sini çözən, problemi aktuallandırmada bu sənətkarların tutduğu 
mövqeni göstərməyə çalışan tənqidçinin yanaşmasında öncə 
təhlilə cəkilən milli mətnlər bir fon səciyyəsi daşiyir. Nəticədə, 
bu mətnlərin  şərhi, eləcə  də onlar haqqında C.Yusiflinin öz 
düşüncələri kölgədə qaldığından qarşıya qoyulmuş  məsələnin 
çözümü bitkin deyil, natamam təsir bağışlayır. 
„Azərbaycan poeziyasında  Əli Kərim mərhələsi” kitabında 
isə C.Yusifli öz icində oturuşmuş  nəzəriyyələrdən, bitkin 
təsəvvürlərdən çıxış edir. Yeni dil və üslub, yeni yanaşma və 
ifadə  tərzi – bütün bunlar vahid bir xətt üzərində  cəmləşdi-
yindən müəllifin irəli sürdüyü konsepsiyalar, tətbiq etdiyi nəzə-
riyyələr bitkin səciyyə daşıyır. Demək olar ki, C.Yusifli digər 
nəzəriyyələri öyrənə-öyrənə artıq özünə çıxıb, bir qədər obrazlı 
desək: o, öz düşüncə qanadında Qərbi gəzib  Şərqə qayıdıb, 
Qərbdən bəhrələnərək milli nəzəri–estetik fikir arsenalımızı 
yeni dil və ifadə tərzi ilə dolğunlaşdırmağa nail olub .  
C.Yusiflinin yazılarında  ənənəvi təhlil formasından  əsər-
əlamət qalmayib. Tənqidçinin özünəməxsusluğu, ilk növbədə 
onun əsərlərə yanaşma tərzindədir. O, bədii mətnin məzmunu-
nu nəql etməklə deyil, sözlərin məna qatına enməklə, onu son-
suzluğa qədər aparıb polifonik qatlarını açmaqla məşgul olur 
ki, əslində C.Yusifli üçün ədəbi tənqidin missiyası elə bu mə-
qama xidmət etməkdir. Tənqidçi yazır: „Mənim fikrimcə, təhlil 


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin