Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə102/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   98   99   100   101   102   103   104   105   ...   125
221 
Hələ XI əsrdə  Xətib Təbrizi yazırdı ki, şeir haqqında 
danışmaq onu yazmaqdan da çətindir. Bu çətinliyin öhdəsindən 
V.Yusiflinin necə gəldiyini f.e.n. Güldəniz Qocayeva belə ifa-
də edir: «professional şeirdən söz düşəndə V.Yusifli ərkyana 
bir sərbəstliklə danışır və söz meydanı daha da genişlənir. Özü-
nü azad hiss edir, özü də bilmədən şairləşir, şeirdən elə şeirin 
dili ilə danışır». 
Ədəbiyyatımızın yaradıcılıq problemləri qabardılan bütün 
zamanlarda roman janrı  ətrafında mübahisə  və müzakirələr 
geniş vüsətliliyi ilə seçilib. Bəlkə  də janrın daxili strukturu, 
tələbləri və  əhatə dairəsinin özü problemin qloballığına yol 
açır. «Tənqid və  bədii söz» kitabında da V.Yusiflinin roman 
haqqında mülahizələri mühüm yer tutur. Bəri başdan qeyd edək 
ki, sərlövhənin altında  əksini tapan «polemik qeydlər» ifadəsi 
gələcək mübahisələrin intişarına və  təşəkkülünə müəllifinin 
artıq hazır olduğunu xəbər verir. 
Bu mülahizələrdə V.Yusifli Azərbaycan romanının yaranma 
tarixini, günümüzə qədər keçdiyi inkişaf yolunu izləyir, janrın 
tarixi dövrlərinə baş vurur və onları mövzularına görə (tarixi, 
müharibə, ailə-məişət) ümumiləşdirir. 
Lakin V.Yusifli söhbət açdığı janrın adi xroqnoqrafı olmur, 
onu müasirlik prizmasından qiymətləndirir,  ədəbi tənqidin 
təhlil süzgəcindən keçirir, hətta bir sıra məqamlarda- B. Bayra-
movun «Fəhlə qardaş», «Gün batanda», S.Bərgüşadın «Boz 
atın belində», «Sıyrılmış  qılınc», G.Fəzlinin «Kəhrəba işığın-
da», «Gecə günəşi»,  Ə.Mustafayevin «İsti külək»,  Ə.Babaye-
vanın «Səni axtarıram» kimi romanların təhlilində müəlliflərlə 
mübahisəyə girməkdən də çəkinmir.Belə bir fikri də görk edə 
bilir ki, ənənə ilə ənənəçilik bir-birini yaxşı mənada tamamla-
malıdır. Əgər ənənə məfhumunun kökündə varislik xüsusiyyət-
ləri durur, köhnə yeni üçün «təcrübi kurs» səciyyəsi daşıyırsa, 
ənənəçilik kor-koranə  təqlidlə bu qanunları  qırır və  əsərləri 
həm forma, həm də məzmun gözəlliyindən məhrum edir. 
Elə düşünülməsin ki, V.Yusifli mövzunun predmetinə yalnız 
zəif, qüsurlu romanları  cəlb edir.Yox, dövrün koloriti, əsrin 


 
222 
nəbzi duyulan əsərlər də V.Yusiflinin mülahizələrində işıqlan-
dırılıb, öz real qiymətini alıblar. B.Bayramovun «Karvan yolu», 
Y.Səmədoğlunun «Qətl günü», Elçinin «Ağ  dəvə»,  Ə.Əylislinin 
«Ağ  dərə» romanları  məhz bu cür «ədəbi hadisə» olan 
romanlardır. İnsanın mənəvi-sosial ağrılarının kökünü izah etmək
ədəbiyyatda düşünən insan obrazını canlandırmaq, onun şəxsiy-
yətini lirik-psixoloji çərçivədə  işləmək bu romanların başlıca 
məziyyətləri idi. Və bu məziyyətlərə onlar klassiklərimizin  ən 
yaxşı ənənələri ilə varislik əlaqəsini qoruyub saxlaya bilmişdilər. 
O müəlliflər ki, «insan və zaman» kontekstindən çıxış edir, onlar 
əsərlərinin dövr, ədəbi mühit və insanla bağlı müasirliyinə nail 
olur və zəmanəsinə yazıçı sözünü deyə bilirlər. 
Tez-tez belə bir fikirlə rastlaşırıq:  əgər onun yaradıcılığını 
bircə sözlə ifadə eləmək lazım gəlsə onda…onda vaqif Yusif-
lini bircə kəlmə ilə xarakterizə etmək çox asan olardı: «inamlı 
səs» sahibi. Əslində, həyatın da, ədəbiyyat və insanın da 
mənəvi yüksəlişinə, ruhi coşqunluğuna yol açan bu cür inamlı 
səslərdir. Bəlkə buna görə V.Yusifli ədəbiyyata vəsiqə alan hər 
kəsə “səs”inin qüdrətindən pay verir… Gözəl  şairimiz R.Rza-
nın misraları süzülür yaddaşımdan: 
 
Belə olur insanın 
insana əvəzsiz hədiyyəsi 
bir xoş baxışı 
bir ümidli sözü 
bir inamlı səsi. 
 
Amma maraqlıdı, özü inamlı  səsə çevrilməmiş ilk dəfə  səsin 
təsir orbitinə, tilsiminə  nə vaxt düşmüşdü görəsən? Bəlkə lap 
gəncliyində, hələ  tələbə ikən  şeir gecələrinin birində  Mədinə 
xanımın  şeirlərini dinləyərkən tapınmışdı bu səsə? Onu içində 
qoruya-qoruya,  əzizləyə-əzizləyə illərin, xatirələrin yığımında 
gizlətmişdi, bu yazını da mənə o səs yazdırdı»- 40 il sonra yenidən 
bu səsi dinləyəndə heyranlığını gizlədə bilməyib etirafını etmişdi. 
Bəlkə qüdrətli dramaturqumuz İ.Əfəndiyevin özü kimi bən-



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin