Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə98/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   94   95   96   97   98   99   100   101   ...   125
206 
həyata keçirilməsi mümkün olmasın” (Elias Kanetti). Xalqı 
birliyə  səsləməzdən  əvvəl onu düşüncədə, idrakda bu birliyə 
hazırlamaq lazımdır. Y.Qarayev keçmişə rakurs etdi, xalqın dü-
şüncəsində dərin iz qoyan məqamları, tarixin Azərbaycan üçün 
görk etdiyi mühüm anları  əks etdirməyə çalışdı. Tarixi faciələ-
rimizin, düçar olduğumuz amansız bəlalarımızın başlıca səbəbini 
indiyə kimi milli mənafe üçün yox, ayrı-ayrı siniflər üçün 
çalışmağımızda gördü. Həqiqətən də  məhz “məndən ötdü, qar-
daşıma dəydi” biganəliyinin nəticəsi idi ki, Azərbaycanı par-
çalanmalardan, bölünmələrdən qoruya bilmədik. Məhz bir bay-
raq altında birləşməyi, eyni hədəfə vurmağı bacarmadığımız 
üçün Qarabağ kimi məmləkətimizi qorumağa bütün gücümüz və 
qeyrətimizlə atılmadıq. “Əvvəl sözlər, sonra adamlar, lap axırda 
torpaq azadlığını itirdi”. İdrak yaddaşdan xali olanda daxili 
harmoniyanı xaos əvəz edir, tarix “sapı özümüzdən olan balta-
lar”ın zərbəsinə hədəf olur. Və bəlkə də bu zərbələrin fiziki ağır-
lığından daha çox, mənəvi ağırlığından əzab çəkir, yanıb-yaxılır. 
Y.Qarayev mənəvi birliyin ikinci səviyyəsi kimi “Cənubi 
Azərbaycan, türk xalqları arasında mədəni,  ədəbi-mənəvi bir-
lik” yaratmaq təlimini irəli sürürdü. Yalnız öz irsinə, milli mə-
dəniyyətinə arxa çevirmədən, ümumtürk kontekstində inkişaf 
etmək, ümumdünya mədəniyyətindən bəhrələnmək olar. Ümu-
miyyətlə, Yaşar Qarayevdə milli bədii təcrübənin imkanlarına, 
milli təfəkkür mədəniyyətinin zənginliyinə inam, etimad böyük 
idi və böyük alim üzün illərin müşahidə və tədqiqat bacarığın-
dan sonra sələflərinin vurğuladığı  məqamlara israrlı idi: Soy, 
qan və gen birliyini hər şeydən uca tutub “elmə, mədəniyyətə 
öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edil-
mış elə bir millət çıxardaq” ki, (Rəsulzadə M.Ə. Azərbaycan 
Cumhuriyyəti. Bakı: Elm, 1990, səh.18). bizə baxıb “türklər və 
müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin, yoxsa türklər 
və müsəlmanlar ittihad ediyor və firəngləşiyorlar denilməsin” 
(Hüseynzadə  Əlibəy. Türklər kimdir və kimlərdən ibarətdir. 
Bakı: Mütərcim. 1997, səh.186).  İrəli getməyi bacaraq, amma 
milli varlığımızı unutmayaq, milli dəyərlərimizi inkar etməyək, 


207 
milli düşüncəmizə xələl gətirməyək. Unutmayaq ki, “bəşərilik 
səviyyəsinə qalxan milliliyin beynəlmiləlliklə vəhdəti, sintezi o 
zaman təmin olunur ki, ortaq genetik müstəvidə, mənəvi mə-
kanda yaşayan digər etnik vahidlər də hamısı Azərbaycan xal-
qını bir millət, Azərbaycan torpağını isə bir vətən kimi qəbul 
edirlər”( Milli “mən”  şüuru və etnik yaddaş- azərbaycançılıq. 
“Kredo” qəzeti, 8-23 mart, 2002).  
Nəhayət Y.Qarayev “yaxın  Şərq, islam miqyasında  ədəbi-
mədəni və dini-mənəvi birlik” ideyasını irəli sürürdü. 
Hələ XX əsrin əvvəllərində Ə.Ağayev yazırdı: “Müsəlman-
ların dirçəlməsi və  tərəqqisi ümumiyyətlə mümkündürsə, bu 
hökmən onların arasında yeganə fəal qüvvə olan din vasitəsilə 
olmalıdır”( Fikrin karvanı (məqalələr toplusu). Bakı, “Yazıçı” 
nəşriyyatı, 1984, səh.178). Din özündə təkcə şəriət məsələlərini 
və etik-əxlaqi keyfiyyətləri birləşdirmir. Ondan siyasi təlimlər, 
doktrinalar kimi də istifadə etmək mümkündür. Bu gün dün-
yada baş verən “İslam partlayışı” dinin nə  qədər sosial-siyasi 
və ideoloji əhəmiyyətə malik olduğunu büruzə verdi. Sübut 
olundu ki, ümumi səfərbərliyin, mənəvi birliyin yaradılmasında 
din fəal və intensiv, aparıcı amil ola bilər. 
Böyük alman filosofu Hegelə görə “mütləq ideya” özünü 
dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də 
sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin  şüura 
böyük və əvəzsiz təsiri var. Bədii-estetik düşüncənin, onun elmi-
tənqidi dərkinin meyarlarının  əsaslı  təbəddülata məruz qaldığı 
keçid dövrü kimi xarakterizə olunan 90 -cı illərdə Yaşar Qa-
rayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-
nəzəri fikrin potensial imkanlarının real və  əyani təzahürü, 
ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi 
mənalana bildi. O, böyük bir imperiyanın çökümündən  şaşıran 
ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermə-
di, çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə 
onunla sonuclandı ki, bizdə  həm milli bədii təcrübənin imkan-
larına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri 
fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan 
qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.   


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin