Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə96/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   92   93   94   95   96   97   98   99   ...   125
 
 


 
202 
YAŞAR QARAYEV İDRAKININ ÜFÜQLƏRİNDƏ 
 
Əminliklə demək olar, nadir istadada və geniş erudisiyaya 
malik olan Yaşar Qarayev ədəbiyyatşünaslıq elmimizin son 
mogikanıdır. Bu qənaəti doğuran alimin ədəbi-elmi arsenalı-
mızı təşkil edən əsərləri- “Faciə və qəhrəman”, “Səhnəmiz və 
müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Realizm: sə-
nət və  həqiqət”, “Ədəbi üfüqlər”, “Meyar-şəxsiyyətdir” və s. 
kimi polifonik spektrli, müxtəlif mövzulu tədqiqat istiqamət-
lərini ehtiva edən kitabları deyil. Y.Qarayevin Azərbaycan hu-
manitariyasına gətirdiyi özəllik ilk növbədə, bənzərsiz zəkaya, 
fərqli düşüncə mədəniyyətinə qadir olması və bu mədəniyyətin 
bütün çalarlarını  ədəbiyyatımıza ötürə bilməsi oldu. İçinin 
möhtəşəm ədəbiyyat sevdası sayəsində o, tədqiqata cəlb etdiyi 
məsələləri,  ədəbiyyat tariximizdə  hər birinin məzmun yükü 
olan problemləri yeni əsaslar üzərində  təşəkkül tapan ümumi 
düşüncə sistemimizin mühüm tərkib hissəsinə çevirə bildi, ən 
yeni milli ədəbiyyat tarixinin əsasını qoydu. Özəl düşüncədən 
qidalanan özəl üslub, qanadlı romantikaya bürünmüş fikrin 
ifadə  tərzindəki elmilik, ədəbi fakta, prosesə yanaşmada nü-
mayiş etdirdiyi obyektivlik, elmi-analitik təhlil bacarığı sayə-
sində bütün yaradıcılığı boyu Y.Qarayev bədii-estetik fikri 
pozitiv ədəbi meylləri və axtarışları ilə zənginləşdirdi. “Sözün 
yaddaş sirri”nə (K.Vəliyev) daim sadiq Yaşar Qarayevin 
özünəməxsus düşüncə hüdudları, qeyri-adi fəhminin gücü ona 
təqib qıldığı məsələlərə vüsətli məqamlardan- hadisələrin üfü-
qündən, pik nöqtəsindən nəzər yetirməyə imkan verdi. Dram-
dan danışanda dramaturgiyanın, tənqiddən bəhs edəndə  tənqi-
din problemlərini yüksək elmi-nəzəri-metodoloji mövqedən 
təhlilə  çəkdi, realizmin estetik prinsiplərindən, “renessans ro-
mantizminin varlığından” (N.Konrad) milli ədəbi-mədəni şüu-
run spesifik hadisəsi kimi bəhs etdi. Kim olursan ol, öncə insan 
olmağı bacar- aksiomasını  təlim, platforma səviyyəsində  ədə-
biyyata, humanitar elmə gətirib şəxsiyyəti meyar elan edən də 
Yaşar Qarayev oldu.. Bəlkə ona görə ki, bir çox başqa nəsnələr 


203 
kimi uca Yaradanımızın seçilmişlərdən saydığı alimlik missi-
yasının da ilk öncə, insani sevgidən mayalandığını  dərk et-
mişdi. “Kim ki, insanı sevər, aşıqi hürriyyət olur. Bəli, insanlıq 
olan yerdə  də hürriyyət olur”- Sabirin insanlıq fəlsəfəsindən 
yoğrulmuş bu misralarının Yaşar Qarayevin yaradıcı milli dü-
hasının hər hüceyrəsinə hakim kəsildiyini duymaq çətin deyil-
di. Alimin 1996-cı ildə  nəşr olunan “Tarix:yaxından və uzaq-
dan” fundamental toplusu bu fikirlərin ən bariz sübutudur. Bu 
kitab yalnız  ədəbiyyatın tarixini deyil, həm də insanlığın tari-
xini, onun mənəvi -ədəbi irsdə kodlaşan dəyərlərini milli sərvət 
kimi reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasına 
xidmət edirdi. Diqqət etsək, alimin son yazılarının, məruzə 
mətnlərinin, hətta müsahibələrinin məğzinin belə bu ritmə, 
insan dəyərlərinin önə  çəkilməsinə kökləndiyini görərik. Bu, 
ədəbiyyatımızın hər zaman qayəsi olmuş insanşünaslıq, xalqşü-
naslıq kimi mənəvi keyfiyyətlərin təbliği istiqamətinin yeni 
modifikasiyada təqdimi deyildi. Bu, subardinasiyası pozulmuş 
cəmiyyətin, yeni başlanan postmodern epoxasının və qlobal-
laşma nəhrinin dəhşətləri önündə heyrətdə qalan ruhun huzur, 
dinclik naminə etdiyi çabaların peyğəmbərsayağı ifadəsi idi.  

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin