Microsoft Word Yeni kitab A5-son docx


E.A.  - Bəkir müəllim, sualın birinci hissəsi ilə bağlı fi- kirləriniz?  B.Nəbiyev



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə95/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   91   92   93   94   95   96   97   98   ...   125
E.A.  - Bəkir müəllim, sualın birinci hissəsi ilə bağlı fi-
kirləriniz? 
B.Nəbiyev - Nə üçünsə bu məsələdən söhbət düşəndə, təkcə 
bizim ədəbiyyatda yox, bir çox xalqların da az-çox bizə məlum 
olan  ədəbi prosesində L.Tolstoyun məşhur “Hərb və sülh” 
romanının cildlərini misal gətirirlər. Deyirlər ki, Napaleonun 
hücumu ilə  əlaqədar, 1812-ci il müharibəsindən filan qədər 
keçəndən sonra Tolstoy bunu qələmə almış, böyük epopeya 
yaratmışdır. Həqiqətən də, orada təkcə vuruş mənzərələri yox, 
insanların daxili aləmlərində, beynində, təfəkküründə baş verən 
təbəddülatların mənzərələri elə ustadanə təsvir olunub ki, hey-
ran qalmamaq olmur. Buna baxmayaraq mən bu fakta əsas-
lanmağı bəhanə hesab eləyirəm. Yəni bizim ədəbiyyat vaxtın-
da, məsələn, Böyük Vətən müharibəsi illərindəki aktivliklə, fə-
allıqla müharıbə mövzusuna, yəni Qarabağın azad edilməsi 
uğrunda, erməni hücumlarına qarşı apardığımız mübarızədə 
baş verən hadisələri qələmə alsaydı, bundan ədəbiyyatımız 
uduzmazdı. Elə bil ki, ədəbiyyat bir müddət gözləmə mövqe-
yində dayandı. Şeir az-çox yazıldı, publisistik məqalələr yazıl-
dı, amma ədəbiyyatın ağır artilleriyası heç atəş açmadı. Yəni 
ilk illərdə ciddi roman, povest yazılmadı. Bu hadisələrin üstün-
dən illər keçəndən sonra bu qəbildən  əsərlər yaranmağa baş-
ladı. Onların içərisində Elçin Mehrəliyevin, Hüseynbala Mir-
ələmovun povestlərini qeyd edə bilərəm. Aqil Abba-sın “Dolu” 
romanı bütün ciddiyyəti ilə bu mövzuda yazılan bütün əsərlər-


201 
dən seçilir. Ilk növbədə sərtliyi ilə, vətəndaş mövqeyinin qüv-
vətliliyi ilə...  Əlabbasın “Qaraqovaq çölləri”  əsərinin bir çox 
epizodları yaddaşıma ilişib qalıb. Burda müharibə həqiqətlərinə 
inandıran realist məqamlar çoxdur.  
E.A. - Dünyaya axın prosesinə, mənəvi inteqrasiya və ədəbi 
dövriyyəyə çağdaş  ədəbiyyatımız hansı istiqamətdə pozitiv 
müdaxilə, yenilik təqdim edə bilər və ümumiyyətlə, bu gün ya-
ranan  ədəbiyyat ki var, milli varlığımızı görükdürməyə, onu 
təmsil etmə potensialına qadirdirmi? 
B.Nəbiyev - Əlbəttə, Anar, Elçin, Əkrəm Əylisli, Kamal Ab-
dulla elə potensiala, yaradıcılıq imkanlarına malikdirlər ki, ən 
yaxşı əsərlərini hələ bundan sonra yazacaqlar. Mən bu fikirdə-
yəm. “Ağ qoç, qara qoç” göstərdi ki, Anarın deməyə  hələ  nə 
qədər sözü varmış. Son illərdə o istər bədii, istərsə  də elmi, 
ədəbi-tənqidi yaradıcılığında çox maraqlı fikirlər səsləndirib. 
Yazıçılarımızın yaradıcılıq potensialının tükənmədiyinə  şüb-
həm yoxdur. 
E.A. - 80 illik yubileyinizdə çox çıxışlar oldu, maraqlı fikir-
lər səsləndi. Onların arasında akademik İsmayıl  İbrahimovun 
bir arzusu mənə əlamətdar göründü: “80 yaş yaxşı yaşdı, amma 
95 deyil. Arzu edirəm Bəkir Nəbiyev mənim kimi 95 yaşa çat-
sın və gəlib burada alimlərimizin 80 illiyini təbrik etsin”. Bəkir 
müəllim, sizcə insanın uzun ömür yaşaması Allahın qismətidir, 
yoxsa insanın ruhsal dəyərlərindən, mənəvi-iradi keyfiyyətlə-
rindən də rişələnir? 
B.Nəbiyev - Uzun ömür, əlbəttə, birinci növbədə Allahın əta 
etdiyi və heç nə ilə müqayisəyə gəlməyən nemətdir. Və heç bir 
şübhə yoxdur ki, uzun yaşamaqda həm də az-çox siz deyən 
kimi, ruhsal dəyərlərdən, mənəvi-iradi keyfiyyətlərdən bəhrə-
lənmək və  əlavə edərdim ki, yazı-pozu ilə  məşğul olmaq da 
ehtiva olunur. 95-ə iddia eləməsəm də, hələ 85-ə də çatacağımı 
daxilən hiss edirəm. 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin