Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə97/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   93   94   95   96   97   98   99   100   ...   125
 
* * * 
“Tarixi nöqteyi-nəzərdən keçmiş adlandırılan  şey-bizim ar-
xada qoyduğumuzun ölçüsüdür, o şeydir ki, İndi ilə kəsişmir, ona 
müdaxilə etmir və  məhz bu şərt daxilində, bilik kimi istifadə 
oluna bilir, o şeydir ki, obyektiv təcrübə  məxəzi tək ona əsas-
lanıb, İndi, bu dəm Gələcəyə yönəli qərarlar verir, fəaliyyətimizi 
qururuq” (Hans-Ulrix Humbrext. “Müasir tarix” dəyişən xrono-
topun indisində. “Novoye literaturnoye obozreniye” jurnalı, 
2007, N-1, (N-83),səh.30)Deməli, “bütün həyatımız boyu bizim 
“indi”dən başqa heç nəyimiz yoxdur” (Artur Şopenhauer). 
Amma bu günkü “indi” sabah üçün keçmişə dönəcək (keçmiş elə 
gələcəkdədir) və bizdən yaşanan bu gün-indi üçün hesabat 
sorulacaq. Y.Qarayev tarixin indi adlanan zaman kəsimindən 
dünəninə, uzaq keçmişinə rakurs etdi. ”...qədimdən indiyə qədər, 


 
204 
mifdən, folklordan müasir günlərə qədər Azərbaycan xalqı dünya 
ədəbi-bədii fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, 
bədii dəyər və sərvətlərlə onu zənginləşdirib?” (Qarayev Yaşar. 
Tarix: yaxından və uzaqdan. Bakı “Sabah”, 1996, səh., 22). 
“Tarix: yaxından və uzaqdan” kitabında Y.Qarayev bu suallara 
cavab aramaq məqsədi ilə  bədii-mədəni keçmişimizin bütün 
dövrlərini tədqiqat obyektinə çevirdi.  
Tarix yalnız yaddaşa və idraka çökəndə (yalnız onda!) şüuru 
manqurtluqdan, sklerozdan xilas etmək mümkün olur. “...ərazinin 
bütövlüyü də, hər şeydən əvvəl, yaddaşın böyüklüyü, qədimliyi və 
bütövlüyü ilə qorunur.”(yenə orada, səh.699) Y.Qarayevin yara-
dıcı milli dühasında zaman kökünə  və bütövlüyünə boylanaraq 
dildə daşlaşan və yaddaşlaşan tarixə döndü, öz rişəsini Dədə 
Qorqud müdrikliyi, Nizami humanizmi, Nəsimi dözümü və Fü-
zuli eşqindən alaraq poetik ifadəsini “Poeziyanın Araz ağrısı  və 
yaddaşı-Şəhriyar”da, “Romantizmin Cavid yaddaşı”nda, “Nəsrin 
və  səhnənin ağrı yaddaşı- Cəlil Məmmədquluzadə”də, “Özünü 
satirada dərk edən- Sabir”də tapdı. 1990-cı illərin xaotik proses-
ləri önündə çaşqın qalmış humanitar elmə Yaşaq Qarayevin 
gətirdiyi yeni konsepsiya-yaddaş konsepsiyası bir sillə kimi 
səsləndi, alim başımıza açılan bütün fəci və  gərgin olayların 
nədənini yaddaşsızlıq, yaddaşdan məhrumluqla əlaqələndirib çıxış 
yolu kimi nicatı da elə ona-yaddaşa dönüşdə gördü. 
Tarixsə  nəinki “müəllim olmaqdan qalır”(Alber Kamyu), 
əksinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar et-
miş olur. Hər halda XX əsrin  əvvəli və sonu arasında harmo-
niya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü 
sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi 
yaşanmışları bir də yaşamağa, görülmüşləri bir də görməyə 
vadar edir. Və yenə  də bir halda ki, tarixin dərslərindən ibrət 
götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru 
naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmiz-
ləmək lazımdır. Y.Qarayev əsaslandırdı ki, indi təfəkkürdə 
məhz belə katarsis işinə ehtiyac var, milli ruhun yenidən bər-
qərar olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi üçün 


205 
elmi konsepsiyalar, doktrinalar, təlimlər işlənib hazırlamaq za-
manın tələbidir.. “Vahid, yekparə və bütöv bir təlim olan Azər-
baycançılığ”ı alim dövrün ən vacib, ən zəruri ideyası kimi ye-
nidən xalqa qaytardı. 
Xalqın milli mənlik şüurunu dirçəltmədən, ona böyük əxlaqi 
keyfiyyətlər-milli vətənpərvərlik, milli ovqat, mili ləyaqət hissi 
aşılamadan vahid ortaq məxrəcə-milli birliyə səsləmək müşkül 
məsələdir. Azərbaycançılıq ideyalarının təşəkkül tapması  və 
praktiki surətdə həyata keçirilməsi uğrunda mübarizənin beşiyi 
başında həmişə Azərbaycanın sağlam ziyalıları və milli münəv-
vərləri durublar. Belə bir tarixi-mənəvi missiyanın fəal və la-
yiqli daşıyıcısı olmaq prioritetini Yaşar Qarayev qələmi də nü-
mayiş etdirdi. 
Y.Qarayev üçün Azərbaycançılıq - ilk növbədə milli birlik
milli-mənəvi dəyərlərə hörmət, milli ideyaya sadiq qalmaq idi. 
Düşünürdü ki, “onun etnik arxetipi də, bədii estetik kodu da, 
ilkin mifik-fəlsəfi şifrəsi də milli yaddaş özüdür”( Milli “mən” 
şüuru və etnik yaddaş - azərbaycançılıq. “Kredo” qəzeti, 8-23 
mart, 2002). Keçmiş ancaq unudulmayanda tarixə dönür, yəni 
yaddaşdan silinməyəndə. Yaddaşını qoruyub hifz edən, onu 
bütün tarixi epoxalardan bütöv və salamat çıxardan xalq birliyi-
ni yaratmağa nail olur. Y.Qarayev milli birliyin üç səviyyəsini 
göstərirdi. Birincisi “daxili-milli həmrəylik”dir. Hələ əsrimizin 
əvvəllərində türkçülüyün banilərindən və ideoloqlarından olan 
Ə.Hüseynzadə “nə başqa-başqalarız, nə ittihad edəriz” deyərək 
vətənin halına təəssüf edir, milli birliyin yoxluğundan ürək 
ağrısı ilə danışırdı. Başqa bir dahi- Cəlil Məmmədquluzadə “si-
zi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” xitabı ilə 
milləti bir kitaba, bir amala tapındırmaq istəyirdi və bu kitabı-
millətin “ana kitabı”nı özü yaradırdı. Çünki bir kitaba, bir 
ideala tapınmayan xalq sadəcə kütlədir, xalq deyil. Y.Qarayevə 
görə, yalnız milli məslək, milli məfkurə kütləni xalqa çevirir. 
Əgər xalqı asanlıqla kütləyə, kütləni  əziyyətsiz fərdə parçala-
maq mümkündürsə, o zaman milli birlik ideyası yalnız iddiliya 
və utopiya olaraq qalacaq. Amma “elə bir utopiya yoxdur ki, 


 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin