199
redaksiyası cavan müəlliflərdən bir qisminin əsərlərini çox zə-
rif kitabçalar şəklində nəşr eləyir. Mən onu çox bəyəndim.
Nədir bu oğl-anın şeirlərində məni cəlb eləyən? Birinci
növbə-
də odur ki, adət elə-diyimiz təsvir və ifadə vasitələrinə burada
əvvəldən-axıra qədər iman gətirilmir. Yeni təsvir və ifadə va-
sitələri,
yeni təşbeh və istiarələr, heç gözlənilməyən nümunələr
var. Bu gənci çox bəyəndim və gələcəyinə ümidim böyükdür.
Bir də Mahir Qaranın, bilməzdim ki, gözəl poetik istedadı var.
Axır vaxtlar onun iki kitabını oxudum,
gördüm ki, sözün yaxşı
mənasında orijinallıq təşnəsidir, özündən əvvəlkilər
kimi yaz-
maq istəmir. Siz də mənlə şərik olarsınız ki, ədəbi yaradıcılıqda
ən vacib keyfiyyətlərdən biri budur ki: maneraca, üslubca,
ifadə tərziycə fərqlənə biləsən. Bax, Mahirdə bu əlamətlər var.
T.Ə. -
Bəkir müəllim, belə bir seriya buraxılır: “Ən yeni
ədəbiyyat”. “Qanun” nəşriyyatının təsis etdiyi bu sıradan 8-9 kitab
çıxıb. Mənimçün maraqlıdır,
çəkdiyiniz adlar müqabilində, bu
seriyadan da olan kitablar sizin stolunuzun üstünə gəlib çıxıbmı?
Dostları ilə paylaş: