Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə103/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   99   100   101   102   103   104   105   106   ...   125
223 
zərsiz səsini eşidəndə «ilahi, mən-hətta qocalığında belə, heç 
kəsdə bu cür diri, canlı səs görməmişdim»-deyə səsin vəfasına , 
etibarına qibtə eləmişdi. Özü də  məəttəl qalmışdı ki, bu nə 
hissdir?..Hər halda anlamışdı ki, «bu cür diri, canlı səs» olduğu 
üçün illərin, fəsillərin soyuğunu,  şaxtasını yarıb keçib, çünki 
hərarətini həyatı sevən bir ürəkdən, can evindən alıb,qorunub. 
Anlamışdı, ona görə  ədəbiyyata yeni qədəm basan «bütün 
cavan şairlərə öz poetik səslərini qorumağı arzulayırdı». Çünki 
ən əvvəl özü qorumuşdu bu səsi. Yaşadığı bütün illərdə, hətta 
«keçid dövrü» deyilən vaxtda-ədəbiyyatda ədəbiyyatı düşünən-
lərin azaldığı bir zamanda onu içinə qısmamışdı.  
V.Yusiflinin könül verdiyi müqəddəs mehrab poeziyadır, 
dərdli «sən»i səndən uzaqlaşdıran, dünyanın bir yığın qəmini, 
kədərini özünə  çəkib insanı  ağırlıqdan xilas edən  şeirlərdir. 
«Bu yaxınlarda mənə «Bu dərdin adı  Səbrayıl» adlı bir əl-
yazma təqdim etdilər. Həmin  əlyazmaya ön söz yazdım və 
mənə elə gəldi ki, həmin əlyazma Azərbaycan adlı məmləkətin 
qurumuş ahı, fəryadıdır. Əlbəttə, adını çəkdiyim bu kitabda əsl 
poeziya nümunələri çox az idi, amma çap edilən  şeirlərin ha-
mısında eyni dərd, eyni qüssə hakim idi». Ağrını özünə çəkib 
ağırlaşan bu nümunələrə tənqidçinın münasibəti daha çox işıq 
axtarma səciyyəsində üzə  çıxıb. Ramiz Qusarçaylı, Saday 
Şəkərli, Zəhra, Salam, Mahir Mehdi və b. müəlliflər haqqında 
yazdığı  məqalələrdə V.Yusifli həssas tənqidçi intuisiyası ilə 
hiss edir ki, bu şairlərdə  işıq çoxdur, sadəcə bu işığın tükən-
məməsi üçün əzəli və əbədi «baza»olmalıdır. Və bu «baza» hər 
kəsin daxili, iç dünyasıdır, hamı bu işığı öz qəlbində axtar-
malıdır. Məhz bu zaman «Saday Şəkərli heyrət poeziyasına, 
daha doğrusu, özünün yaradacağı heyrət poeziyasına» gəlib 
çıxa bilər, Zəhranın «bənövşə  zərifliyi» ilə seçilən misraları 
«günəşə boylana bilər», Mahir Mehdi sevgi haqqında qərib, 
yad bir adam kimi yox, sevən kimi danışar. 
V.Yusifli olduğu kimi görünməkdən ehtiyat eləmir. Düşün-
cələrini, hisslərini dəqiq və ünvanına çatdırmaq üçün o mənəvi 
tərəddüd qarşısında qalmır. Hər halda mən gənc şairlər- Salam, 


 
224 
İbrahim  İlyaslı, Faiq Balabəyli poeziyasının zəif cəhətlərinə 
iradlarını bildirən V.Yusifli ilə, müəllifin özünün dediyi kimi, 
«populyarlığına görə  bəlkə  də Azərbaycanda beş-altı  şairdən 
biri olan Z.Yaqub poeziyasının onu narazı salan tərəflərinə 
etirazını etiraf edən V.Yusifli arasında ögey-doğmalıq, kəsərli-
lik-yumşaqlıq baxımından heç bir fərq duymadım. 
«Müstəqilliyimiz və ədəbiyyatımız»- V.Yusiflinin aktuallaş-
dırdığı növbəti mövzudur. Burada son on ilin cari ədəbi prosesi 
–poeziyası, nəsri, publisistikası  və  ədəbi tənqidi real mən-
zərələri ilə öz inikasını tapıb. 
Bu yaradıcılıq sahələrindən hər biri zamanla bahəm sınağa 
çəkildi, itirdikləri qazandırdıqlarını üstələdi, amma hərəsi 
bacardığı  qədər öz sözünü deməyə çalışdı. Və buradaca mən 
məntiqi vurğunu «ədəbi tənqid» ifadəsinin üzərinə salıb 
ürəyimi boşaltmaq istəyirəm. 
Ədəbi tənqid həmişə ədəbiyyata bələdçilik eləyib, onu qüsur 
və  səhvlərdən mümkün qədər uzaqlaşdırmağa çalışıb və  bəzi 
hallarda buna nail olub da. Təbii ki, söhbət vicdanlı tənqiddən 
və tənqidçidən gedir. İndi azacıq büdrəyən kimi bu günə qədər 
səngimək bilməyən yersiz hücumların, boş  və  mənasız söh-
bətlərin predmetinə çevrilib. Çox zaman da bu söhbətləri çağ-
daş ədəbi prosesi izləməyən, yerində saymaqla böyük hökmlər 
çıxarmağa iddialı olan şəxslər edir, ifadələrinə bir az təəssüf
bir az da təbəssüm qataraq «ədəbi tənqid yoxdür» deməkdən 
xüsusi zövq alırlar.V.Yusifli bu məsələyə  dəfələrlə toxunub, 
onu bu cür destruktiv fikirlərin cəngindən uzaq tutmağa çalışıb. 
Hələ 1991-ci ildə yazdığı «Karvanbaşı, yolun hayanadır?» adlı 
məqaləsində V.Yusifli bütünlükdə bu məsələləri işıqlandırır, 
tənqidin durğunluq və  zəiflik səbəblərini dövrün digər tən-
qidçiləri ilə birgə araşdırırdı. 
Bəli, məhz durğunluq və  zəiflik səbəbləri: hansı ki, bütün 
ədəbi prosesi bürümüşdü və V.Yusifli bir tənqidçi kimi bunların 
hər birini ayrı-ayrılıqda etiraf edirdi: «Qarabağ müharibəsi hələ 
də bədii sözün işığında öz dolğun təcəssümünü tapmayıb»; «Son 


225 
on ilin poeziyası  vətənpərvərlik missiyasını Demokratik 
Respublika dövründə olduğundan (söhbət 1918-1920-ci illərin 
Sümhuriyyət dövründən gedir) zəif yerinə yetirir. Eləcə də ədəbi 
tənqid barədə yazırdı ki, «son on ildə ədəbi tənqid öz missiyasını 
çox ləng və astagəl ifadə edir, hətta bəzi məqamlarda varlığı çox 
az hiss olunub». Lakin bununla belə V.Yusifli heç nəyi 
kökündən inkar eləməyib, dəryada da ümman yaratmağa bütün 
gücü və bacarığı ilə atılıb. Ona görə yox ki, o, tənqidçidir və 
tənqidə deyilən hər neqativ sözü «öz bostanına atılmış daş» 
hesab edir. Həm də ona görə ki,o, ədəbi prosesin içindədir və 
real vəziyyət də,  əsl həqiqət də ona məlumdur. Elə bu həqi-
qətdən çıxış edərək «ədəbi tənqid yoxdur» deyənlərə Y.Qara-
yevin, E.Əfəndiyevin, A.Hüseynovun B.Nəbiyevin  Ş.Salma-
novun, Kamil Vəlinin, N.Cəfərovun, N.Şəmsizadənin, V.Quli-
yevin, A.Əmrahoğlunun, N.Cabbarovun, N.Mustafanın,  Ə.Ca-
hangirin, İ.Musayevanın, C.Yusiflinin bu on ildəki fəaliyyətini 
əks etdirən yazılarını nişan verir və yekun sözü belə konkret-
ləşdirir: «Azərbaycanda ədəbi tənqid var və olub». 
Bəli, ədəbi tənqid var! Bu gün V.Yusifli ədəbi tənqidi, ədəbi 
tənqidsə ədəbiyyatı şərtləndirən dominant göstəricilərdən biridir. 
V.Yusifli tənqidə xidməti özü üçün ideal götürdüyü və ona sadiq 
qaldığı üçün «70-ci illərdə ədəbiyyata gələn tənqidçilər nəslinin 
son mogikanı» hesab olunur. «Tənqid və bədii söz» kitabına ön 
söz yazmış f.e.n. Aybəniz Kəngərli V.Yusifli haqqında məşhur 
epitetlərə birini də  əlavə edərək onu «işıq axtaran tənqidçi» 
adlandırır.  Əslində,V.Yusifli üçün işıq elə  tənqidin özüdür. O, 
bu işığı  ədəbi məşələ çevirib zamanın xəfif titrəyişləri və 
küləkləri içərisində sönməyə qoymur. Bilir ki, bu işıq sönsə, 
ədəbiyyat qaranlıqlar içində yolunu itirən «başsız atlı»ya dönər. 
Ona görə də V.Yusifli taleyin onun üçün ayırdığı əziyyətli, fəqət 
hər qarışında şərəf duran yolda bu işıqla birgə addımlayır. 
 
 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin