Microsoft Word Yeni kitab A5-son docx



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə107/125
tarix30.12.2021
ölçüsü1,61 Mb.
#23359
1   ...   103   104   105   106   107   108   109   110   ...   125
 
 
 


233 
“İÇİ ŞƏKİL DOLU” ŞEİRLƏR 
 
(Aqşinin “Unutmaq sözünün şəkli” kitabı haqqında
 
İnsan yeganə canlıdır ki, başını qaldırıb səmaya 
(ürəyin gözü ilə Yaradana – Tanrıya) baxa bilir, 
istisnasız bütün başqa canlıların isə hamısı torpağa 
(və torpaqdakılara) baxmaq imkanına malik olur. 
Məhz insan bir də içə, daxilə baxanda, ruhunu tanı-
yıb, dərk edib, sənəti yaradanda Tanrıya bənzəyir. 
 
Yaşar Qarayev 
 
“Unutmaq” sözünün şəklini görən olubmu heç?  
Elə isə; 
bax, o soba dibində qocalan pişik 
unutmaq sözünün şəklidir. 
 
İlk baxışda “Bu nədir, sözün şəkli bumu”, soruşacaqsınız. 
Amma siz bu misraları sadəcə gözlə oxumayın. Bircə anlığa 
gözlərinizi yumub da daxilinizə varın, içinizin xatirə sərgisinə 
nüfuz edin. Hərəsi bir nisgilli anım bəlirtən o şəkillərin 
hansındansa nakam qadın siması boylandınmı? Dilləndirin o 
şəkli, imkan verin taleyini danışsın: 
 
içi şəkil dolu qadın 
burnunu silə-silə ağladı. 
Öz göz yaşlarında qayığa döndü, 
ətrafında şəkillər üzən boş bir qayığa, 
ancaq boşalanda özünün olur qayıqlar. 
Boş qayıq, 
heç kimin olmayan qadın portreti atılıb 
bütün göz yaşlarının sahilinə. 
 
Sizi bilmirəm, mənə bu misralar Tolstoyun məşhur qəhrə-
manını – Anna Kareninanı xatırladır. Baxmayaraq ki, o heç 


 
234 
unudulan qadın da olmayıb. Hər halda, ölümü ilə həmin sözün 
ağırlığını daşımaqdan imtina edib. Ancaq “içi şəkil dolu qadın” 
– bu, daha çox onun taleyinə və təbiətinə uyğundur. Əslindəsə, 
bu şeirdə yarıtmaz bəxtinə lənət oxuyub, düşdüyü günə üsyan 
edən, fəqət son anda yenə də “hərəsi bir cür olan bədbəxtliyi” 
yaşamağa, dərdlə yüklənmiş taleyinin sizif yükünü daşımağa 
məhkum olunmuş hər bir qadının obrazı əyaniləşib: 
 
ən çox ağlayan arvad əl atıb var gücüylə  
üzünün şəklini qoparmaq istəyər 
qədim, çox qədim olar. 
Ruhun şəkli olurmuş, 
üzlər bədəndən qopub. 
 
Dünyada Allahdan başqa, mövcud olan hər şeyin və hər kə-
sin şəkli var. Yaşadıqca, dünyanın olumdan ölümə aparan tale 
yolunu addımladıqca minlərlə  şəkillərin, həm də  təkcə  kətan 
üzərinə deyil, yaddaşımıza çöküb qalan şəkillərin içindən keçib 
– gedirik. Onlardan hansınısa nə vaxtsa unuda bilərik, o rəng-
lər, o cizgilər xatirimizdən silinib itə bilər. Amma yaddaş təkcə 
gözlə yox, ürəklə  həmfikir olanda, o, “duyğuların rəngi”ni 
özündə  əbədiləşdirən etibarlı  sığınacağa çevrilir. Orada elə 
ülvi, elə məhrəm hisslər daşlaşıb qalır ki, istəsək belə, təsirin-
dən, sehrindən qurtulmağı bacarmır, şəkillərdən qurulan “yaddaş 
hasarı” (Fikrət Sadıq) önündə aciz oluruq. S.Y.Letsin ifadəsini bir 
balaca dəyişib desək: “bizim yaddaşımız unutmaq tərbiyəsi 
almayıb.” Yox, bu, heç də antiaytmatovçuluq deyil. Bu, sadəcə, 
içini  şəkillərdən təmizləyib, özü olaraq yaşamağa həsrətli olan 
ruhun yaddaşsızlığa təşnəliyidir ki, buna yetməklə bəşəri fəlakətə 
deyil, olsa-olsa, fərdi səadətə yetmək olar. Əks halda: 
 
Gecə ağaclara baxmaq 
baxa-baxa darıxmaq 
sonra çəkilib göz qapaqlarının  
arxasına 
öz içində yoxa çıxmaq. 


235 
Fikirləşirsən ki, bu cür gərgin psixoloji ovqatla yüklənmiş 
şeirlərin müəllifi ya dərdin püxtələşdirdiyi, ya da yaşın müdrik-
ləşdirdiyi insan olmalıdır. Aqşinsə çox gəncdir.  Əlbəttə, son 
zamanlar dəbdə olan poetik bir ifadəni vurğulasaq, “yaşın nə 
fərqi var ki” deyib, qənaətimizdən birini bəraətləndirə bilərik. 
Ələlxüsus, meyarı istedad olan bir sənət üçün... Amma, öz 
növbəsində, hər  şəkli bir xatirəsə  və bu xatirələri biz kiçik 
zaman kəsiyində deyil, “ömrümüz boyu yığa-yığa gedirik”sə 
(R.Rza), o zaman görəsən şeirlərə hopmuş üzüntü, ağrı çeşidini 
yaşanan hansı uzun illərin və ayların qazancı saymaq olar? Ya 
bəlkə bizim müdriklik saydığımız qocalıq adlı sonluğa Aqşin 
artıq yetib?.. Əgər belə olmasaydı, özündən çox-çox “yorğun 
və yaşlı misralar”la deməzdi ki: 
 
indi qocalıram sükutla, dərdsiz 
dərd nədir ki, boş söz, o qədər boş ki, 
min dərdi bir ah daşıyar. 
Qocaldıqca adam uşaqnan dolur 
sən qadınsan bilərsən bunu. 
 
Fikir verin, dərdin min üzünü görmüş, zaman-zaman insan 
ağrısının, acısının içindən keçmiş kimi, ifadəsinə soyuq ironiya 
qatır. Sanki bircə ah çəkməklə bütün dərdlər unudulası, ruhunu 
nikbinlik sarasıdı. Əgər doğrudan da, dərd heç nə deyil, sadəcə, 
boş sözsə və bunu daşımağa bircə ah çəkmək yetərlidirsə, o za-
man niyə şair ah çəkib də yüngülləşmək əvəzinə içini tökməyə 
adam gəzir və qadın simasında öz həmdərdini bulur da və niyə 
məhz qadın? Bəlkə dünyanın dərd sərgisini dolaşarkən heç bir 
şey onu qadın faciəsi, iztirabı  qədər duyğulandıra bilməyib! 
Üstəgəl, bu zərif məxluqu, intəhasız dərdə mübtəla olmasına 
rəğmən yenə  də güclü görüb, sınmaz bilib. Ona görə ürəyini 
“dərd qədrini bilənlərə” (N.Kəsəmənli) açmağa qərar verib: 
 
 
Yaxşı ki qonşu qadın var 
Dağıdıram dərdimi. 


 
236 
O da hər axşam çıxıb, 
Saçlarını dağıdır 
Pəncərədən dərd kimi 
 
Kişinin qadın ünsiyyətinə, ülfətinə ehtiyacı  təkcə bu dün-
yanınmı dərk olunan həqiqətidir? Bitib-tükənən ömürlə bərabər 
bu məhrəmlik də öz sonuna varır, heçliyə  uğrayırmı?... Yox, 
kökü ilahi sevgidən qida alan məhrəmliyə ölüm belə nöqtə 
qoya bilmir, dünyanı  tərk etdikdən sonra isti bir göz yaşı 
ölümsüzlüyü gerçəkləşdirməyin rəmzinə çevrilir. Bu mənada 
Ramiz Rövşənin yazdığı “Hər kişinin qəbiri üstə  ağlayası bir 
qara paltarlı qadına ümidi var” misraları bütün kişilərin baş 
daşına həkk oluna biləcək  ən gözəl epitafiyadır. Bu, artıq 
unutmaq yox, unutmamaq sözünün şəklidir. Baxmayaraq ki, 
onun da qəhrəmanı “içi şəkil dolu” qadındır. Bəs niyə bu 
ehtiyacı bilə-bilə Aqşin sevdiyi qadına: 
 
hamının əvvəli sirdirsə 
hamının sonu birdirsə 
mənə ağlamazsan, sevgilim  
ağlamazsan 
 
− vəsiyyətini edir? Bəlkə şair üçün dünyaya gəldiyi ilk gündən 
gözü qapandığı ana qədər hər  şeyin bu dünyada ikən mövcu-
dluğuna tapınmaq, o təması, o ülfəti var ikən hiss eləyib sonra 
ölmək (“Gözünü qapaya bir qız  əlləri, bu, sənin ilk qadın sı-
ğalın ola” – Salam) ölümdən sonrakı günlərin bəxş elədiyi 
məhrəmlikdən daha müqəddəsdir. Ya bəlkə bu misralar “hər 
qapıda ağlayıb, son qapıda gülümsə”mək (N.F.Qısakürək) kimi 
ömrün kamillik zirvəsinə  işarədir. Axı  əvvəlcə  şair özü görür 
bu zirvəni. Ona görə “ölüm yoldur yerdən göyə” deyib, son 
mənzilə gedən yolu qorxusuz-hürküsüz, amma darıxa-darıxa ad-
dımlayır. Beləcə, “ömrü ithaf olunur darıxmağa”. Və günlərin bir 
günü bu yolun tükənməz sonluğundan bezikib, soruşur ki: 

Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin