256
DUMANLI YÜZ İL
(Sayman Aruzun “Yüz il inqilab” romanı haqqında)
Cənubi Azərbaycanın tarixi taleyinə həsr olunmuş əsərlər
milli nəsrimizdə işlənmiş, özü də kifayət qədər bədiilik meyar-
larına cavab verəcək səviyyədə ədəbi hadisə sayılmışlar.
M.S.Ordubadinin, M.İbrahimovun əsərlərində Güney Azərbay-
candakı milli azadlıq hərəkatının tarixi və idealları parlaq
əksini tapmışdır. Təsadüfi deyil ki, “Dumanlı Təbriz”in hüdud-
larına sığmayan sərkərdə Sərdarı-milli obrazı tarixdən görünən
Səttar xandan daha qüdrətli səciyyə daşımışdır. Bu, Güney
Azərbaycanımızın gerçəkləridir; ki, milli nəsrin daim düşüncə
mərkəzində olmuş, zaman-zaman yalnız o tayın deyil, eyni ağrı
və həssaslıqla Guzey Azərbaycan ədəbiyyatının qan verən
yaralarından biri kimi bədii təcəssümün predmetini təşkil
etmişdir. Və indi, Cənub mühitinə, ordakı hadisələrə bizdən bir
köynək daha yaxın olan yazıçının- Sayman Aruzun “Yüz il
inqilab” romanını oxuyarkən milli nəsrimizin yüz il əvvəl
bundan əvvəlki ayıqlığına heyrətlənməyə bilmədim – biz uzaq-
dan belə oradakı ağrılara necə bələd və həssas ola bilmişik,
Cənub mühitini yaxşı tanımağa, soydaşlarımızın ağrısını canı-
mızdan keçirməyə müvəffəq olmuşuq.
“Yüz il inqilab” əsərini bir tale romanı da adlandırmaq
mümkündür. Sayman Aruzun doğulduğu məkan, formalaşdığı
mühit ona bu mövzunun səciyyə və keyfiyyətlərini yaxından
duyub anlamağa, eləcə də bədii sözün təcəssümünə çevirməyə
vəsilə olur. “Oğlum, inqilab millətin dirçəlişə doğru üsyanının
kor-koranə formasıdır. Həmişə də millətin könlüncə olmur.
Yüz il inqilab etdik, üsyan etdik, amma xalqın inqilabını
xalqdan alıb onun öz başına çaldılar. Bunun səbəblərini sənin
kimi uşaqlar böyüyüb araşdırmalıdırlar.” Budur, o uşaq artıq
böyüyüb və keçmişindən, yaşantılarından qurulan yaddaş
hasarı önündə dayanıb tarixin qatlarını qaldırmağa daha bir
cəhddə bulunur. Əsərin adı belə simvolik məna kəsb edir: “Yüz
257
il inqilab”. Bu elə həmin inqilabdır ki, bütün məzmunu, xarak-
ter və görkəmi ilə dəyişməz və nəticəsiz qalıb. Doğrudan da,
axı nə dəyişib? Mövzunun sələflərindən olan M.S.Ordubadinin
“Dumanlı Təbriz” romanının üstündən kifayət qədər, düz yüz il
vaxt keçib və gənc nəsil hələ də əsərlərində “qanlı sənələr”in
əzablarını yaşayır, eyni ağrı və həssaslıqla fars istibdadına lənət
oxumaqda davam edirlər. “Biz güllə səsinə ana laylayı kimi
adət eləmişdik” - tək bu cümlə ilə roman daşlaşmış, davam
edən zülmün miqyasını sərgiləyir və heç nəyin dəyişmədiyini
bəlli edir. Yüz ildir Güney Azərbaycanda azadlıq uğrunda, şah
istibdadına, fars rejiminə, dini xürafata qarşı mübarizə aparılır,
inqilablar edilir. Rejim bütün bu cəhdləri, üsyanları boğur,
mücadiləçilər amansızlıqla qətlə yetirilir. Bütün ümidlər puça
dönür, boşluğa dirənir, amma elə bu dirəniş məqamından da
yeni ümidlər pöhrələnir, boy verir.
Sayman Aruzun “Yüz il inqilab” romanında qabaran bir çox
çalarlar- ictimai gerilik və sosial şüur problemləri, inqilabların
mayasında dayanan milli istiqlal və milli kimlik məsələləri də
bir hədəf, bədii düşüncə predmeti olaraq bu məqamları
incələməyi təqib qılır. Bir sevgi dramının xətti ilə...
“Deyirlər, insan günah elədikcə məhəbbət deyilən bir həqi-
qətdən uzaqlaşır, artıq sevə bilmir. Mən günahkar adam idim.
Çoxdan idi ki, kimsəni sevə bilməmişdim. Uşaqlıqda keçirtdi-
yin hisslər sənin kökünü yaradır. Sənə yön verir. Bütün
insanlarsa bir gün öz köklərinə qayıdırlar.”
Uşaqlıqları bir yerdə, bir məhlədə keçən Seyid və Raziyə
illər sonra məhbəsdə qarşılaşırlar. Daxilən azad və məğrur olan
Raziyə elə xalqının azadlığı üçün etdiyi mücadilə nədənindən
zindana salınır və Seyid məhbəs məmuru işlədiyindən Razi-
yənin dindirilməsini, işkəncələrə məruz qalmasını, etmədiyi
günahın etirafında bulunmasını ona həvalə edirlər. Seyid öz
keçmişi, sevgisi ilə amansız zindan qanunları önündə seçim
etmək zorunda qalır. Dünəni və bu günü arasında qalan qəh-
rəmanın iç yaşamı, daxilindəki mənəvi-ruhsal çevrilmə psixo-
|