244
OYUN İÇİNDƏ OYUN,
YAXUD İÇİMİZDƏKİ AKTRİSA
(İlqar Fəhminin “Aktrisa” və “Akvalanq” əsərləri barədə)
Bu gün nəsrimizdə yaxşı mənada bir canlanma, dirçəliş hiss
olunmaqdadır. Yaxşı mənada ona görə ki, on il, on beş il əvvəl
keşid dövrünün yaratdığı müəyyən nəfəsdərim, içəçəkilmə
prosesindən sui istifadə edərək bu sahədə at oynadanların sayı
artmışdı, sxolast bədii düşüncənin, antiestetik bədii zövqün
məhsulu olan əsərlər şedevr nümunəsi kimi oxucuya sırınırdı.
Əlbəttə, bu proses indi də davam eləyir və olsun ki, nə qədər
ədəbiyyat yaşayır, anti-sənət sənəti daim kölgə kimi təqib
edəcək. O da məlumdur ki, silsilə resensiyalar çeşidi, hay-küy
kompaniyası əsərin uğurunu təmin edən əsas meyar deyil. Çox
əsərlər var ki, səssizsə içinə çəkilib ona göstəriləcək dəyərin
zamanını gözləyir. Və çox müəlliflər var yazır, əsərini oxucu
ixtiyarına buraxaraq gözləmə mövqeyi tuturlar. Bilərək ki,
əsərləri onlara qayıdış mütləqliyini zəruri edəcək. Ilqar Fəhmi bu
sıradan olan (sıradan biri olan yox) yazıçıdır. Ən yeni nəsrin hə-
yat hadisələrinə, reallıqlara özünəməxsus rakursun, baxış bu-
cağının müəyyənləşməsində İlqar Fəhminin müstəsna yeri var.
İlqar Fəhminin yazıçı dəst-xətti özündə həm şair, həm də
tərcüməçi istedadını ehtiva edir. Elə nəsrindəki həssaslıq, insan
hisslərinin ən məhrəm nöqtələrinə, ən mübhəm məqamlarına
varmaq şəriştəsi də birbaşa şairliyindən gəlir. Ilqarın nəsri
özünəməxsus çalarlara malikdir, bir çox əlamətləri ilə nəsil-
daşlarından seçilir. Onun nəsrində ən üstün əlamət, ən uğurlu
göstərici müəllifin dilidir. “Dünyagörüşündən və digər özəl
ayrıntı və xüsusiyyətlərdən asılı olmayaraq bədii mətn yaradı-
cılarını bir araya gətirən də, onları ayıran da DİLdir. Əlbəttə,
dilə münasibət yox (sən onsuz da varlığınla dilə münasibət-
dəsən...), qurduğun mətndə təbii dili necə, hansı səviyyədə
diriltmək, canlandırmaq, hamının malı olan dili hamıdan, hər
şeydən təcrid edərək ifrat dərəcədə özününküləşdirmək, başqa
sözlə, onu bədii mətn səviyyəsində yenidən yaratmaq məna-
245
sında.” (C.Yusifli. Ədəbiyyatda yaşamağın formulu. Bakı,
“Nurlan” nəşriyyatı, 2003, səh. 142) Dil-əsərin sütunudur, bə-
dii əsər nə qədər kamil ideya-məzmun, poetika-sənətkarlıq
xüsusiyyətlərinə malik olursa olsun, dili səlis deyilsə, əsərin
bədiilik məziyyətini bəri başdan zərbə altına alır. Müəllifin
təhkiyəsində, nəsr dilində obrazlı düşüncənin və mənalandır-
manın təzahürü sayəsində hakim olan lirik ovqat birbaşa hiss-
lərimizə sirayət edə bilir.
Ilqar Fəhminin “Aktrisa” və “Akvalanq” əsərləri fərqli
mövzular üzərində qurulub.”Aktrisa” əsəri bank prezidentinin
qətli ilə başlayır və sona qədər bu hadisənin araşdırılması əsas
predmet olaraq qalır. “ Akvalanq” əsəri isə gənc bir ailənin yay
vaxtı bağda istirahətləri zamanı baş verən qeyri-adi, əyləncəli
bir hadisəni sərgiləyir. Ikinci əsər müəllifin təbirincə desək,
yüngül bir yay oyunudur. Əslində elə birinci əsəri də yay oyu-
nu hesab eləmək olar. Amma qorxulu oyun. Burada da ha-
disələr yay vaxtı, bağ istirahəti zamanı baş verir. Qətl hadisəsi
ilə başlayan, insanı təşviş və həyəcan işərisində saxlayan “Ak-
trisa” povestinin sonunda məlum olur ki, sən demə bütün bu
həyacan və qorxunun arxasında qəhrəmanlarin “düzənlədiyi”
yüngül, amma qorxulu bir yay oyunu dururmuş.
Hər iki əsər mistik haləyə bürünüb, oxucunu məchulluğa,
sirli-sehirli aləmə aparır. Özü də bu məchulluğun səbəbkarları
elə insanlar olur ki, təəccüblənməyə bilmirsən. Cinayət törə-
dilən bir məkanda, hadisədə şübhəli qismində güman edilənlər
sırasında ən son ağıla gələn şəxs yazıçı ola bilər. Amma sonda
bəlli olur ki, hər iki cinayəti törədən də elə həmən bu yazıçı
imiş. Ailəli bir qadına dənizdə macəra yaşadan, onunla gizlən-
paç oynayan kim ola bilər axı? Ən az güman doğuran, ümu-
miyyətlə ağıla gəlməyən şəxs qadının əri Azaddır. Axı o,
rəssamdır, bütün günü heç kimə, hətta sevdiyi qadına belə lazı-
mınca məhəl qoymadan ona sifariş olunan Peyğəmbər şəklini
çəkməklə məşğuldur. Bir də axı bu cür oyunlar çox zaman ailə,
nigah qapısından içəri daxil olduqdan sonra bitir, əlçatmazlıq
qurtaran yerdə qeyri-adi macəra axtarışına maraq da sonuna
varır. Necə demişlər:”Ailə dəniz görüntüsüylə başlayan səhra
|