255
dinlə. Səhv etməkdən qorxma. Həyatda məqsədlər çoxdur, va-
sitələr var. Məqsədə çatmaq əsas deyil, əsas ona sarı getməkdir.
Əsas hansı məzhəbə qulluq etməyin deyil, ona nə qədər səda-
qətli olmağındır. Əsas məqsədə çatmaq deyil, məqsəddən sarp-
mamaqdır.” Əlbəttə, bu böyüməni müəllif oxucuya vəd etmiş-
di: “Mustafa hələ böyüməmişdi. Amma mütləq böyüyəcəkdi.”
Fəqət roman qəhrəmanının böyüməsi, daxili-mənəvi inkişafı
əsərin hərəkət trayektoriyasında cızılmır. Məgər bədii obraz
həm də yaşam deyilmi? Ki, onun mənəvi dünyasından keçib də
orda, qəhrəmanın iç duyğularında özünü, keçmişini, yaşantı-
larını tapa biləsən?!
“Mustafa”nın düşüncələri, hadisələrə yanaşma və münasi-
bəti, Azərbaycan insanına və məkanına dair mülahizələri sivil
mövqeni, mütərəqqi dünyagörüşü qabardır, nominal səviyyədə
müqayisələrə də yol açır. Belə ki, əsərdə müqayisə yalnız
Şərqlə Qərb arasında deyil, elə Şərqlə Şərq arasında aparılır.
Türkiyədəki azad həyat tərzinin, təhsilin, tələbə həyatının üst-
ünlükləri bu müqayisənin təcəssümü kimi təzahür edir. Həmçi-
nin din, cəmiyyət, dövlətçilik qanunları, idarəediciliklə bağlı
düşüncə sırası əsərdə bir məqam, reaksiya olub keçsə də bu
mövzularla bağlı Mustafanın intellektual-təfəkkür aləmi bizi
qane edir. Bu kontekstdən yanaşaraq əsərdəki sosial-mənəvi
çalarların vüsət almasını gözləyirik. Lakin Mustafa nəinki
cərəyan edən hadisələrin, həmçinin özünün daxili təlatümləri-
nin məğzinə yetmir, onların daha çox zahiri şəklini çəkməklə
kifayətlənir. Bu təbii ki, müəllifin üslubi xüsusiyyəti, onun
analitik təhkiyəyə meylinin zəifliyi ilə bağlıdır. Çünki qəhrə-
manın zamanının, mühitinin sosial-əxlaqi panoramının dolğun
inikasını vermək gərəkirdi. Bir halda ki, mühit, sosial-siyasi
toplum, əxlaqi-mənəvi tənəzzül insanı öz ideallarını realizə
etmək yolunda əngələ çevrilir, o zaman problemin ictimai
mahiyyətinə müdaxiləni dərinləşdirmək, onun sosial-psixoloji
köklərini incələməklə mündəricə mənalılığına yetmək olardı.
Dostları ilə paylaş: