262
“DAŞLAŞMIŞ SEVGİLƏRİN TARİXİ”
(
Kamal Abdullanın “Unutmağa kimsə yox” romanı barədə)
Kamal Abdullanın son çapdan çıxmış və artıq
kifayət qədər
tənqid predmetinə çevrilmiş “Unutmağa kimsə yox” romanı
mənə ona görə maraqlı göründü ki, burada ilk növbədə,
yaddaşı oyatmağa yönəlmiş missiya var. Tarixin yaddaşı, mifin
yaddaşı, sükuta dönmüş sevgilərin yaddaşı- fərqi yoxdur, əsas
odur ki, əsərin guşə daşında yaddaşla təmas təlimi dayanır..
Kitaba ön söz yazmış Arif Acaloğlu bu romanı yazıçının digər
əsərləri – “Yarımçıq əlyazma” və “Sehrbazlar dərəsi” romanla-
rı ilə vahid
estetik məhvərdə, ortaq genetik müstəvidə “oxu-
mağı” irəli sürür, “bu romanların üçündə də eyni dünya qavra-
yışı və eyni anlam yaradıcı mexanizmləri fəaliyyət göstərir”
deyərək onları “üçüz romanlar” adlandırır. Təbii, bu belədir,
K.Abdullanın yaratdığı yeni- paralel dünya modelinin məna
axarlarının trayektoriyası (üslüb və dil,
bədii-fəlsəfi yanaşma
və mənalandırma tərzi, oxşar struktur, kosmik, mifik və ilahi
elementlərin məkanı olmaq baxımından) onun hər üç romanın-
dan keçir. Amma zənnimcə, yazıçı içinə dolan heyrət nidasını,
boğazına yığılıb qalan təəssüf qəhərini məhz, bu əsərə yağdırıb.
Bir kənddə, Vəng dağının ətəklərində içi
çiçək ləçəklərinə
bənzər yazılarla əhatələnmiş bir mağara tapılır və Dil və Təfək-
kür İnstitutunun gənc əməkdaşı F.Q. bu yazını oxumaq üçün
həmən kəndə ezam olunur. İlk baxışdan sadə və adı görün-
məyən bu motiv getdikcə daha mürəkkəb nəsnələri, kosmoqo-
nik düşüncə qatını, mifoloji struktur vahidlərini tərkibinə qatır
və bəlkə də ilk sətirlərdən maraqlı bir sərgüzəşt romanı
oxumağa ümidli olan oxucunu polifonik düşüncələr orbitinə
yuvarlatmaqla onu qırxıncı qapı ilə üzbəsurət qoyur. Və yalnız
oxucunumu? Əsərin ümumi ahəngi büsbütün bu qapının sirrli
aləmini açmağa yönəlmiş. Nə var qapıdan o yana, Çiçəkli yazı
nələri, hansı yozumu, mənanı ehtiva
edir özündə, hara (hansı
qədimliyə, mədəniyyət qatına) aparacaq bu yazı onun oxunma-
263
sını həsrətlə gözləyənləri? Baho, bu ki, adi bir sevgi məktu-
buymuş (gərdişi-kəcrəftarə bax!).
Paralel dünyalar, Hadisələrin üfüqü və Möhtəşəm ahəng
üçlüyünün sirr -tapmaca oyun estetikası əsərdəki məkan və za-
man hüdudlarını sərhədsiz edir. Belə ki, situasiyaların məkanı
və zamanı kimi hər hansı dəqiq ərazi və vaxt ölçüsü cızmağa
aciz qalırıq. Hadisələrin üfüqü şəhərdən
start götürüb perife-
riyaya- əsas səbəbin kök saldığı ana məkana- kəndə yeriyir,
amma bununla çevrə qapanmır, Möhtəşəm ahəngin yaradılması
üçün fikrin hüdudları min illər əvvələ- qədim yunan miflərinin
dərinliklərinə, uzaq Stiks çayının sahillərinə, Troya mühari-
bələrinin cərəyan etdiyi dövrlərə boylanır,
nəql olunan heka-
yətlər, sirr dolu vaqeələr, heyrət dolu nəsnələr hər biri dil açıb
da bir dünyanın- paralel dünyanın varlığından, mövcudlu-
ğundan xəbər verir. Yəni məqsəd başqadır, Çiçəkli yazı sadəcə
sirriçində olan kainatın dərinliklərinə yetmək üçün bir vasitəd-
ir. Dünən bir başqa yazı, deyək ki,
Hüngür mətni, bu gün
Çiçəkli yazı, sabah bir başqası-fərqi yoxdur, dünyalar, zaman-
lar və məkanlar arasında körpü yaratmağa səbəb olacaq, za-
manlar arasında vəhdətə və ahəngə xidmət
etməklə ona komp-
leks yanaşma mütləqliyini zəruri edəcək.
Dostları ilə paylaş: