250
İTİRİLMİŞ GƏNCLİYİN ROMANI
(Qan Turalının “Mustafa” romanı haqqında)
Yeni nəsr əsərləri içərisindən Zaman anlayışı xüsusi məqam
kimi keçir. Adətən, yaşlı nəsildə bu məqam keçmişə nostalji,
onun hər çərəyinə münasibətdə mühafizəkarlıq formasında
təzahür edirsə, gənc nəsildə keçmiş zaman və onun gətirdiyi
hər şeyə qarşı pessimist, dünənindən incik, küskün ovqatda üzə
çıxır. Bu mənada, müasir ədəbi gəncliyi təmsil edən əksər
yazarların toxunduqları mövzular bir ortaq nöqtədə birləşirlər.
Onların hamısında ağrılı Zaman obrazı var, itirilmiş gəncliyin,
puç olmuş arzuların arxasınca qoşmaq nədənilə yaxın keçmişə
doğru hərəkət var. Bu eyni kontekstdən gələn informativ
kodların, tarixi-mənəvi proseslərin doğurduğu eyni məzmunlu
gerçəklikləri yaşamaqla bağlıdır.
Səbəb aydındır: gənclərin yetişdikləri dövr 1990-cı illərdir
ki, bu dövrə xas olan bütün fəci reallıqlar onların baxışlarına
xüsusi təsir göstərib: müharibə, yurd itkisi, şəhidlik ağrısı,
müxtəlif qətllər, zorakılıqlar, soyqırım dəhşətləri, ictimai-siyasi
xaos, mənəvi-əxlaqi deqradasiya və bütün bunları tarixi tale-
yində daşımağa müncər olmur insan həyatı. Buna görə də gənc-
lik dövrü məmləkətin sərt sınaqlar və fəci yaşantılar dövrünə
düşənlərin istər geriyə, istərsə də gələcəyə yonələn baxışında
ancaq və ancaq yaddaşlarına hopmuş, lokal əlacsızlıq məngə-
nəsində çabalayan insanın portretini sərgiləmək missiyası var.
Tənqidçi L.Anninski rus nəsrində mövcud olan eyni məqamı
xarakterizə edərək yazır: “Onlar (yəni gənclər-E.A) həyata elə
bu cür də daxil oldular- gözlərini geniş açaraq və küləkdən
boğula-boğula. Onlar gənclik maksimalizmi ilə biz bu həyata
bir gənc kimi, şövqlə və cəsarətlə qədəm qoyuruq, yarımhəqi-
qətləri və yalanı deyil, yalnız həqiqəti üstün tuturuq - deyə
bəyan edirdilər.”
Bu, milli müstəqillik dövrünün nəsridir, 1990-cı illərdən
başlayaraq Azərbaycan gerçəkləri ardınca elə mövzular gətirir
251
ki, əvvəlki dövrlərlə müqayisədə təsəvvür hüdudlarını aşır. Həmin
xaotik durumun rəvac verdiyi neqativlər sonucda ən böyük
zərbəni insana vurur, onunla zamanın, mənəvi-əxlaqi dəyərlərin
sabitliyi arasındakı əlaqənin pozulmasına gətirib çıxarır: qlobal
tənhalıq insanın özgələşməsini, özündən ayrılmasını, yad-
laşmasını şərtləndirmiş olur. Həmin dönəmin mahiyyəti, onun
yaddaş strukturunda yer almış görüntüləri ilə çağın insanının
düşüncəsi arasında dialoq bədii təfəkkürə yansımaya bilmir.
Qan Turalının “Mustafa” romanında yaxın keçmişimizin
mənzərəsi, keçib gəldiyimiz illərin çəkdirdiyi sarsıntıların izləri
var. “Yazılanlar ilk növbədə bu dünyadan keçib, bu dünyada
yaşanılmalıdır”. Mustafa keçib gəldiyi dünyanın sarsıntısını
mənəvi taleyində daşıyan obrazdır. Tələbə yoldaşı Nilufərə,
bundan əvvəl isə dörd nəfərə etdiyi sevgi etirafından rədd
cavabı alan Mustafa ümidsizliyə uğrayır. Daxilən onsuz da
ünsiyyəti sevməyən Mustafa bundan sonra bir qədər də pes-
simizmə qapılaraq mehrini yalnız kitablara salır. Kitablara olan
aludəliyi onu siyasi qruplaşmalara gətirib çıxarır. O, ideallarla
yaşamağa başlayır, cəmiyyət düzəninin harmoniya əldə etməsi,
sosial bərabərlik naminə pevanşist mövqedə bulunur. Lakin
buradakı cəhdi də alınmır və o məhbəsə salınır. Üç illik zindan
həyatından sonra Müstafa kənddə çəkilir, burada müəllimlik
etməklə öz içi, təkliyi ilə baş-başa qalır.
Romanda nəql olunan hadisələr düz səkkiz il bundan əvvələ
gedib çıxır. Qəhrəmanın səkkiz il əvvəl yazdığı “Ay işığı” po-
vesti onun yaddaşında keçmişilə bağlı müəyyən asossiasiyalar
doğurur və o, həmin zamanın xatirəsinə dalaraq mətnləri dilə
gətirir. Bu yanaşma qeyri-ixtiyari olaraq mətndə iki və daha
çox zaman müstəvisində gəzişmələrə yol açır. Adətən, retro-
speksiya halları, psixoloji geridönümlər travmatik zərbələr
sonrası hasilə gəlir, bu hadisələrdən sonra insan şüurunda hə-
min prosesləri mütəmadi olaraq yenidən yaşamaq, yaxud rahat-
sızlığını daim hiss eləmək şəklində meydana çıxır. Müstafanın
həyat tərzi bunların bir çoxunu yaşamağa hesablanıb. Uğursüz
|