Çiçəkli yazı ümidlərin puç olmasıdı, qədimliyin, eralardan əvvəlin, az qala meymuna qədərki əvvəlin daha bir sübu- tunun havada əriməsidir, Çiçəkli yazı ilğımdı. Hadisələrin üfüqüdü...Nəhayət, yazı yaddaşa qarşı üsyandı. Yazı budu. Yazı sən gözlədiyin döyüşlər, padşahların həyatı, xəzinələrin sirri, nə bilim, daha nələr, daha nələr olmaya bilər. Yazı bir sevgi məktubu, məhəbbət etirafı ola bilər.” “Eşq imiş hər nə varsa aləmdə, elm bir qilü qal imiş ancaq”
(Füzuli)- romanda bu ideya konsepsiya səviyyəsində olmasa da
əsas təməl prinsiplərdən biridir. Mağaranın ruhu açar söz kimi
Qarağacı nişan verir, Çiçəkli yazı sevgi məktubu kimi deşifrə
olunur.