233
“İÇİ ŞƏKİL DOLU” ŞEİRLƏR
(Aqşinin “Unutmaq sözünün şəkli” kitabı haqqında)
İnsan yeganə canlıdır ki, başını qaldırıb səmaya
(ürəyin gözü ilə Yaradana – Tanrıya) baxa bilir,
istisnasız bütün başqa canlıların isə hamısı torpağa
(və torpaqdakılara) baxmaq imkanına malik olur.
Məhz insan bir də içə, daxilə baxanda, ruhunu tanı-
yıb, dərk edib, sənəti yaradanda Tanrıya bənzəyir.
Yaşar Qarayev
“Unutmaq” sözünün şəklini görən olubmu heç?
Elə isə;
bax, o soba dibində qocalan pişik
unutmaq sözünün şəklidir.
İlk baxışda “Bu nədir, sözün şəkli bumu”, soruşacaqsınız.
Amma siz bu misraları sadəcə gözlə oxumayın. Bircə anlığa
gözlərinizi yumub da daxilinizə varın, içinizin xatirə sərgisinə
nüfuz edin. Hərəsi bir nisgilli anım bəlirtən o şəkillərin
hansındansa nakam qadın siması boylandınmı? Dilləndirin o
şəkli, imkan verin taleyini danışsın:
içi şəkil dolu qadın
burnunu silə-silə ağladı.
Öz göz yaşlarında qayığa döndü,
ətrafında şəkillər üzən boş bir qayığa,
ancaq boşalanda özünün olur qayıqlar.
Boş qayıq,
heç kimin olmayan qadın portreti atılıb
bütün göz yaşlarının sahilinə.
Sizi bilmirəm, mənə bu misralar Tolstoyun məşhur qəhrə-
manını – Anna Kareninanı xatırladır. Baxmayaraq ki, o heç
234
unudulan qadın da olmayıb. Hər halda, ölümü ilə həmin sözün
ağırlığını daşımaqdan imtina edib. Ancaq “içi şəkil dolu qadın”
– bu, daha çox onun taleyinə və təbiətinə uyğundur. Əslindəsə,
bu şeirdə yarıtmaz bəxtinə lənət oxuyub, düşdüyü günə üsyan
edən, fəqət son anda yenə də “hərəsi bir cür olan bədbəxtliyi”
yaşamağa, dərdlə yüklənmiş taleyinin sizif yükünü daşımağa
məhkum olunmuş hər bir qadının obrazı əyaniləşib:
ən çox ağlayan arvad əl atıb var gücüylə
üzünün şəklini qoparmaq istəyər
qədim, çox qədim olar.
Ruhun şəkli olurmuş,
üzlər bədəndən qopub.
Dünyada Allahdan başqa, mövcud olan hər şeyin və hər kə-
sin şəkli var. Yaşadıqca, dünyanın olumdan ölümə aparan tale
yolunu addımladıqca minlərlə şəkillərin, həm də təkcə kətan
üzərinə deyil, yaddaşımıza çöküb qalan şəkillərin içindən keçib
– gedirik. Onlardan hansınısa nə vaxtsa unuda bilərik, o rəng-
lər, o cizgilər xatirimizdən silinib itə bilər. Amma yaddaş təkcə
gözlə yox, ürəklə həmfikir olanda, o, “duyğuların rəngi”ni
özündə əbədiləşdirən etibarlı sığınacağa çevrilir. Orada elə
ülvi, elə məhrəm hisslər daşlaşıb qalır ki, istəsək belə, təsirin-
dən, sehrindən qurtulmağı bacarmır, şəkillərdən qurulan “yaddaş
hasarı” (Fikrət Sadıq) önündə aciz oluruq. S.Y.Letsin ifadəsini bir
balaca dəyişib desək: “bizim yaddaşımız unutmaq tərbiyəsi
almayıb.” Yox, bu, heç də antiaytmatovçuluq deyil. Bu, sadəcə,
içini şəkillərdən təmizləyib, özü olaraq yaşamağa həsrətli olan
ruhun yaddaşsızlığa təşnəliyidir ki, buna yetməklə bəşəri fəlakətə
deyil, olsa-olsa, fərdi səadətə yetmək olar. Əks halda:
Gecə ağaclara baxmaq
baxa-baxa darıxmaq
sonra çəkilib göz qapaqlarının
arxasına
öz içində yoxa çıxmaq.
235
Fikirləşirsən ki, bu cür gərgin psixoloji ovqatla yüklənmiş
şeirlərin müəllifi ya dərdin püxtələşdirdiyi, ya da yaşın müdrik-
ləşdirdiyi insan olmalıdır. Aqşinsə çox gəncdir. Əlbəttə, son
zamanlar dəbdə olan poetik bir ifadəni vurğulasaq, “yaşın nə
fərqi var ki” deyib, qənaətimizdən birini bəraətləndirə bilərik.
Ələlxüsus, meyarı istedad olan bir sənət üçün... Amma, öz
növbəsində, hər şəkli bir xatirəsə və bu xatirələri biz kiçik
zaman kəsiyində deyil, “ömrümüz boyu yığa-yığa gedirik”sə
(R.Rza), o zaman görəsən şeirlərə hopmuş üzüntü, ağrı çeşidini
yaşanan hansı uzun illərin və ayların qazancı saymaq olar? Ya
bəlkə bizim müdriklik saydığımız qocalıq adlı sonluğa Aqşin
artıq yetib?.. Əgər belə olmasaydı, özündən çox-çox “yorğun
və yaşlı misralar”la deməzdi ki:
indi qocalıram sükutla, dərdsiz
dərd nədir ki, boş söz, o qədər boş ki,
min dərdi bir ah daşıyar.
Qocaldıqca adam uşaqnan dolur
sən qadınsan bilərsən bunu.
Fikir verin, dərdin min üzünü görmüş, zaman-zaman insan
ağrısının, acısının içindən keçmiş kimi, ifadəsinə soyuq ironiya
qatır. Sanki bircə ah çəkməklə bütün dərdlər unudulası, ruhunu
nikbinlik sarasıdı. Əgər doğrudan da, dərd heç nə deyil, sadəcə,
boş sözsə və bunu daşımağa bircə ah çəkmək yetərlidirsə, o za-
man niyə şair ah çəkib də yüngülləşmək əvəzinə içini tökməyə
adam gəzir və qadın simasında öz həmdərdini bulur da və niyə
məhz qadın? Bəlkə dünyanın dərd sərgisini dolaşarkən heç bir
şey onu qadın faciəsi, iztirabı qədər duyğulandıra bilməyib!
Üstəgəl, bu zərif məxluqu, intəhasız dərdə mübtəla olmasına
rəğmən yenə də güclü görüb, sınmaz bilib. Ona görə ürəyini
“dərd qədrini bilənlərə” (N.Kəsəmənli) açmağa qərar verib:
Yaxşı ki qonşu qadın var
Dağıdıram dərdimi.
236
O da hər axşam çıxıb,
Saçlarını dağıdır
Pəncərədən dərd kimi
Kişinin qadın ünsiyyətinə, ülfətinə ehtiyacı təkcə bu dün-
yanınmı dərk olunan həqiqətidir? Bitib-tükənən ömürlə bərabər
bu məhrəmlik də öz sonuna varır, heçliyə uğrayırmı?... Yox,
kökü ilahi sevgidən qida alan məhrəmliyə ölüm belə nöqtə
qoya bilmir, dünyanı tərk etdikdən sonra isti bir göz yaşı
ölümsüzlüyü gerçəkləşdirməyin rəmzinə çevrilir. Bu mənada
Ramiz Rövşənin yazdığı “Hər kişinin qəbiri üstə ağlayası bir
qara paltarlı qadına ümidi var” misraları bütün kişilərin baş
daşına həkk oluna biləcək ən gözəl epitafiyadır. Bu, artıq
unutmaq yox, unutmamaq sözünün şəklidir. Baxmayaraq ki,
onun da qəhrəmanı “içi şəkil dolu” qadındır. Bəs niyə bu
ehtiyacı bilə-bilə Aqşin sevdiyi qadına:
hamının əvvəli sirdirsə
hamının sonu birdirsə
mənə ağlamazsan, sevgilim
ağlamazsan
− vəsiyyətini edir? Bəlkə şair üçün dünyaya gəldiyi ilk gündən
gözü qapandığı ana qədər hər şeyin bu dünyada ikən mövcu-
dluğuna tapınmaq, o təması, o ülfəti var ikən hiss eləyib sonra
ölmək (“Gözünü qapaya bir qız əlləri, bu, sənin ilk qadın sı-
ğalın ola” – Salam) ölümdən sonrakı günlərin bəxş elədiyi
məhrəmlikdən daha müqəddəsdir. Ya bəlkə bu misralar “hər
qapıda ağlayıb, son qapıda gülümsə”mək (N.F.Qısakürək) kimi
ömrün kamillik zirvəsinə işarədir. Axı əvvəlcə şair özü görür
bu zirvəni. Ona görə “ölüm yoldur yerdən göyə” deyib, son
mənzilə gedən yolu qorxusuz-hürküsüz, amma darıxa-darıxa ad-
dımlayır. Beləcə, “ömrü ithaf olunur darıxmağa”. Və günlərin bir
günü bu yolun tükənməz sonluğundan bezikib, soruşur ki:
Dostları ilə paylaş: |