226
YENİ DÜŞÜNCƏ VÜSƏTİ İLƏ
(C.Yusiflinin “Azərbaycan poeziyasında Əli Kərim
mərhələsi” və “Sabir Rüstəmxanlı: yaddaşın poetikası”
kitabları haqqında)
„Mən artıq kitablarla görünmək niyyətindəyəm“. Bu fikri
Cavanşir Yusifli tənqidlə bağlı yazılarının birində qeyd etmiş,
yaradıcılığını bu istiqamətdə köklədiyini bildirmişdi. O vaxt-
dan etibarən tənqidçinin bir-birinin ardınca çıxan kitabları
verdiyi vədi doğrultmasıdır, iş, əməl göstəricisidir. Müəllifin
ötən il cap olunan „Azərbaycan poeziyasında Əli Kərim mərhə-
ləsi“ və „Sabir Rüstəmxanlı: yaddaşın poetikası“ kitabları isə
daha önəmli cəhətinə görə - yeni düşüncə sisteminin ifadəçisi
,daşıyıcısı olmaq baxımından diqqətəlayiqdir.
“Azərbaycan poeziyasında Əli Kərim mərhələsi” - mənə elə
gəlir ki, C.Yusiflinln bir tənqidçi kimi simasını görükdürən,
onun yeniliyini, özünəməxsusluğunu özündə cəmləşdirən
enerji, güc bu kitaba toplanıb. Baxmayaraq ki, müəllifin buna
qədər çap olunmuş „Bədii mətnin sirləri“, „Bir söz söylə, bu
dünyadan olmasın“, „Ədəbiyyatda yaşamağın formulu“ kimi
kitablarında da yeni nəfəs, qeyri-ənənəvi təhlil forması, axtarış
əzmi var. Bu kitablarda toplanmış yazılar, - istər tarixi ədəbi
prosesimizin müxtəlif dövrlərinə və şəxsiyyətlərinə həsr olun-
muş olsun, istərsə də çağdaş ədəbiyyatımızın bir çox vacib mə-
sələlərini aktuallandırsın, - C.Yusiflinin özünəməxsus yanaşma
tərzini, müəyyənləşdirdiyi yeni rakursu ortaya qoyur. Lakin
bütün bunlara baxmayaraq, bu kitablarda bir natamamlıq
hakimdir. Nədən ki, onlara toplanmış yazılarda kənar nəzəriy-
yələrin tətbiqi mərkəzi xətti təşkil edir, dominant diqqət hədəfi
bəhs edilən ədəbi fakt, predmet olmalıykən, əksinə, ona
ayrılmış yer cox cüzi görünür.
Bu baxımdan, C.Yusiflinin „Fuzilidən Folknerə qədər...“,
„Ədəbiyyatda yaşamağın formulu“ və.s. yazıları „xaric səs“ tə-
227
siri bağışlayır. Burada mətləb aydınlaşmır, təmqidçinin fikirləri
sistemli şəkildə, öz axarında deyil, daha cox pərakəndə xarak-
ter daşıyır. Məsələn, „Ədəbiyyatda yaşamağın formulu“ mə-
qaləsində müəllif həmişə aktual, əhəmiyyətli olan irs-varislik
problemini qabardır, Bunu müasir ədəbi prosesdəki mənzərə,
onun ehtiva etdiyi çağdaşlaşma meyllərinin, yeni ədəbiyyat id-
dialı mətnlərin əsasında həll etmək istəyən tənqidçinin məq-
sədini reallaşdırmaq üçün seçdiyi ədəbi üsul o qədər də uğurlu
alınmır. Bəhs edilən mövzu üzərində fikirlərini çox lakonik
formada ifadə etməyə çalışan müəllif bununla öz düşüncələrini
qapayır və diqqəti M.Folknerin, M.M.Baxtinin yaradıcılığına
yönəldir. Onların əsərləri əsasında keçmişə münasibət məsələ-
sini çözən, problemi aktuallandırmada bu sənətkarların tutduğu
mövqeni göstərməyə çalışan tənqidçinin yanaşmasında öncə
təhlilə cəkilən milli mətnlər bir fon səciyyəsi daşiyir. Nəticədə,
bu mətnlərin şərhi, eləcə də onlar haqqında C.Yusiflinin öz
düşüncələri kölgədə qaldığından qarşıya qoyulmuş məsələnin
çözümü bitkin deyil, natamam təsir bağışlayır.
„Azərbaycan poeziyasında Əli Kərim mərhələsi” kitabında
isə C.Yusifli öz icində oturuşmuş nəzəriyyələrdən, bitkin
təsəvvürlərdən çıxış edir. Yeni dil və üslub, yeni yanaşma və
ifadə tərzi – bütün bunlar vahid bir xətt üzərində cəmləşdi-
yindən müəllifin irəli sürdüyü konsepsiyalar, tətbiq etdiyi nəzə-
riyyələr bitkin səciyyə daşıyır. Demək olar ki, C.Yusifli digər
nəzəriyyələri öyrənə-öyrənə artıq özünə çıxıb, bir qədər obrazlı
desək: o, öz düşüncə qanadında Qərbi gəzib Şərqə qayıdıb,
Qərbdən bəhrələnərək milli nəzəri–estetik fikir arsenalımızı
yeni dil və ifadə tərzi ilə dolğunlaşdırmağa nail olub .
C.Yusiflinin yazılarında ənənəvi təhlil formasından əsər-
əlamət qalmayib. Tənqidçinin özünəməxsusluğu, ilk növbədə
onun əsərlərə yanaşma tərzindədir. O, bədii mətnin məzmunu-
nu nəql etməklə deyil, sözlərin məna qatına enməklə, onu son-
suzluğa qədər aparıb polifonik qatlarını açmaqla məşgul olur
ki, əslində C.Yusifli üçün ədəbi tənqidin missiyası elə bu mə-
qama xidmət etməkdir. Tənqidçi yazır: „Mənim fikrimcə, təhlil
|