224
İbrahim İlyaslı, Faiq Balabəyli poeziyasının zəif cəhətlərinə
iradlarını bildirən V.Yusifli ilə, müəllifin özünün dediyi kimi,
«populyarlığına görə bəlkə də Azərbaycanda beş-altı şairdən
biri olan Z.Yaqub poeziyasının onu narazı salan
tərəflərinə
etirazını etiraf edən V.Yusifli arasında ögey-doğmalıq, kəsərli-
lik-yumşaqlıq baxımından heç bir fərq duymadım.
«Müstəqilliyimiz və ədəbiyyatımız»- V.Yusiflinin aktuallaş-
dırdığı növbəti mövzudur. Burada son on ilin cari ədəbi prosesi
–poeziyası, nəsri, publisistikası və ədəbi tənqidi real mən-
zərələri ilə öz inikasını tapıb.
Bu yaradıcılıq sahələrindən hər biri zamanla bahəm sınağa
çəkildi, itirdikləri qazandırdıqlarını üstələdi, amma hərəsi
bacardığı qədər öz sözünü deməyə çalışdı. Və buradaca mən
məntiqi vurğunu «ədəbi tənqid» ifadəsinin üzərinə salıb
ürəyimi boşaltmaq istəyirəm.
Ədəbi tənqid həmişə ədəbiyyata bələdçilik eləyib,
onu qüsur
və səhvlərdən mümkün qədər uzaqlaşdırmağa çalışıb və bəzi
hallarda buna nail olub da. Təbii ki, söhbət vicdanlı tənqiddən
və tənqidçidən gedir. İndi azacıq büdrəyən kimi bu günə qədər
səngimək bilməyən yersiz hücumların, boş və mənasız söh-
bətlərin predmetinə çevrilib. Çox zaman da bu söhbətləri çağ-
daş ədəbi prosesi izləməyən, yerində saymaqla böyük hökmlər
çıxarmağa iddialı olan şəxslər edir, ifadələrinə bir
az təəssüf,
bir az da təbəssüm qataraq «ədəbi tənqid yoxdür» deməkdən
xüsusi zövq alırlar.V.Yusifli bu məsələyə dəfələrlə toxunub,
onu bu cür destruktiv fikirlərin cəngindən uzaq tutmağa çalışıb.
Hələ 1991-ci ildə yazdığı «Karvanbaşı, yolun hayanadır?» adlı
məqaləsində V.Yusifli bütünlükdə bu məsələləri işıqlandırır,
tənqidin durğunluq və zəiflik səbəblərini dövrün digər tən-
qidçiləri ilə birgə araşdırırdı.
Bəli, məhz durğunluq və zəiflik səbəbləri: hansı ki, bütün
ədəbi prosesi bürümüşdü və V.Yusifli bir tənqidçi kimi bunların
hər birini ayrı-ayrılıqda etiraf edirdi: «Qarabağ müharibəsi hələ
də bədii sözün işığında öz dolğun təcəssümünü tapmayıb»; «Son
225
on ilin poeziyası vətənpərvərlik missiyasını Demokratik
Respublika dövründə olduğundan (söhbət 1918-1920-ci illərin
Sümhuriyyət dövründən gedir) zəif yerinə yetirir. Eləcə də ədəbi
tənqid barədə yazırdı ki, «son on ildə ədəbi tənqid öz missiyasını
çox
ləng və astagəl ifadə edir, hətta bəzi məqamlarda varlığı çox
az hiss olunub». Lakin bununla belə V.Yusifli heç nəyi
kökündən inkar eləməyib, dəryada da ümman yaratmağa bütün
gücü və bacarığı ilə atılıb. Ona görə yox ki, o, tənqidçidir və
tənqidə deyilən hər neqativ sözü «öz bostanına atılmış daş»
hesab edir. Həm də ona görə ki,o, ədəbi
prosesin içindədir və
real vəziyyət də, əsl həqiqət də ona məlumdur. Elə bu həqi-
qətdən çıxış edərək «ədəbi tənqid yoxdur» deyənlərə Y.Qara-
yevin, E.Əfəndiyevin, A.Hüseynovun B.Nəbiyevin Ş.Salma-
novun, Kamil Vəlinin, N.Cəfərovun, N.Şəmsizadənin, V.Quli-
yevin, A.Əmrahoğlunun, N.Cabbarovun, N.Mustafanın, Ə.Ca-
hangirin, İ.Musayevanın, C.Yusiflinin bu on ildəki fəaliyyətini
əks etdirən yazılarını nişan verir və yekun sözü belə konkret-
ləşdirir: «Azərbaycanda ədəbi tənqid var və olub».
Bəli, ədəbi tənqid var! Bu gün V.Yusifli ədəbi tənqidi, ədəbi
tənqidsə ədəbiyyatı şərtləndirən dominant göstəricilərdən biridir.
V.Yusifli tənqidə xidməti özü üçün ideal götürdüyü və ona sadiq
qaldığı üçün «70-ci illərdə ədəbiyyata
gələn tənqidçilər nəslinin
son mogikanı» hesab olunur. «Tənqid və bədii söz» kitabına ön
söz yazmış f.e.n. Aybəniz Kəngərli V.Yusifli haqqında məşhur
epitetlərə birini də əlavə edərək onu «işıq axtaran tənqidçi»
adlandırır. Əslində,V.Yusifli üçün işıq elə tənqidin özüdür. O,
bu işığı ədəbi məşələ çevirib zamanın xəfif titrəyişləri və
küləkləri içərisində sönməyə qoymur. Bilir ki, bu işıq sönsə,
ədəbiyyat qaranlıqlar içində yolunu itirən «başsız atlı»ya dönər.
Ona görə də V.Yusifli taleyin onun üçün ayırdığı əziyyətli, fəqət
hər qarışında şərəf duran yolda bu işıqla birgə addımlayır.
Dostları ilə paylaş: