221
Hələ XI əsrdə Xətib Təbrizi yazırdı ki, şeir haqqında
danışmaq onu yazmaqdan da çətindir. Bu çətinliyin öhdəsindən
V.Yusiflinin necə gəldiyini f.e.n. Güldəniz Qocayeva belə ifa-
də edir: «professional şeirdən söz düşəndə V.Yusifli ərkyana
bir sərbəstliklə danışır və söz meydanı daha da genişlənir. Özü-
nü azad hiss edir, özü də bilmədən şairləşir, şeirdən elə şeirin
dili ilə danışır».
Ədəbiyyatımızın yaradıcılıq problemləri qabardılan bütün
zamanlarda roman janrı ətrafında mübahisə və müzakirələr
geniş vüsətliliyi ilə seçilib. Bəlkə də janrın daxili strukturu,
tələbləri və əhatə dairəsinin özü problemin qloballığına yol
açır. «Tənqid və bədii söz» kitabında da V.Yusiflinin roman
haqqında mülahizələri mühüm yer tutur. Bəri başdan qeyd edək
ki, sərlövhənin altında əksini tapan «polemik qeydlər» ifadəsi
gələcək mübahisələrin intişarına və təşəkkülünə müəllifinin
artıq hazır olduğunu xəbər verir.
Bu mülahizələrdə V.Yusifli Azərbaycan romanının yaranma
tarixini, günümüzə qədər keçdiyi inkişaf yolunu izləyir, janrın
tarixi dövrlərinə baş vurur və onları mövzularına görə (tarixi,
müharibə, ailə-məişət) ümumiləşdirir.
Lakin V.Yusifli söhbət açdığı janrın adi xroqnoqrafı olmur,
onu müasirlik prizmasından qiymətləndirir, ədəbi tənqidin
təhlil süzgəcindən keçirir, hətta bir sıra məqamlarda- B. Bayra-
movun «Fəhlə qardaş», «Gün batanda», S.Bərgüşadın «Boz
atın belində», «Sıyrılmış qılınc», G.Fəzlinin «Kəhrəba işığın-
da», «Gecə günəşi», Ə.Mustafayevin «İsti külək», Ə.Babaye-
vanın «Səni axtarıram» kimi romanların təhlilində müəlliflərlə
mübahisəyə girməkdən də çəkinmir.Belə bir fikri də görk edə
bilir ki, ənənə ilə ənənəçilik bir-birini yaxşı mənada tamamla-
malıdır. Əgər ənənə məfhumunun kökündə varislik xüsusiyyət-
ləri durur, köhnə yeni üçün «təcrübi kurs» səciyyəsi daşıyırsa,
ənənəçilik kor-koranə təqlidlə bu qanunları qırır və əsərləri
həm forma, həm də məzmun gözəlliyindən məhrum edir.
Elə düşünülməsin ki, V.Yusifli mövzunun predmetinə yalnız
zəif, qüsurlu romanları cəlb edir.Yox, dövrün koloriti, əsrin
222
nəbzi duyulan əsərlər də V.Yusiflinin mülahizələrində işıqlan-
dırılıb, öz real qiymətini alıblar. B.Bayramovun «Karvan yolu»,
Y.Səmədoğlunun «Qətl günü», Elçinin «Ağ dəvə», Ə.Əylislinin
«Ağ dərə» romanları məhz bu cür «ədəbi hadisə» olan
romanlardır. İnsanın mənəvi-sosial ağrılarının kökünü izah etmək,
ədəbiyyatda düşünən insan obrazını canlandırmaq, onun şəxsiy-
yətini lirik-psixoloji çərçivədə işləmək bu romanların başlıca
məziyyətləri idi. Və bu məziyyətlərə onlar klassiklərimizin ən
yaxşı ənənələri ilə varislik əlaqəsini qoruyub saxlaya bilmişdilər.
O müəlliflər ki, «insan və zaman» kontekstindən çıxış edir, onlar
əsərlərinin dövr, ədəbi mühit və insanla bağlı müasirliyinə nail
olur və zəmanəsinə yazıçı sözünü deyə bilirlər.
Tez-tez belə bir fikirlə rastlaşırıq: əgər onun yaradıcılığını
bircə sözlə ifadə eləmək lazım gəlsə onda…onda vaqif Yusif-
lini bircə kəlmə ilə xarakterizə etmək çox asan olardı: «inamlı
səs» sahibi. Əslində, həyatın da, ədəbiyyat və insanın da
mənəvi yüksəlişinə, ruhi coşqunluğuna yol açan bu cür inamlı
səslərdir. Bəlkə buna görə V.Yusifli ədəbiyyata vəsiqə alan hər
kəsə “səs”inin qüdrətindən pay verir… Gözəl şairimiz R.Rza-
nın misraları süzülür yaddaşımdan:
Belə olur insanın
insana əvəzsiz hədiyyəsi
bir xoş baxışı
bir ümidli sözü
bir inamlı səsi.
Amma maraqlıdı, özü inamlı səsə çevrilməmiş ilk dəfə səsin
təsir orbitinə, tilsiminə nə vaxt düşmüşdü görəsən? Bəlkə lap
gəncliyində, hələ tələbə ikən şeir gecələrinin birində Mədinə
xanımın şeirlərini dinləyərkən tapınmışdı bu səsə? Onu içində
qoruya-qoruya, əzizləyə-əzizləyə illərin, xatirələrin yığımında
gizlətmişdi, bu yazını da mənə o səs yazdırdı»- 40 il sonra yenidən
bu səsi dinləyəndə heyranlığını gizlədə bilməyib etirafını etmişdi.
Bəlkə qüdrətli dramaturqumuz İ.Əfəndiyevin özü kimi bən-
|