219
SÖZƏ İNAM OLANDA
(
V.Yusiflinin “Tənqid və bədii söz” kitabı haqqında)
Bu yazı duyğudan yarandı. V.Yusiflinin
yenicə nəşr olunan
«Tənqid və bədii söz» adlı növbəti kitabını oxudum və sevin-
dim ki, söz deməyə hələ vaxtımız var. Sözü də məhz bu kitab-
dan, daha doğrusu, bu kitabda özünü həm məlum, həm də yeni
görüm bucağından
tədqiq edən, fəqət bütün hallarda bizi öz
harmoniyasını pozmayan əsas, dominant meyara-ədəbiyyatın
çağdaşlığına və perspektivliyinə inandıran Vaqif Yusifli sözün-
dən başladım. Bədii sözü tənqidin gözü və gücü ilə dolğun-
laşdıran Vaqif Yusifli sözündən…
Kitabda müəllifin görkəmli sənət adamlarımız, korifeyləri-
mizin yaradıcılıq simasını canlandıran
məqalələri, roman janrı
haqqında silsilə yazıları, ədəbi gəncliyin axtarışlarını işıqlan-
dıran fikirləri, iki resenziyası və ən nəhayət, ədəbiyyatımızın
son on ili-müstəqillik dövrünün ədəbi panoramını yaradan mü-
lahizələri əksini tapıb. Ümumiyyətlə, elmi qənaətləri, tənqidi
axtarışları və sistemli təhlilləri ilə dəyərli olan «Tənqid və bədii
söz» kitabında
öz həllini tapan problemlər, prioritet mövzular
çoxdur. Bu mənada, V.Yusiflinin son kitabı haqqında söz
demək çağcaş ədəbi prosesin mühüm məsələlərini aktuallaş-
dırmaq qədər zəruridir.
Ədəbi portret V.Yusiflinin müraciət etdiyi janrdır.Bu kitaba
da müəllifin görkəmli söz ustaları haqqında düşüncələrini,
xatirələrini əks etdirən yazıları toplanıb. İlk
üç məqalə ustad
şairimiz M.Füzuliyə həsr olunub, bir az poetik desək, V.Yusifli
oxucuları elə ilk dəqiqələrdən poeziyanın işığına toplayıb və
açılışa da Füzulidən başlayıb. «Axı dünyanın qəm yükünü dün-
yadan alan, cahanı dərddən təmizləyən karvanın adı poeziyadır
və onun da «karvan başçısı» Füzulidir»(Yaşar Qarayev). Odur
ki, istedadlı münəqqidin «ilham çırağını Füzuli şamından yan-
dırması» təbii, həm də simvolik görünsün gərək. Füzuli poezi-
yası V.Yusifli üçün hisslərinin, duyğularının tərcümanıdır, bir
220
ömür boyu davam edəcək yanğıdır, ruhi ehtiyacdır.
Və bir də
yazıb-yazıb qurtarmayacağı, heç bir zaman son nöqtəsini qoya
bilməyəcəyi əzəli və əbədi mövzudur. Bu fikri mənə qarşımda
duran üç məqalə pıçıldadı. Və ona da əmin etdi ki, V.Yusiflinin
Füzuli haqqında yazdıqları yazacaqlarının heç yüzdə biri deyil,
görüləsi iş hələ qabaqdadır.
«Füzuli dünyası» adlanan birinci məqalə Füzuli-Həbibi poe-
tik bvağlılığını səciyyələndirə bilmək cəhətindən, «Ey cəfaçı
dünya» adlı ikinci məqalə isə «Leyli və Məcnun» poemasının
Şərq ədəbiyyatı tarixində müstəsna yerini təsbit etmək baxı-
mından orijinal və yenidir. Üçüncü məqalə «Bütün
türk şairlə-
rinin babası» adlanır. Burada V.Yusiflini ədəbiyyatşünaslığı-
mızın «bir nömrəli Füzulişünasını» aramaq məqsədilə Füzuli
haqqında yazılan sanballı monoqrafiyaların, elmi tədqiqat əsər-
lərinin arasında görürük. Hər üç məqalədə V.Yusifli elmi
qənaətləri, dərin və aydın mülahizələri ilə Füzuli poeziyasının
trafaret təhlil orbitini yarıb müfəssəl işlənməsi gərəkən tədqiqat
mövzusuna giriş rolunu oynayır.
Digər sənətçilər-Ə.Kərim, Qabil, N.Həsənzadə, F.Sadıq,
M.Yaqub, İ.İsmayılzadə, A.Abdulladan bəhs edəndə də V.Yu-
sifli zahiri təmtəraq və əlüstü təhlil variantlarından istifadə
etmir. Onların yaradıcılıqlarına xas olan başlıca
keyfiyyətləri
incəliklə arayıb seçir, fərdi üslub xüsusiyyətlərini açıqlayır,
ədəbiyyatımıza gətirdikləri yenilikləri qiymətləndirir və dəyərli
fikirlər söyləyir. Gözəl şairimiz Ə.Kərim haqqında yazır ki,
«Əli Kərim şeiri ilk növbədə fikirlə hissin, ürəklə beynin
vəhdətindən yaranıb. Burada hansının –fikrin, yoxsa hissin
aparıcı olması əsas rol oynamır. Onun hər şeiri mənalı fikir
əsasında yazılır, bu fikir yüksək şeiriyyətlə ifadə olunur».
Yaxud, «ruhumuzun şairi» adlandırdığı M.Gülgün poezi-
yüasına qiymət verərkən yazır: «Mədinə xanımın poeziyasında
Dərd, Həsrət, Ayrılıq…bu qəbildən olan
sözlərin hər biri obraz
səviyyəsində şeir məkanına gətirilir. Bəzən bu şeirlərdə heç
Dərd, Həsrət, Ayrılıq sözlərinə təsadüf də eləmirik, amma o
şeirdə, o şeirin məna qatında həmin obraz yüksəlir».