Mövzu 1: Büdcənin sosial- iqtisadi mahiyyəti və funksiyaları



Yüklə 3,74 Mb.
Pdf görüntüsü
səhifə32/155
tarix28.08.2023
ölçüsü3,74 Mb.
#140833
1   ...   28   29   30   31   32   33   34   35   ...   155
Büdcə Sistemi

KitabYurdu.az 
39



Büdcə layihəsinin tərtib edilməsi üçün Azərbaycan Respublikasının , 
Naxçıvan Muxtar Respublikasının , bələdiyyələrin və iqtisadiyyatın müxtəlif 
sahələrinin sosial- iqtisadi inkişaf proqnozları işlənib hazırlanır. Icra 
hakimiyyəti orqanlarında büdcə layihəsinin işlənməsi üçün əsas sayılan icmal 
maliyyə balansı hazırlanır.
Büdcə 
layihəsinin 
tərtib 
edilməsi 
Azərbaycan 
Respublikası 
hökumətinin,Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə 
orqanlarının , müvafiq icra hakimiyyəti orqanlarının mühüm vəzifəsidir. 
Büdcə layihəsinin tərtib edilməsi vasitəsilə Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi və 
bələdiyyələrin maliyyə orqanları həyata keçirirlər. 
Büdcə layihəsinin vaxtında və keyfiyyətlə tərtib edilməsi üçün müvafiq 
orqanlardan və hüquqi şəxslərdən lazımi məlumatlar alınmalıdır. 
Büdcə layihəsinin tərtib edilməsi üçün vacib olan məlumatlar bunlardır: 
- qüvvədə olan mövcud vergi qanunvericiliyi
- büdcə sisteminin müxtəlif səviyyələrinin tənzimləyici normativləri; 
- Azərbaycan Respublikasının dövlət büdcəsinin digər büdcələrlə verəcəyi 
maliyyə yardımının nəzərdə tutulan həcmi; 
- Azərbaycan Respublikası dövlət büdcəsinin digər büdcələrə verəcəyi xərclərin 
növü və həcmi; 
- dövlət və bələdiyyə xidmətlərinin göstərilməsinə maliyyə məsrəflərinin 
normativləri; 
- minimum maliyyə təminatı normativləri. 
Büdcə layihəsinin tərtibi aşağıdakılara əsaslanır: 
- Azərbaycan Respublikası Prezidentinin büdcəyə göstərişinə; 
- növbəti maliyyə ilinin müvafiq inzibati ərazinin sosial- iqtisadi inkişaf 
proqnozuna; 
- növbəti maliyyə ilinə müvafiq ərazinin büdcə və vergi siyasətinin əsas 
istiqamətlərinə; 
- növbəti maliyyə ilinə müvafiq inzibati ərazinin iqtisadiyyatının dövlət və ya 
bələdiyyə bölməsinin inkişaf planına. 

Yüklə 3,74 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   155




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin