Mövzu: 1 Nitq inkişafı üzrə aparılacaq işlərin istiqaməti, məqsəd və məzmunu, digər elmlərlə əlaqəsi”


MÖVZU 15. RABİTƏLİ NİTQ VƏ ONUN NÖVLƏRİ.(MONOLOJİ VƏ DİOLOJİ NİTQ)



Yüklə 372,17 Kb.
səhifə24/39
tarix09.03.2023
ölçüsü372,17 Kb.
#87055
1   ...   20   21   22   23   24   25   26   27   ...   39
Nitq inkişafı (1)

MÖVZU 15.
RABİTƏLİ NİTQ VƏ ONUN NÖVLƏRİ.(MONOLOJİ VƏ DİOLOJİ NİTQ)

PLAN

1. Rabitəli nitq anlayışı
2. Rabitəli nitqi müəyyən edən bacarıqlar
3. Rabitəli nitqin növləri(dioloji, monoloji)
4.Rabitəli nitqin inkişafını təmin edən amillər.(1.Lüğət ehtiyat.zənginləş. 2.Dilin qayda qanunlarına yiyələnmə, cümlə üzrə işin təışkili, nitq situasiyasının yaranması)
İstifadə olunmuş ədəbiyyat.
B. Paşayeva – “Nitq inkişafının metodikası” Bakı 2004
İ. Hacıyeva - “Nitq mədəniyyəti” Bakı 2011
H.Həsənov – “Nitq mədəniyyəti və üslubiyyatının əsasları” Bakı 2003
A.Qurbanov – “Müasir Azərbaycan ədəbi dilinə dair praktikum” Bakı 2005
H.Balıyev - “Azərbaycan dili” Bakı 2006

Rabitəli nitq anlayışı


Nitqin rabitəliliyi hər hansı əşya, hadisə haqqında məzmunun məntiqi cəhətdən ardıcıl, dəqiq, ifadəli və dolğun ifadə olunmasınə əhatə edir. Rabitəli nitq dilə yiyələnməyin zirvəsi olub, uşaq bağçalarında nitqin səs mədəniyyəti, lüğətin zənginləşdirilməsi, dilin qrammatik quruluşunun mənimsədilməsi üzrə işin nəticəsini özündə əks etdirir.
Rabitəli nitqin məzmununu başa düşmək uşaqlarda dilin lüğət tərkibinə, qrammatik qurulişuna yiyələnməyi, nitq axınında cümlə və sözləri ayırmağı, onları dəqiq mənalandırmağı tələb edir.
Uşağın nitqinin rabitəliliyi aşağıdakı bacarıqlarla müəyyən edilir:
1) hekayənin məzmununu təşkil edən faktlar, əhvalatlar, hadisələr arasındakı müxtəlif münasibətləri müəyyənləşdirmək bacarığı
2) fikri ifadə etmək üçün nitq forması tapmaq bacarığı
Nitqdə rabitə xarakterinə görə müxtəlif cür ola bilər: ardıcıllıq, zaman, səbəb-nəticə və s. əlaqələr. Uşaq danışmaq istədiyi əhvalatın məzmununu dərk etməli, onları müəyyən ardıcıllıqla düzməlidir. Uşaq fikri formalaşdırmağı və onu bitmiş şəkildə, düzgün qurulmuş cümlələrlə verməyi bacarmalıdır.
Uşaq rabitəli nitqə yiyələndikdə inamla sərbəst ünsiyyət saxlaya bilir, sıxıntı keçirmir, utancaqlıq göstərmir.

Rabitəli nitqin növləri


Rabitəli nitqin iki növü məlimdur: dialoji, monoloji. Danışıq nitqi öz təbiəti etibarilə dialojidir. Dialoq iki nəfərdən az olmayan adamlar arasında müsahibədir. Dialoq prosesində adam müsahibindən nəyi isə xəbər alır, onu fəaliyyətə qoşur. Şifahi nitqin geniş yayılmış forması olan dialoq nitq ünsiyyətinin təbiiliyini təmin edir.
Üslubuna görə dialoq dilidir. Akademik L.V.Şerba yazmışdır ki, dialoq “...öz aralarında saxlayan iki fərdin, müsahibin situasiyasını və ya dediklərini müəyyənləşdirən qarşılıqlı əməliyyatdan ibarətdir. Dialoq mahiyyət etibarilə replikalar zənciridir”.
Dioloji nitqdə bir-birini əvəz edən replikaların köməyi ilə nitq reaksiyası yeni istiqamət alır. Danışanla dinləyən tez-tez rollarını dəyişirlər. Replikanın müsahiblərdən birinin nitqinin qurtarmasına, digərinin nitqinin başlanmasın axidmət edir. Replika müsahibinə sual vermək, onun sualına cavab vermək, dediklərinə etiraz etmək, mühakimə yürütmək, əlavələr etmək, münasibət bildirmək və s. şəklində özünü göstərir. Dialoq bəzilərinin təsəvvür etdikləri kimi bir-biri ilə məntiqi əlaqəsi olmayan sual-cavab deyil, bir məzmun ətrafında söhbətdir.
Dialoqda iştirak edənlər heç bir hazırlıq olmadan müsahibin reaksiyasına əsasən söhbətə qoşulurlar.
Ayrılıqda dialoqun iştirakçılarınnın replikaları bitmiş mənaya malik olmur, lakin onların hamısı “dialoji vəhdətdən qavranılır”.
- Uşaqlar, bu gün neçə lək düzəldə bilərik ?
- Beş lək.
- Bəs səkkiz lək düzəldə bilərikmi?
- Bilərik.
- Bəs on lək?
- Yox bilmərik.
- Sağ olun.
Dialoji nitqin yığcamlıq, lakonizm kimi sintaktik xüsusiyyətləri var.
Dialoq bəzən məişət mövzuları ilə, bəzən isə mücərrəd mövzularla bağlı olur. Məişət mövzusunda situativ dialoqlar adi danışıq dili üslubunun prinsiplərinə uyğun qurulmaqla jestlər və mimikalar zənginləşir. Danışıq dilinə xas olan emosionallıq və ekspressivlik dialoji nitqdə öz əksini tapır.
Dialoq prosesində lüğət ehtiyatından istifadə etməyin özünəməxsus xüsusiyyətləri var. Belə ki, uşaqlar modal sözlər bağlayıcılar, nidalardan, əsasən sadə cümlələrdən istifadə edirlər. Sintaktik əlavələr arasında qırıqlıq olur, bir çox hallarda yarımçıq cümlələrlə cavab verirlər, lakin belə cümlələr anlaşılır.
Monoloq danışanın öz-özünə müraciətlə söylədiyi nitqdir. Monoloqun məqsədi müəyyən faktları xəbər vermək, müəyyən hadisələri təsvir etmək, onların haqqında sadə mühakimə yürütməkdir. Monoloji nitq nitqin ən mütəşəkkil növü olub, danışandan bütün monoloqu bir tam kimi planlaşdırmağı tələb edir. Monoloji nitqdə kontekst daxilindəki cümlələr arasında məntiqi əlaqə olur. Burada fikirlərin ardıcıllığı ön plana çəkilir.
Monoloq daha mürəkkəb sintaktik quruluşa malik olması, daha geniş mövzunu əhatə etməsi ilə səciyyələnir. Monoloji nitqdə yarımçıq cümlələr işlənmir. Kontekst daxilində cümlələrin məntiqi əlaqəsi olur. Monoloji nitq daha çox daxili motivlərə görə stimullaşdırılır. Onun məzmunu və vasitələri danışan tərəflə müəyyən edilir.

Rabitəli nitqin inkişafını təmin edən amillər


Rabitəli nitqin normal inkişafını təmin etmək üçün ona şərait yaradan, təkan verən amillərə diqqət yetirmək lazımdır. Bu amillər hansılardır?
1. Uşaqların lüğət ehtiyatının zənginləşdirilməsi. Təcrübə göstərir ki, uşaqların rabitəli nitqinin aşağı səviyyədə solğun, quru, sxematik söz yığımından ibarət olması, əsasən, uşaqların lüğət ehtiyatının kasıblığı, mövzu ilə əlaqədar leksik mikrosistemə yiyələnmələri üzündəndir. Lüğət ehtiyatı kasıb olan uşaqlar fikri dəqiq, aydın, obrazlı ifadə etmək üçün söz seçə bilmirlər. Ona görə də lüğət ehtiyatının zənginləşdirilməsi, dəqiqləşdirilməsi və fəallaşdırılmasına ciddi fikir verilməlidir.
2. Uşaqların dilin qayda və qanunlarına yiyələnmələri. Uşaqlarda dilimizin qayda və qanunlarına həssaslığı artırmaq, qrammatik formalara praktik yolla yiyələndirmək lazımdır. Onlar qrammatik cəhətdən düzgün nitq eşitməklə yanaşı, həmin elementləri müxtəlif şəraitdə işlətməyi, onların əsasında yeni fikirlər söyləməyi öyrənməlidirlər.
3.Cümlə üzrə işin təşkili. Bir-iki sözdən ibarət cümlə ilə fikrini ifadə etməyə çalışdığı dövrdən uşağı şüurlu fəaliyyətə qoşmaq, əşya, hadisə əsasında, sonralar maddi əsası olmayan sözlər əsasında cümlə qurmağa, cümləni genişləndirməyə, eyni fikri müxtəlif şəkildə ifadə etməyə alışdırmaq lazımdır.
4. Nitq situasiyasının yaradılması. Uşaq bilavasitə təmasda olduğu əşya və hadisə ilə əlaqədar dialoqa həvəslə qoşulur. Bu onun təfəkkürünün konkretliyi ilə əlaqədardır. Ətraf aləmlə tanışlıq nitq inkişafında başlıca amillərdən biridir. Uşaqların təsəvvürləri və lüğətinin xüsusiyyətləri onların yaşadıqları mühitlə, coğrafi və sosial şəraitlə müəyyən edildiyi kimi, rabitəli nitqlərinin inkişafı da bundan asılıdır.
Uşağın Azərbaycanın şimalında və ya cənubunda, aranda və ya dağda, şəhərdə və ya kənddə yaşaması valideynlərinin məşğuliyyəti və səviyyəsi ailə tərkibi, ünsiyyətdə olduğu mühit onun rəbitəli nitqinə xüsusi rəng verir. Belə fərqləri, rangarəngliyi aradan qaldırmaq mümkün olmasa da, qismən yaxşılaşdırmaq, məktəbə hazırlamaq səviyyələrini “bərabərləşdirmək” üzrə bağçada ciddi iş getməlidir. Deməli, uşaq bağçalarında situativ nitqə üstünlük verilməlidir. Situativ nitqin təbii və süni olmaqla iki növü məlumdur. Təbii situasiyanı uşağı əhatə edən mühitdə asanlıqla görmək mümkündür. Süni situasiya isə uşağı dilləndirmək xatirinə müəllim tərəfindən yaradılır.
Dilçilərin, psixoloqların, metodistlərin müşahidələri göstərir ki, uşağın danışığını diqqətli münasibət atmosferin hökm sürdüyü, uşağın özünü sərbəst hiss etdiyi, nitqinə rəğbət bəslədiyi və nəzarət edildiyi ictimai mühitdə iş müvəffəqiyyətlə gedir, uşaqlar öz nitqinin ünsiyyət məqsədlərinə, ictimai və psixoloji nitq şəraitinə uyğunlaşdırmağı öyrənirlər. Üçüncü yaşdan başlayaraq uşaqlar nə vaxt danışmağı, nə vaxt susmalı olduqlarını, hər hansı şəxsə münasibətini hansı söz və konstruksiyalarla bildirməli olduqlarını müəyyən edirlər.
Uşaq bağçaya gələnədək ailədə, bacı-qardaşı ilə, olsa-olsa həyətdə yaşıdları ilə bir ictimai mühitlə daxil olur. Uşaq bağçasında isə o, yeni aləmə düşür. Onun görüş dairəsi, təsəvvürü, rabitəli nitqi tədricən inkişaf edir.
Rabitəli nitq üzrə ilkin vərdişlər hərədə bir cür baş verir. Ola bilər ki, nitq müsahibə yönəlməsin. Belə hallarda elə bil özü üçün nitq alınır. Halbuki nitq ictimai xarakter daşımalıdır



Yüklə 372,17 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin