Mövzu Regional sosial-iqtisadi inkişafın nəzəri metodoloji əsasları


Mövzu5: Regionların sosial-iqtisadi inkişafında AİZ-nin rolu və



Yüklə 1,72 Mb.
Pdf görüntüsü
səhifə46/90
tarix02.01.2022
ölçüsü1,72 Mb.
#39349
1   ...   42   43   44   45   46   47   48   49   ...   90
YourFileName

Mövzu5: Regionların sosial-iqtisadi inkişafında AİZ-nin rolu və 
regionların maliyyəsi 
 
 
 
5.1.Azad  iqtisadi  zonaların  formalaşması  və  Azərbaycanda  AİZ-nın 
yaradilmasının zəruriliyi 
5.2.Azad iqtisadi zonaların ölkə iqtisadiyyatına təsiri 
5.3.Ərazi maliyyəsinin mahiyyəti və rolu 
5.4.Ərazi büdcələrinin gəlirləri və xərcləri 
5.5.Maliyyə sisteminin hüquqi təmzimlənməsi 
 
 
 
 
5.1.  Azad  iqtisadi  zonaların  formalaşması  və  Azərbaycanda  AİZ-nın 
yaradilmasının zəruriliyi 
 
 
Dünya  iqtisadiyyatının  inkişaf  tarixi  göstərir  ki,  əksər  ölkələr  iqtisadi 
inkişafının  ilk  dövrlərində  iqtisadi  siyasətlərini,  milli  sərhədləri  daxilində,  bütün 
məsrəflərin daxili iqtisadi potensialdan istifadə hesabına ödənilməsi üçün ən yaxşı 
şərait yaratmaq istiqamətində yönəltmişlər. Məlum olduğu kimi, bu məqsədi təmin 
edən yollardan biri xarici ticarət fəaliyyətidir. Xarici ticarət fəahyyətinin səmərəsi 
əsasən  ölkədaxili  istehsalın  dünya  bazarında  rəqabətqabiliyyətilə  qiymətləndirilir. 
Gömrük  vergisi,  normalar  və  qadağalar  kimi  tədbirlərlə  xarici  məhsulların  ölkə 
daxilindəki  qiymətlərini  bahalaşdıraraq  və  hətta  bunların  ölkəyə  girişini  qadağan 
edərək yerli sənayenin qorunmasına çalışdır. 
Beynəlxalq  mal  mübadiləsi  artdıqca,  bunun  iqtisadi  inkişafa  böyük  təsiri 
olduğu müəyyən edilmişdir. Uzunmüddətli araşdırmalar xarici iqtisadi fəaliyyətin, 
o cümlədən beynəlxalq ticarətin bütün tərəflər üçün səmərəli ola biləcəyini sübut 
etmişdir.  Belə  fəaliyyətin  həyata  keçirilməsi  formalarının  inkişafı  nəticəsində 
«sərbəst zona» anlayışı meydana gəlmişdir. Dolayısı ilə ölkə sərhədləri daxihndə, 
idxal edilən məhsullara qısa və ya uzun vaxt ərzi
n
də anbar xidmətləri göstərilməsi, 
hətta  gömrükdən  keçmədən  istifadə  edilə  biləcəyi  zonaların  yaradılmasının  çox 
faydalı  olacağı  və  bununla  beynəlxalq  ticarəti  asanlaşdıraraq  inkişaf  etdirəcəyi 
tezisi azad iqtisadi zonaların iqtisadi mahiyyətini müəyyən etmişdir. Nəticədə azad 
zonalar ilk dəfə, xaricdən ölkəyə gələn malların boşaldılması, başqa ölkələrə, ya da 
ixrac olunmuş ölkəyə təkrar göndəriləcəyi, gömrük rəsmiləşdiril- məsində tam və 
ya  qismən  azad  bir  liman  olaraq  meydana  gəlmişdir.  Beləcə  Avropanın  bütün 
böyük  ticarət  mərkəzlərində  «Gömrük  an-  trepoları»  kimi  idxal  edilən  malların 
gömrük  vergisi  ödəmədən  anbarlara  yığılması  və  gömrük  müdaxiləsi  ohnadan 
istifadə edilə biləcəyi yerlər yaranmağa başlarmşdır. 
Sonrakı  illərdə  beynəlxalq  əmək  bölgüsü  inkişaf  etdikcə  iqtisadi  zonalar  digər 
başqa funksiyaları da yerinə yetirməyə başlarmşdır. Sə naye yönlü azad zonaların 
yaranması AİZ-lərin inkişafının ən son naiüyyətlərindəndir. 


  
Azad  iqtisadi  zonaların  funksiyaları  və  özünə  xas  xüsusiyyətlərini  nəzərə 
alaraq  müxtəlif  izahlar  vermək  olar.  Bir  çox  a
liml
ərin  fikrincə,  «Azad  iqtisadi 
zona»lar  bir  ölkənin  milli  sərhədləri  daxilində  yaradılan,  lakin  onun  gömrük 
sərhədləri xaricində olan, ölkədə həyata keçirilən xarici ticarət və digər maliyyə və 
iqtisadi 
tədbirlərin 
dövlət  tənzimlənməsinin  tamamilə  və  ya  qismən 
məhdudlaşdırıldığı ərazi hissəsidir. 
Bir  sıra  hallarda  azad  iqtisadi  zonalar  geniş  idxal-ixrac  imkanlarına  malik 
olan  bir  firmamn  dünya  bazarlarında  kəskin  rəqabətə  qoşulmasına  imkan  verən 
texnoloji park və nəqliyyat-yükləmə mərkəzi olaraq qəbul edi
li
r. 
Başqa  formada  azad  iqtisadi  zonalar  «bir  beynəlxalq 
lim
an  və  ya  aeroport 
yaxmhğmda qurulan, ölkənin gömrük məntəqəsindən özünəməxsus xüsusiyyətlərlə 
ayrılmış,  ərazisi  daxihnə  idxal  edilmiş  gömrüksüz  olaraq  gətirilən,  saxlanılan, 
müxtəlif  məqsədlərə  istifadə  olunan,  istehsal  məqsədi  ilə  yarımfarikat  kimi 
istifadəsi və malların beynəlxalq gömrük məntəqəsinə keçmədiyi təqdirdə gömrük 
vergisindən  azad  olan,  digər  vergi  və  başqa  maneələrin  ən  aşağı  səviyyəyə 
endirildiyi gəhrli məntəqələr» kimi qəbul edilir. 
«Azad  iqtisadi  zona  yerli  (milli)  və  xarici  sahibkarların  güzəştli  iqtisadi 
şərtlərlə təsərrüfat fəaliyyəti nəzərdə tutulmuş məhdud ərazi hissəsinə deyihr». 
Azad  iqtisadi  zona  anlayışlarına  ədəbiyyatda  başqa  izahlar  da  verilir.  Lakin 
mahiyyətinə görə və əsas etibarilə yuxarıdakılar daha çox qəbul edilən və istifadə 
olunandırlar. 
AİZ-ə bu qədər müxtəhf izahlar verilməsinin özü hələ də onun mahiyyətinin 
tamamilə  açıhnarmş  olduğunu  göstərir.  Eyni  zamanda,  AİZ-lərə  tərif  verərkən 
nədənsə  hə
min
  ərazinin  nəqliyyatın  inkişafı  cəhətdən  mütləq  əlverişli  mövqedə 
yerləşməsi nəzərə alınır. Bununla yanaşı həmin təriflərin hamısında xarici və milli 
sahibkarlara təsərrüfat fəaliyyətində müəyyən güzəştlər edilməsi ön plana çəkilir. 
Azad  iqtisadi  zonaların  mahiyyəti,  yaranması,formalaşması  və  inkişafı 
prosesini  təhlil  etdikdə  onları  şərtləndirən  əsas  amilləri  aşkar  etmək  olar.  Bu 
amillər aşağıdakılardan ibarətdir: 
Azad  iqtisadi  zona  sərhədləndirilmiş  bir  yerdir,  mütləq  sərhədləri  çərçivəsində, 
ərazisində  olduğu  ölkənin  fiziki  olaraq  təcrid  edilən  bir  hissəsidir.  Qeyd  olunan 
hissə  şəhərin  bir  hissəsini  və  ya  hava,  dəniz  limanının  bir  hissəsini  və  ya 
bütövlükdə göstərilən sahə bri tam əhatə edir və yaxud da bir liman və ya tranzit 
yolları yaxınlığında yerləşir. 
a) 
Azad  iqtisadi  zonalar  ölkənin  xarici  ticarət  həcmini  artırmaq;  idxalı 
asanlaşdırmaq;  ixracı  və  valyuta  gəlirlərini  artırmaq;  işsizliyi  azaltmaq;  xarici 
sərmayəni  ölkəyə  cəlb  edərək  texnoloji  avadanhqları  yeniləşdirmək;  sənayenin 
inkişafını sürətləndirmək və s. məqsədlərlə yaradılır. 
b) 
Azad iqtisadi zonalar siyasi baxımdan ərazisində olduğu ölkənin sərhədləri 
daxilində,  lakin  gömrük  sərhədlərinin  xaricində  qəbul  edilir.  Bu  baxımdan  xarici 
ticarət  və  gömrük  təlimatları  qismən  və  ya  bütövlükdə  istifadə  olunmur.  Azad 
iqtisadi  zonaya  xarici  dövlətlərdən  gətirilən  mallar  idxal,  gömrük  vergiləri  və 
rüsumlarından, çıxarılan mallar isə ixrac, gömrük, vergi və rüsumlardan azaddırlar. 
Bu zonaların yerləşdiyi ölkələrin özlərinə azad iqtisadi zonadan daxil olan mallar 
ölkənin  idxal,  çıxarılan  mallar  isə  ixracı  qəbul  edildiyindən,  xarici  ticarət  və 
gömrük təlimatlarına tabe olurlar. 


  
ç)  Azad  iqtisadi  zonalar  müvafiq  qanunla  yaradılan  idarəetmə  strukturları, 
digər rəsmi təşkilatlar və idarələr tərəfindən idarə olunurlar. 
c) 
Azad  iqtisadi  zonalar  yaradılmamn  ilkin  mərhələsində  aşağıdakı 
fəaliyyətlərdən  biri  və  ya  bir  neçəsini  yerinə  yetirə  bilərlər:  yükləmə;  boşaltma; 
anbarlama;  təmizləmə;  montaj;  üzləmə;  idxal;  sənaye  fəaliyyətləri  və  digər 
xidmətlər; 
d) 
Azad  iqtisadi  zonalarda  bütün  fəaliyyətlər  konvertləşən  dönərliyi  olan 
valyuta ilə aparılır; 
ə) Azad iqtisadi zonalar haqqında qanun çərçivəsində yerli və xarici fiziki və 
hüquqi şəxslər hər cür fəaliyyətlə məşğul ola bilərlər
e) 
Azad  iqtisadi  zona  ilə  siyasi  sərhədləri  daxilində  yerləşdiyi  ölkə  arasında 
görülə biləcək qanunsuz işlərin (məsələn, qaçaqmalçılıq) qarşısım almaq məqsədi 
ilə  azad  iqtisadi  zonaların sərhədləri  tikilərək və  ya  çəpərlənərək  hüquq  mühafizə 
orqanlarının  nəzarəti  altına  alınır.  Ümumiyyətlə,  ölkənin  gömrük  təşkilatı  bu 
zonaları dolayı və ya birbaşa nəzarət altında saxlayır. 
Azad iqtisadi zonalar təsərrüfat fəahyyətində sərbəstliyin dərəcəsinə görə iki 
yerə bölünür: 
1. 
Açıq azad iqtisadi zonalar; 
2. 
Qapalı azad iqtisadi zonalar. 
Açıq  azad  iqtisadi  zonalarda  hər  cür  iqtisadi  fəaliyyətlərin  həyata 
keçirilməsinə  icazə  verilir.  Belə  zonalarda  mənsub  olduğu  ölkə
nin 
qanun  və 
təlimatları
nın
 heç biri tətbiq edilmir. 
Qapalı  azad  iqtisadi  zonalarda  isə  iqtisadi  əhəmiyyətli  bəzi  fəaliyyət 
növlərinin  reallaşmasına  icazə  verilir.  Bu  zonalarda  beynəlxalq  qanun  və 
təlimatlarla  yanaşı,  mənsub  olduğu  ölkəyə  aid  qanun  və  təlimatların  bir  qismi  də 
tətbiq edilir. Azad iqtisadi zonada həyata keçirilən fəaliyyət növləri həm də ölkənin 
qanun  və  təli
m
atlarına  tabeçilik  baxımından  seçilən  bu  cür  zonalar  qapah  azad 
iqtisadi zonalardır. 
Azad  iqtisadi  zona  formalarını  bir-birindən  iki  meyara  görə  fərqləndirmək 
mümkündür. 
Birinci  meyar  azad  iqtisadi  zonalarda  həyata  keçirilən  fəa-  hyyətin  növü  ilə 
bağlıdır.  Azad  iqtisadi  zona
n
ı
n
  fəaliyyəti  sadəcə  ticarət  və  ya  birgə  ticarət  və 
sənaye  fəaliyyəti  də  ola  bilər.  AİZ-lər  1960-cı  illərin  ortasından  etibarən 
gömrüksüz  idxalat,  saxlama, 
ma
lların  müxtəlif  istehsal  proseslərində  olması  və 
yenidən  ixrac  edilməsi 
kimi 
fəaliyyətlər  göstərən  zonalardan,  daha  çox  ticarət  və 
sənaye  fəaliyyətlərinin  üstünlük  təşkil  etdiyi  zonalaradək  genişmiqyaslı  bir  yol 
keçmişdir. 
İnkişaf  etmiş  ölkələrdə  azad  iqtisadi  zonaların  çoxu  ilkin  olaraq  ticarətə 
üstünlük  vermişdir.  İnkişaf  etməkdə  olan  ölkələrdə  isə  sənaye  məqsədli  AİZ-lərə 
meyil getdikcə artmaqdadır. 
İkinci  meyara  zonanın  fəaliyyətlərinin  daxili  bazara  və  ya  ixracata  meyilli 
olduğunu müəyyənləşdirilməsinə əsaslanır. 
AİZ-ləri yuxarıda göstərilənmeyar əsaslanaraq iki əsas qrupa bölmək olar: 
1. 
Azad iqtisadi zonaları; 
2. 
Azad istehsal zonaları. 
Sürətlə artmaqda olan digər xüsusiyyətləri də nəzərə alınmaqla aşağıdakı yeni 
qrupları da göstərmək olar: 


  
3. 
Azad banklar zonası; 
4. 
Sığortaçılıq zonası; 
5. 
Gömrüksüz satış mağazaları; 
6. 
Azad hava limanları. 

Yüklə 1,72 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin