Faylın əsas xarakteristikaları
Fayllarda işləyərkən aşağıdakı suallara cavab vermək tələb olunur
1. Faylın identifikasiyası ( təyini).
2. Yazıların bloklaşdırılması və tipləri .
3. Fayla müraciət üsulu.
4. Faylın təşkil üsulu.
Faylların identifikasiyası.
Faylların identifikasiyası dedikdə aşağıdakılar nərəzdə tutur :
1.Faylın adı - faylın tam adı - xüsusi addan (istifadəçinin verdiyi addan) və faylın tipindən ibarət olur. DOS əməliyyat sistemində yalnız faylın adı üçün 11 simvolluq yer ayrılır. Onun 8 – i xüsusi ada, qalan 3-ü faylın genişlənməsi üçün ayrılır. Tipə başqa sözlə faylın genişlənməsi də deyilir.
Faylın tipi. Faylın tipi onun daxilindəki verilənlərin tipi ilə təyin olunur. Əməliyyat sistemində faylın adının göstərilməsi olduqca vacib hesab olunur. Elə fayl tipləri mövcuddur ki, onlar dəyişilməzdirlər.
txt-mətn faylı;
exe-istifadəçinin proqramı;
pas-Pascal dilində yazılmış ilkin proqram;
com-işçi sistem proqramı;
bat-tərcümə olunmuş, lakin redaktə olunmamış proqram;
dat-verilənlər faylı
lpt-çap faylı;
2.Faylın ölçüsü – informasiya vahidi ilə byte-larla göstərilir.
3.Faylın sonuncu versiyasının formalaşdırıldığı tarix – saniyəyə qədər dəqiqliklə göstərilir.
4.Faylın atributları – aşağıda göstərilən atributlar mövcuddur:
- Sistem həmin fayl əməliyyat sisteminin proqramı olduğunu faylı göstərir.
- Gizli fayl həmin fayl haqqında informasiya almaq mümkün olmadığını göstərir.
- Arxiv.
- Yalnız oxumaq üçün.
- Faylın birinci klasterinin nömrəsi.
Yazı tipi. Yazının üç tipi mövcuddur :
F- (fixed), sabit uzunluqlu yazı. VBİS və ƏS – də ancaq bu tip yazılar dəstəklənir.
U –( undefined), qeyri - müəyyən uzunluqlu yazı tipi.
V- (variable), dəyişən uzunluqlu yazılar.
Bloklaşdırma.
Məlum olduğu kimi faylların emalı əməli yaddaşda həyata keçirilir. Odur ki, xarici yaddaşda saxlanan fayl da emal etmək üçün əməli yaddaşa yüklənməlidir.
Fayla yazılar toplusu kimi baxılarsa əməli yaddaşla xarici yaddaş arasında informasiya mübadiləsi fiziki yazılarla aparılacaq. Maqnit diskə müraciət sayını azaltmaq üçün fiziki yazının ölçüsünü artırmaq məqsədəuyğundur. Bunun üçün bir neçə məntiqi yazını blok şəklində birləşdirmək lazımdır. Termin olaraq bloklaşdırma adlanır. Yalnız müasir əməliyyat sistemlərində bloklaşdırma dəstəklənir.
Dostları ilə paylaş: |