Seçmə üsulu ilə çeşidləmə Bu üsul çeşidləmənin ən sadə üsulu hesab olunur. Bu üsulda yazıların içərisində açarın qiyməti ən kiçik olanı tapılır. Həmin yazı tapılandan sonra o cədvəlin 1-ci yazısının yeri ilə dəyişdirilir ( hamin yazı 1-ci yazının yerinə, 1- ci yazı isə həmin yazının yerinə köçürülür ). Sonra 2-ci elementdən başlayaraq açarının qiyməti ən kiçik olan yazı tapılır və cədvəldə 2-ci yazının yerinə köçürülür. Bu proses bütün yazıların nizamlanması başa çatanadək davam etdirilir.
Seçmə üsulunun alqoritmi ( Selection alqoritmi ) Fərz edək ki, R1,R2,Rn elementlərindən (yazılardan) ibarət olan cədvəl verilib. Cədvəlin elementlərini açarların (Ki) qiymətlərinin artan ardıcıllığı ilə, yəni K12<….n şərtini nizamlamaq tələb olunur.
Xarici dövrün və onun indeksinin təşkili.
i=1,2,....., 1 üçün 2-4 mərhələlərini təkrar etməli.
Daxili dövr üçün indeksin təyini.
r:=i
Minimal açarın seçilməsi.
J=i+1, i+2 , … , n qiymətləri üçün.
Əgər Kj2 olarsa r:=j qəbul etməli.
Yazıların yerlərinin dəyişdirilməsi.
Əgər r=j onda L:=R; R:=R; R:=L
[ Son ] Alqoritmi qurtarmalı.
Burada L-uzunluğu bir yazı uzunluğuna bərabər işçi sahəsidir.
Daxili dövrdə minimal açar tapılır və yazıların yerləri dəyişdirilir. Xarici dövrdə isə daxili dövr üçün indeksin qiyməti təyin edilir. Bu indeksin hər bir qiyməti üçün daxili dövrün təkrarlanmalarının sayı ( n-i ) –yə bərabərdir.
Beləliklə alqoritmdə yerinə yetirilən ümumi müqayisələrin sayı