Yerinə salmaqla çeşidləmə
Sadə çeşidləmə üsullarından biri də əvvəlcədən nizamlanmış şərti ardıcıllıqda sonradan baxılan yazını açarın qiymətinə görə uyğun yerə salmaqla çeşidləmədir.
Fərz edək ki, Rj,.....,Rj-1 yazıları nizamlıdırlar. Baxılan Rj yazısı açarın qiymətinə görə bu yazıların arasında uyğun yerə salınır. Kj açarını növbə ilə Kj-1, Kj-2,...., açarları ilə müqayisə edib, Rj yazısının Ri və Ri+1 yazıları arasına salınmasını təyin etdikdən sonra Ri+1,......,Rj-1 yazılarını bir mövqe qədər yuxarı sürüşdürüb, yeni yazını i+1 mövqeyində yerləşdiririk. Bu əməliyyat cədvəlin bütün yazıları baxılanadək davam etdirilir.
Dostları ilə paylaş: |