Mühazirə Bilik anlayışı. Biliklərin təsvir və təqdim üsulları


Süni intellektin tədqiqat və tətbiq oblastları



Yüklə 1,02 Mb.
səhifə22/52
tarix21.09.2022
ölçüsü1,02 Mb.
#63916
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   ...   52
C fakepathMühazir Bilik müh ndisliyi (1)

Süni intellektin tədqiqat və tətbiq oblastları
Süni intellektin aşağıdakı əsas tədqiqat oblastları mövcuddur:
I. Teoremlərin isbatı.
II. Oyunlar.
IV. Qərarların qəbulu.
V. Adaptiv proqramlaşdırma.
VI. Maşın musiqisinin bəstələnməsi.
VII. Verilənlərin təbii dildə emalı.
VIII. Öyrədilən neyron şəbəkələri.

Mühazirə 6
Ekspert sistemləri.
Süni intellekt sistemlərinin növlərindən biri ekspert sistemləridir. Adətən “ekspert” sözü müəyyən sahədə böyük biliklərə və təcrübəyə malik olan insana aid edilir. Kompüterli ekspert sistemlərinə bu səviyyəli biliklər yerləşdirilirlər.
Hər hansı elmi, texniki, tibbi və s. sahələr üzrə yüksək səviyyəli ixtısas sahiblərinin bilik və bacarıqlarına əsaslanaraq qurulan süni intellekt sistemləri ekspert sistemlər adlandırılırlar. Ekspert sistemləri süni intellekt sistemlərinin digər növlərinə nisbətən daha geniş yayılmış və daha genış tətbiq sahəsinə malikdirlər. Hərbi, geoloji, mühəndis işləri, informatika, kosmik texnika, riyaziyyat, tibb, metrologiya, sənaye, kənd təsərrüfatı, idarəetmə, fizika, kimya, elektrotexnika, hüquqi idarəetmə və s. sahələrdə bugünkü tələblərə cavab verən mükəmməl ekspert sistemləri mövcuddurlar.
Ekspert sistemləri – konkret sahənin mütəxəssislərinin biliklərinin məcmusu əsasında yaradılan və nisbətən aşağı təcrübəli istifadəçilər üçün nəzərdə tutulan mürəkkəb proqramlar toplusudur.
Ekspert sistemi (ES) dedikdə hər hansı bir dar ixtisaslaşdırılmış predmet oblastı barəsində mütəxəssislərin (ekspertlərin) biliklərindən istifadə edən və bu oblast hüdüdlarında ekspert-peşəkar səviyyəsində qərar qəbul etməyə qadir olan proqram başa düşülür.
Baha başa gələn və ya nadir hallarda rast gəlinən insan biliklərinin surətini çıxara bilən sistemlərin faydalılığının dərk edilməsi bu texnologiyanın keçən əsrin 80-90-cı illərində geniş tətbiqinə və inkişafına gətirdi. ES -nin müvəffəqiyyətinin əsasını onun iki mühüm xüsusiyyəti təşkil edirdi:

  • ES-də biliklər verilənlərdən ayrılmışlar və ekspert sisteminin gücü ilk növbədə biliklər bazasının gücü ilə və yalnız ikinci növbədə məsələlərin həllinin istifadə olunan metodları ilə əlaqədardır;

  • ES-də həll olunan məsələlər formallaşdırılmamış və ya zəif formallaşdırılmış məsələlərdirlər və müəyyən predmet oblastında ekspertin evristik, eksperimental, subyektiv biliklərindən istifadə edirlər.

ES-də həll edilən məsələlərin əsas kateqoriyaları aşağıdakılardır: diaqnostika, idarəetmə (o cümlədən texnoloji proseslərin), interpretasiya, proqnozlaşdırma, layihələndirmə, planlaşdırma, müşahidə (monitorinq) və öyrədilmə.
Ekspert sisteminin ümumiləşdirilmiş sxemi şək.5.1–də verilmişdir.
ES-nin əsasını məntiqi çıxarış altsistemi təşkil edir. Bu altsistem biliklər bazasında (BB) olan informasiyadan istifadə edir, axtarılan məsələnin həlli üzrə tövsiyyələri generasiya edir. Əksər hallarda ES-ə biliklərin təqdimatı üçün produksiyalar sistemlərindən və semantik şəbəkələrdən istifadə edilirlər. Fərz edək ki, BB faktlardan və qaydalardan ibarətdir: əgər onda . Əgər ES müəyyən edir ki, göndəriş doğrudur, o zaman həmin məsləhət üçün qayda uyğun hesab olunur və o fəaliyyətə buraxılır. Qaydanın işə buraxılması həmin qaydanın məsləhət prosesinin tərkib hissəsi kimi qəbulu barəsində qərarı göstərir.
İstənilən ES-nin mütləq hissəsi həmçinin biliklərin əldə edilməsi modulu və əks olunan həllərin (nəticələrin) izahı moduludur. Əksər hallarda real ES-lər sənaye sınaqları, həmçinin verilənlər bazası (VB) əsasında işləyirlər. Yalnız biliklərlə və VB-dən informasiyanın böyük həcmləri ilə eyni vaxtda iş oxşar olmayan nəticələrin alınmasına imkan verir, misal üçün, mürəkkəb diaqnoz qoymaq (tibbi və ya texniki), faydalı qazıntı yataqlarını açmaq, real zamanda nüvə reaktorunu idarə etmək.

ES-nin yaradılmasında instrumental vasitələr mühüm rol oynayırlar. ES-nin yaradılması üçün instrumental vasitələr arasında LİSP və PROLOQ kimi proqramlaşdırma dilləri, həmçinin işləyənin -biliklər üzrə mühəndisin ixtiyarına verilən biliklərin təqdimi sistemlərinin, proqramlaşdırma dillərinin, obyektlərin və prosedurların kombinə edilməsi üçün geniş yığımını təqdim edən KEE, CENTAUR, G2и GDA, CLIPS, АТТЕХNOLOGIYALARI örtükləri-ekspert sistemləri daha populyardılar.
Ekspert sistemlərin əsas üstünlüyü bilik və məlumatların yığılması və uzun müddət saxlanılmasıdır. İnsandan fərqli olaraq ekspert sistemləri istənilən informasiyaya obyektiv yanaşırlar ki, bu da aparılan təcrübənin keyfiyyətini artırır.
Böyük həcmli biliklərin emalını tələb edən məsələlərin həllində səhvlərin baş vermə ehtimalı çox aşağıdır.
Ekspert sistemləri biliklər bazasından (faktlar saxlanılan sistem hissələrindən), çıxış altsistemindən (məsələlərin həll olunması üçün istifadə olunan qaydalar məcmusu), izahat altsistemi, biliklərin mənimsənilməsi altsistemindən və dialoq prosessorundan ibarətdir. Çıxış altsistemini yaradarkən süni intellekt məsələlərinin həll metodlarından da istifadə olunur.
Ümumilikdə ekspert sistemlərinin işləmə prosesini belə təsvir etmək olar: lazımi informasiyanı almağı arzulayan istifadəçi ekspert sisteminə istifadəçi intefeysi vasitəsilə sorğu göndərir; həlledici, biliklər bazasından istifadə edərək müvafiq tövsiyəni hazırlayır və izahat altsisteminin köməyi ilə öz fikirlərinin gedişini istifadəçiyə çatdırır.
Ekspert sistemlərinin yaradılmasında bir çox əngəllər meydana çıxır. Bu, ilk öncə onunla bağlıdır ki, sifarişçi hazırlanan sistemə öz tələblərini həmişə dəqiq olaraq ifadə edə bilmir. Bundan əlavə psixoloji bir çətinlik də var ki, bu da mütəxəssislərin sistemin məlumat bazalarını yaradarkən maşının onları “əvəz” etməsindən qorxaraq öz biliklərini maşına bilərəkdən az ötürürlər. Lakin bu qorxunun heç bir əsası yoxdur, çünki ekspert sistemləri öyrənmək qabiliyyətinə malik deyillər, onların ağlı və intuisiyası yoxdur. Hal-hazırda isə yuxarıda bəhs etdiyimiz kimi, ekspert sistemlərinin özü-özünə öyrənmə qabiliyyətini kəşf etmək üçün təcrübələr və işlər aparılır. Həmçinin ekspert sistemləri böyük sahələrdə və ekspert olmayan sahələrdə tətbiq olunmurlar.


Yüklə 1,02 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin