Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə18/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   ...   90
60 saatlıq mühazirələr 2021-2022

4) Xürrəmilər hərəkatı. Babək. Ərəblərə qarşı üsyanların səbəbləri: 1) Ərəb mənşəli əhalinin Azərbaycana köçürülməsi, 2) Xilafətin vergi siyasəti və məmurların özbaşınalığı 3) Yerli feodalların mülklərinin və imtiyazlarının məhdudlaşdırılması onların da ərəblərdən üz döndərməsinə səbəb oldu. Məzdəkilərdən fərqli  olaraq xürrəmilər milli əsarətə qarşı çıxaraq Azərbaycanın istiqlaliyyətini bərpa etmək istəyirdilər. Bu hərəkatın nümayəndələri tarixdə ilk dəfə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar geymişlər. Ziya Bünyadovun fikrincə xürrəm sözünün mənası haqqında 3 əsas versiya vardır: 1) Xürrəm- "şad", "xürrəm, "əyyaş, "sərxoş", "kefli" və s. 2) Xürrəm- Ərdəbil yaxınlığında yer adı. 3) Xürrəm- Məzdəkin(481-529) arvadı Xürrəmin adı ilə. Son tədqiqatlar “Avesta”dakı xürrə (“xvaranah” və ya xvarena”) termininə istinadən bu sözün “ilahi işiq, mənəvi işiq” anlamını açıqlayırlar. Xürrəmilər “hülul” (tanrının insanda təcəssüm etməsi) tənasüx (ruhun ölməyib bir bədəndən başqasına keçməsi ) təlimlərindən çıxış edirlər. Xürrəmilər hərəkatını şərti olaraq 3  mərhələyə ayırmaq olar: 1-ci mərhələ xürrəmilərəqədərki dövrü, 2-ci mərhələ isə  Babəkəqədərki dövrü əhatə edir. 3-cu mərhələ isə Babəkin xürrəmilər hərəkatına başçılıq etdiyi dövrdür. 1-ci mərhələdə  Azərbaycanın bir sıra bölgələrində Xilafətə qarşı üsyanlar geniş vüsət alır. 748-752-ci illərdə Beyləqan, Bərdə Ərdəbildə baş verən üsyanlar, xüsusilə Beyləqanda Müsafirin başçılıq etdiyi bu üsyanı ərəblər çox çətinliklə yatıra bilirlər.  VIII əsrin ikinci yarısında Beyləqan, Bərdə, Şirvan və Dərbənddə  başlanan üsyanlar Xilafətə güclü zərbə endirdi. Üsyanlar məğlub olsa da, nəticəsiz qalmır və xürrəmilər hərəkatını yetişdirir. 778-ci ildə xürrəmilərin ilk üsyanından 30 il sonra, yəni 808-ci ildə iştirakçılarının sayı 100 minə çatmış 2-ci bir üsyan olur. Xəlifənin göndərdiyi güclü qoşun bu üsyanı çox çətinliklə yatırmağa müvəffəq olur. Üsyan iştirakçılarına amansız divan tutulsa da, xürrəmilərin mübarizə əzmini qırmaq mümkün olmur. Hərəkatın bu dövründə xürrəmilərə başçılıq edən Cavidanla Əbu İmran arasındakı kəskin mübarizə, ümumi düşmənə qarşı yox, bir-birlərinə yönələn nifrət onun gücünü azaldır, ərəb ağalığına şərait yaradır. 816-cı ildən etibarən xürrəmilərin başçısı Babək (798-838) olmuşdur. Müaviyə, Abdulla (hər ikisi Babəkin qardaşları idilər), Tarxan, Adin və b. xürrəmi dəstələrinə başçılıq edirdilər. 819-cu ildə xəlifənin xürrəmilərə qarşı göndərdiyi ilk nizami ordusunu məğlubiyyətə uğratdılar. Bu qələbədən sonra xürrəmilər Xilafətin bir neçə nizami ordusunu darmadağın etdilər. 829-cu ildə 1-ci Həşdadsər savaşında ərəblərlə düşmənin məqsədi Bəzz qalasını ələ keçirmək idi. Lakin Babəkin hərbi səriştəsi nəticəsində ərəb ordusu məğlub edildi. 830-cu ildə xürrəmilər Həmədan (1-ci Həmədan döyüşü) şəhərini tutdular. Həmədan ərəblər üçün strateji əhəmiyyət kəsb etdiyindən onların vəziyyəti daha da ağırlaşdı. 833-cü il 2-ci Həmədan döyüşündə Babəkin qoşunları ilk dəfə ağır məğlubiyyətə uğradı. Həmədan itirildi. Xürrəmilərlə vuruşacaq ərəb qoşunlarına 835-ci ildə baş komandan təyin edilmiş Afşin Heydər ibn Kavus sistemli şəkildə hərəkət etməyə başladı. O, xürrəmilərin dağıtdığı qalaları bərpa edir, nizam-intizamı gücləndirir, Babəkin bəzi yaxın silahdaşlarını sui-qəsd yolu ilə aradan götürtdürürdü. Bir çox müttəfiqləri də Babəkdən uzaqlaşmağa başlamışdı. Afşin bir sıra tədbirlər gördü. O öz iqamətgahını üsyançıların mərkəzinə yaxın olan Bərzəndə köçürdü. Bərzəndlə Ərdəbil arasında yollar və qalalar bərpa edildi. Xürrəmi dəstələri arasına kəşfiyyatçılar göndərildi. Buna baxmayaraq Afşinin əmrindən çıxıb, Babəkə qarşı 836-cı ildə döyüşə girən türk sərkərdəsi Buğa Həşdadsər (2-ci Həşdadsər döyüşü) dağı yaxınlığında ağır məğlubiyyətə uğradı. Buğa qaçmaqla canını qurtara bildi. Xürrəmilər bütün ərəb ordugahını, pul və silahları ələ keçirdilər. Lakin 837-ci il avqustun 26-da Bəzz yaxınlığında döyüş oldu və bu, orta əsrlər tarixinin ən qanlı savaşlarından birinə çevrildi. Bu savaşda ərəblər 100 min, xürrəmilər isə 80 min nəfər döyüşçü itirdilər. Çətinliklə də olsa, ərəblər qalanı tuta bildilər və 8 min nəfərə qədər mühafizəçini əsir götürdülər. Babəkin ailə üzvləri və yaxın qohumları da əsirlər arasında olmuşdur. Babək Şəki qalasının sahibi keçmiş tərəfdarı, alban knyazı Səhl ibn Sumbat tərəfindən xaincəsinə ələ keçirilərək ərəblərə təhvil verildi. Mötəsim Babəki diri tutub gətirənə 2 milyon dirhəm, onun başını kəsib gətirənə bir milyon dirhəm təyin etdiyinə görə, Səhl ibn Sumbata 2 milyon dirhəm gətirdilərona icazə verdilər vilayətində hakimləri özü təyin etsin”. 838-ci il 14 martda Samirə şəhərində xəlifə Mötəsimin əmri ilə Babək edam edilmişdi. Babəkin başçılığı ilə Xilafətə qarşı aparılmış azadlıq müharibəsi tariximizin ən parlaq səhifələrindən biridir. Babək üç qitədə yerləşən və dünyanın ən güclü dövləti olan Xilafətlə 20 illik savaşda düşmənin 225 mindən çox əsgərini və çoxlu ərəb sərkərdəsini məhv etmişdi. Bu itkilər Xilafəti dərindən sarsıdaraq zəiflətmişdi. Babəkin apardığı savaş IX əsrin II yarısında Azərbaycan torpaqlarının Xilafətin əsarətindən qurtulması üçün bir zəmin hazırlamış və siyasi oyanışımıza təkan vermişdi.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin