Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə26/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   90
60 saatlıq mühazirələr 2021-2022

8) İntibah mədəniyyəti: IX əsrin ortalarından başlayaraq Azərbaycan mədəniyyətinin tərəqqisi baş verdi. Buna görə də IX-XII əsrlər Azərbaycan İntibah mədəniyyəti dövrü adlanır. IX əsrin ortalarından etibarən müsəlman intibahı başlandı. İslam mədəniyyəti İslam dinini qəbul etmiş xalqların yaratdıqları ortaq mədəniyyəti hesab olunur. Bəhs edilən dövrdə Azərbaycan müsəlman intibah – mədəni oyanışın mərkəzlərindən biri idi. Azərbaycan mütəfəkkirləri bu mədəniyyətin yaradılmasında fəal iştirak etmişdilər. XI əsrin ortalarından başlayaraq Azərbaycanda maddi və mənəvi mədəniyyətin oyanışına əlverişli şərait yaratmış amillər aşağıdakılar idi: 1. Ərəb xilafətinin tənəzzülü nəticəsində Azərbaycanda dövlət ənənələrinin dirçəlməsi. 2. Siyasi müstəqilliklə başlayan mədəni oyanışın baş verməsi. Ölkədə dünya elminin önündə gedən alimlər yetişdi. İntibah dövründə Azərbaycanda Məkki əl-Bərdəyi kimi alim, İbn Sinanın tələbəsi olmuş Bəhmənyar və dini görüşlərinə görə 32 yaşında ruhanilər tərəfindən qətlə yetirilmiş Eynəlqüzzat Miyanəçi kimi filosof yaşamışdır. Məşhur dilçi Xətib Təbrizi Suriyada təhsil almış, sonra Bağdadda məşhur Nizamiyyə mədrəsəsində 40 il dərs demişdir. O, bütün islam dünyasında ədəbiyyatşünaslıq və dilçilik sahəsində ensiklopedik biliyə malik ən görkəmli alimlərdən biri idi. Fazil Fəriddin Şirvani XII əsrin məşhur astronomu idi. XI-XII əsrlərdə memarlıq sahəsində də intibah baş verdi. Azərbaycan memarlığına İslam dini yeni üslub gətirdi – iri şəhərlərdə gözəl imarətlər, məscidlər, minarələr, türbələr, qalalar, bürclər ucaldıldı. XI əsrdə inşa olunan Azərbaycanın intibah mədəniyyətinə aid tarixi abidələri aşağıdakılardır: 1) Xudafərin körpüsü (1027), 2)Gəncə qala qapıları (1063). XII əsrdə inşa olunan Azərbaycanın intibah mədəniyyətinin memarlıq abidələri isə bunlardır: 1) Qız Qalası (Bakı) (memar Məsud Davudoğlu), 2) Mərdəkan dördkünc qalası (Bakı), 3) Gülüstan qalası (Şamaxı yaxınlığında), 4) Buğurd qalası (Şamaxı yaxınlığında, Ağsu çayı sahilində) Qeyd edilən memarlıq abidələri müdafiə tikililəri (qalaları) idi. Memar Əcəmi və ya Əcəmi ibn Əbubəkr Naxçıvani - Mənşəcə Azərbaycan türklərindən olan, XI-XII əsrlərdə indiki Azərbaycan ərazisində fəaliyyət göstərmiş və dünya şöhrəti qazanmış memar, Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi və bir çox memarlıq əsərlərinin müəllifidir. Əcəmi Əbubəkr yaşağığı Eldənizlər dövlətinin paytaxtı olan Naxçıvan şəhərində aşağıdakı nadir memarlıq abidələrini tikmişdir: Yusif İbn Küseyr türbəsi (1162), Möminə xatun türbəsi (1186), Cümə Məscidi (1187), Qoşaminarə (1187), Eldənizlər sarayı. XII əsr Naxçıvan memarlığı üslubunda Marağada Göy günbəz, Urmiyada Üç günbəz türbələri, Culfada sərdabələr ucaldılmışdı. XI−XII əsrlərdə ədəbiyyatda İntibah baş verdi. Bu dövr ədəbiyyatın ən yüksək zirvəsində Nizami Gəncəvinin (1141-1209) yaradıcılığı dururdu. Nizami Gəncəvi Gəncədə anadan olmuş, bütün həyatı boyunca orada yaşayıb-yaratmışdır. Şairin ölməz «Xəmsə»si xalqımıza dünya şöhrəti gətirdi. Nizaminin yaradıcılığı Qərbi Avropa intibahını yüzillərlə qabaqlamışdır. İntibah dövründə Əbül-Üla Gəncəvi, Mücirəddin Beyləqani, Fələki Şirvani, İzzəddin Şirvani, Qivami Gəncəvi, Qətran Təbrizi, Məhsəti Gəncəvi, Xaqani Şirvani və başqaları bu dövrün məşhur şairləri idi. İntibah dövrünün ən böyük və mühüm nailiyyəti türk dilinin bütün ölkə ərazisində vahid ünsiyyət vasitəsinə çevirilməsi idi.

Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin