Mühazirə mətnləri Ümumi: 30 Mühazirə mövzusu. Cəmi: 60 saat (30 saat mühazirə-30 saat seminar) Bakı-2021



Yüklə 315,92 Kb.
səhifə25/90
tarix02.01.2022
ölçüsü315,92 Kb.
#46223
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   90
60 saatlıq mühazirələr 2021-2022

7) Şirvanşahlar XI-XIV əsrlərdə: XI əsrin əvvəllərində Məzyədilər sülaləsini Kəsranilər (1027-1382) əvəz etdikdən sonra ölkənin idarəçiliyində o qədər də ciddi dəyişikliklər baş vermədi. Bu əsrdən etibarən Şirvanşahların ərazisi daha çox yadelli basqınlara və yürüşlərə məruz qalmağa başladı. 1030-cu ildə Şirvanşahlar dövləti dənizdən rusların hücumlarına məruz qaldı. I Mənuçöhr (1027-1034) onları Bakı yaxınlığında qarşıladı. Ruslarla vuruşmada çoxlu şirvanlı həlak oldu. Sonra ruslar Kürlə üzü yuxarı üzərək Araza çatdılar. Mənuçöhr rusların hərəkətini dayandırmağa çalışaraq Arazın qabağını bəndlə kəsib onların Arazla irəliləməsini dayandırdı. Şirvanşahlar dövləti XI əsrin II yarısından Səlcuqlara tabe olsa da, artıq XII əsrin əvvəllərində Şirvan hökmdarları II Məniçöhr (1096-1106)I Afridun (1106-1120) yenidən tarixi ərazilərini müstəqil idarə etməyə başladılar. Bu dövrdə Yaxın və Orta Şərqdə böyük gücə çevrilmiş Səlcuqlarla mübarizə aparmaq üçün gürcü hakimləri Şirvanşahlarla müttəfiq olmağa çalışırdılar. Gürcü çarı IV David bu niyyətini həyata keçirmək üçün həmçinin Bizans imperatoru Aleksey Komninqıpçaq türklərinin hökmdarı Atrak xan ilə ittifaqa girmiş, onun qızı ilə evlənmişdi. Türkləri bir-birinin əli ilə sıradan çıxarmaq kimi məkrli siyasət yeridən IV David şimaldan Gürcüstana 45 min qıpçaq ailəsi (225 min nəfər) köçürmüşdü. Onun qoşununun əsasını muzdla döyüşən qıpçaq türkləri təşkil edirdi. IV David 1111-ci ildə qızı Tamaranı Şirvanşah I Afridunun oğlu Mənuçöhrə ərə verərək, bu qohumluqdan Səlcuqlara qarşı mübarizədə istifadə etmək istəyirdi. Gürcülər Səlcuqlara qarşı Şirvanşahlardan istifadə etməklə Səlcuq türklərini Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırdı ki, gələcəkdə Azərbaycanın qərb torpaqlarını ələ keçirmək niyyətlərini həyata keçirəndə heç bir qüvvə onlara mane olmasın. Gürcülərin Azərbaycanın tarixi qərb torpaqlarını ələ keçirmək planlarına erməni feodalları da dəstək verirdi. XI əsrdə Avropada başlayan səlibçilərin yürüşü də gürcü və erməni feodallarını ümidləndirmişdi. Belə ki, Bizans Avropa qapılarını açaraq səlbçilərin Səlcuqlarla toqquşmasına nail olmuşdu. Lakin Səlcuq türklərinin yerli türklərlə qaynayıb-qarışması onların bu niyyətlərinin həyata keçməsinə mane oldu. Şirvanşah hökmdarı I Afridunun səlcuqlarla ittifaqını pozmamağını bəhanə edən Gürcü çarı IV David və oğlu Demetre 1117 və 1120-ci illərdə böyük ordu ilə Şirvan ərazilərinə basqın etdi və Qəbələni ələ keçirərək qədim Azərbaycan şəhərini qarətə məruz qoydu. Atasının ölümündən sonra III Mənuçöhr (1120-1160) həmin il taxta çıxdı. IV Davidin əsas məqsədləri: 1) Səlcuq dövlətinə vergi asılılığa son qoymaq; 2) səlcuqları Gürcüstandan qovmaq, 3) Tiflis ətrafı əraziləri idarə etmiş müsəlman əmirliyinə son qoymaq; 4) Şirvan və başqa Azərbaycan torpaqlarını işğal etmək. 1121-ci ildə Tiflisdən 40 km aralıda, Didqori adlı yerdə gürcülər, qıpçaq türkləri, osetinlər və Qərbi Avropa səlbçilərinin birləşmiş qüvvələri ilə həlledici döyüşdə Səlcuqlar məğlub oldu. Tiflis müsəlman əmirliyi 1122-ci ildə ləğv olundu və gürcülərin əlinə keçdi. XII əsrin 20-ci illərində Şirvan-Gürcüstan münasibətlərinin yaxınlaşmasına Şirvanşah III Məniçöhrün həyat yoldaşı Tamara ilə yanaşı Səlcuq türklərinin zəifləməsi də təsir göstərmişdi. Gürcülərlə həm qohumluq, həm də ittifaqa arxalanan III Məniçöhür 1222-cı ildən etibarən mövcud olan Səlcuq aslılığına son qoyaraq onlara illik bac ödəməkdən imtina etdi. Onun bu addımı İraq Səlcuq hökmdarı Sultan Mahmudun Şirvana yürüş etməsi ilə nəticələndi. 1123-cü ildə baş verən bu yürüş uğursuz oldu. III Mənuçöhrün Böyük Səlcuq imperatorluğu ilə münasibətləri pozması Azərbaycan üçün böyük təhlükə yaratdı. IV David Şirvanı ələ keçirmək üçün dağıdıcı yürüşlərə başladı və 1123-1124-cü illərdə Şamaxını, Gülüstan və Buğurd qalalarını ələ keçirdi. 1125-ci ildə IV Davidin ölümü ilə gürcü qarnizonları Şirvanı tərk etdilər. Bundan sonra III Mənuçöhr gürcülərlə münasibətləri qaydaya saldı, Şirvan özünün çiçəklənmə dövrünə qədəm qoydu və ölkədə genişmiqyaslı abadlıq işləri aparıldı. Bakının qala divarları inşa edildi. Demetrenin dövründə (1125-1156) gürcülərlə heç bir toqquşma baş vermədi. 1160-cı ildə III Mənuçöhrün ölümündən sonra onun oğulları arasında taxt-tac mübarizəsi başlandı. Eldənizlərin köməyi ilə hakimiyyətə gələn I Axsitan (1160-1196) Tamarın (ölümü 1161) Şirvanı Gürcüstana birləşdirmək cəhdinin qarşısını aldı. O, Səlcuq türkləri ilə dostluq münasibətlərini bərpa etdi. Gürcüstan çarlığı ilə dostluq münasibətləri davam etdirildi. 1173-cü ildə Şirvanşahın hərbi qüvvələri mərkəzi hakimiyyətə qarşı qiyamı yatırmaqda gürcü çarı III Georgiyə kömək etdi. 1175-ci ildə Şirvanşahlar dövləti slavyanların hücumuna məruz qaldı. Bu hücumun dəf edilməsində III Georginin gürcü qoşunları Şirvanşahlara yaxından kömək etdi. 1192-ci ildə baş vermiş güclü zəlzələ nəticəsində Şamaxı dağıldı. Bu hadisədən sonra paytaxt Bakıya köçürüldü. XIII əsrin 20-ci illərində Azərbaycan yeni istilaçıların - monqolların hücumuna məruz qaldı. 1221-ci ildə Təbriz, Sərab, Beyləqan, Gəncə və Tiflis şəhərlərinə hücum etdikdən sonra monqolların növbəti hədəfi Şirvan və onun mərkəzi Şamaxı şəhəri oldu. Monqollar Şamaxını tutub qarət etdikdən sonra Dərbənd keçidindən keçib Monqolustana qayıtmaq istədilər. Lakin Dərbənd son dərəcə möhkəmləndirildiyindən onlar buna müvəffəq ola bilmədilər. Bu zaman monqol sərkərdələri hiylə işlədərək Dərbəndin yanından keçən dağ yolunu tapıb Azərbaycanı tərk etdilər. 1225-ci ildə Xarəzmşah Cəlaləddin böyük ordu ilə Cənubi Qafqaza hücum etdi. Gürcülərin 70 minlik ordusunu darmadağın edərək ölkələrini qarət etdi. Sonra o, Azərbaycana daxil oldu və Gəncəni zəbt etdi. Hələ I Axsitanın dövründən Xarəzmşahların artmaqda olan qüdrətini görən Şirvanşahlar onlarla dostluq münasibətləri yaratmağa çalışırdılar. Cəlaləddinin Şirvana hücumunu bilən Şirvanşah I Güştasp (1204-1225) diplomatik addımlar atmağa başladı. Xarəzmşah Cəlaləddinin 1227-ci ildə Şirvana yürüşü zamanı Şirvanşah III Fəribürz (1225-1243) uğurlu diplomatik siyasəti ilə ölkəsinin müstəqilliyini qoruyub saxlaya bildi. 1231-ci ildə Azərbaycana II dəfə monqolların hücumu 1239-cu ildə Şirvanın işğalı başa çatdı. 1258-ci ildə yaranmış Hülakülər dövləti qısa müddət ərzində bütün Azərbaycanı tabe etdi. II Axsitan (1243-1260) da itaətkarlıq göstərməklə Şirvanı dağıntıdan xilas etdi. Hülakülərin vassalı kimi hakimiyyətlərini davam etdirən Şirvanşahlar öz adlarından pul kəsdirməkdə davam etsələr də, artıq təmtəraqlı titullarını göstərmir, öncə monqol xanının adını çəkirdilər. Şirvanşahlar Hülakü hökmdarlarının bütün səfərlərində nizami qoşun dəstələri ilə iştirak edirdilər. XIV əsrin 30-cu illərində Hülakülər dövlətinin zəifləməsindən istifadə edən Şirvanşahlar daxili müstəqilliklərini bərpa etdilər. 1345-ci ildə hakimiyyətə gələn Kavus ibn Keyqubad Hülakülərin süqut etməsindən sonra daha da fəallaşdı. Onun Təbriz üzərinə yürüşləri Cəlairi Şeyx Üveysin narahatlığına səbəb oldu. 1367-ci ildə Şirvana yürüş edən Şeyx Üveys Şirvanşahları özünə tabe etdi. Kavusdan sonra taxta çıxan Huşəng (1372-1382) dövləti möhkəmləndirmək üçün bir sıra addımlar atdı. Muğan ərazisi Şirvanşahlara tabe edildi. Lakin hakimiyyətinin sonlarında Huşəngin əhaliyə qarşı qəddar davranışı, xırda feodalların və kəndlilərin narazılığına səbəb oldu.


Yüklə 315,92 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin