7.6 Salnikli kipləşdirici (tıxanan)
… Salnikli kipləşdirmə əvvəllər əsas kipləşdirici kimi istifadə olunmuş,hazırda
məhdud yerlərdə istifadə edilir ( armatur,ventillərin kipləşdirilməsində),nisbətən
aşağı tempuraturda.Salnikli kipləşdiricilər,aşağı sürətli proseslərdə toksiki və
partlayıcı maddələr olmayan yerlərdə istifadə olunur.
Salniklər (5) yayla (sarmalla) və sıxılmı azotla kipləşdirilir.Belə salniklər yüksək
kipliyi təmin edir,lakin quruluşları olduqca mürəkkəbdir.
…Ona baxmayaraq elə yerlər-aparatlar var ki,orada kipliyi təmin etmək üçün, belə
növ salniklərdən istifadə olunur ….
7.7 Şalbanbaşı (tortsexoy) kipləşdirici
Universal və geniş yayılmış kipləşdiricilərdən biri şalbanbaşı kipləşdiriclərdir.Bu
növ kipləşdiricilər cüt fırlanma hərəkət olan yerlərdə istifadə olunur.Onlar
konstruksiyalarına görə müxtəlif olsalar da quruluş sxemi hamsında eynidir.
Burada materialin seçilməsi əhəmiyyət kəsb edir,xüsusilə sürtünən yerdə-
cütlərdə..Adətən üzüklərdən (həlqələrdən) biri nisbətən yumşaq materialdan
hazırlanır ( qrafit,plastik), digəri isə nisbətən bərk (polad,keramika və s.)
hazırlanır.Şalbanbaşı kipləşdirici bir və ikili (ikisinin birləşməsi formasında )
olur.İkili (ikiqat) kipləndiricidən xüsusi axan mühit üçün,məsələn boru
kompressorlarda (turbokompressor) istifadə olunur.Adətən ikiqat qruplaşmış
şalbanbaşı kipləşdiriciyə təzyiq altında sürgü mayesi verilir.Burada qarşısı alınan
mühitin təzyiqindən yuxarı olan təzyiqdə 50-200 KPa (0.5-2.0kq q/
𝑠𝑚
2
)
Bu tip kipləşdirmə kimya sənayesində bəzi üstünlüklərinə görə daha çox işlənir ;
-az axınla işləyir və dayanma vaxtı artmır;
geniş intervallarda qənaətbəxş işləyir (1.33 MPa-45 MPa,t C-200-450,cütlərdə
sürtünmə sürəti 100m/san)
-Valın diametric bir neçə mm-dən 1.5m-ə qədər olan yerlər üçün hazırlana bilər.
-az güc sərfi tələb edir ( digərlərindən 10-50% aşağı) və s.
Lakin onların hazırlanması baha başa gəlir,konstruksiyası
mürəkkəbdir,quraşdırma və təmiri mürəkkəbdir.Təhlükəsizliyi təmin etdiyinə görə
istifadə olunur…..
… Əlaqəsiz (toxunuşsuz) kipləşdirici….
…Mayeli kipləşdirici…..
…Kipləşdirilmiş sistemlər …
…Müxttəlif şəraitlər üçün kipləşdiricilərin seçilməsi ….
|