7.2 Aparat və boru kəmərlərinin tərpənməyən hissələrinin (birləşmələrinin) kipləşdirilməsi Sistemlərinkipliyini təmin etmənin səmərəli üsullarında biri birləşmələrin sayının
azaldılması (ümumi sayının) daha çox bütünlükdə çəkilmiş (hazırlanmış)
avadanlıqlardan istifadə etməkdir.Harada bunu etmək mümkün deyilsə kipliyin
qaynaqla,lehimləmə ilə, çekanlama,valslama,xüsusi sement və kipliklərdən istifadə
(kauçuk əsasında kipləşdirici) etməəklə təmin etmək olar.
Sökülən birləşmələri aralıq (altlıq-prokladka) qaynaqla təmin etmək olar.Aralıq
qoymadan da kipliyi təmin etmək olur.Bunun üçün toxunan səthlərdə deformasiya
edib bağlayan-kipliyi təmin etmək materialdan istifadə olunur.Məs,bağlayıcı
armaturların yəhərlərini şliflənmiş materialla kipləndirirlər.Bpru kımırkırində 30
MKa ( 300 kq q/
𝑠𝑚
2
) yəzyiq olan yerlərdə də kipliyi təmin etməkdə bu üsuldan
istifadə olunur.
Altlıqla kipləşdirən söküləbilən birləşmələrin əsası altlığın (materialın) plastic
deformasiyaya uğramasıdır.Kiplik dərəcəsi altlığın sıxılma dərəcəsindən asılıdır.
Avadanlıqların (maşınların) kipləşdirilməsində həlledici rol altlığın materialının
seçilməsi oynayır.Altlıqlar geniş çeşiddə olurlar.Metaldan (Cu,Pb,Al və s),qeyri
metaldan ( karbon,paranit,rezin,səri,asbest,plastol,ftorplast və s ) və armirli və s.
hazirlanır. Altlıq material tapılan və ucuz olmalıdır.İstismar zamanı altlıqları
vaxtlı-vaxtında dəyişmək lazımdır ki,avadanlıqlardan ətrafa qaz-buxar-maye
sızmasın.Bu həm texnoloji prosesin pozulmasına,həmdə iş yerlərinin zərərli
maddələrlə çirklənməsinə səbəb olur.Altlığın material öz fiziki xassəsini işçi
tempuratuda saxlamalıdır.
Sökülən birləşmələrdən geniş yayılanı və universialı fləks birləşməsidir.Fləksli
birləşmələr olan yerdə 2.5 MPa (25kq q/
𝑠𝑚
2
) təzyiqə qədər istifadə oluna
bilər.Fləks lənar xətli (konobkalı) olmalıdır.Daha yüksək təzyiqdə,eləcə də zəhərli
və yanğın təhükəli məhsullar olan yerdə dairəvi zolaqlı ( kənarxətli) fləkslərdən
istifadə olunur.
Kormusu silindr formal olan aparatlarda və yüksək yəzyiq olan harda xüsusi
sürgülü (zatvorlu) kipləndirmədən istifadə olunur.Onların konstruksiya çətinlik
apöaratın qapağına təzyiqin artmasıdır.Diametrə uyğun olaraq yızyiqin gücü
burada artır.
Ona görə də aparatlar imkan olan minimum diametrlə və hündürlüyün artırılması
ilə konstruksiya edilir.Ən çox yayılan aparatın diametrnin hündürlüyünə nisbəti
1/10-1/15 olan haldır.Yüksək təzyiq üçün sürgülərdə metal altlıqdan istifadə
olunmalıdır.
……….
şəkil
……..
Hərəkət edən hissələrin kipləşdirilməsi irəli və geriyə hərəkət edən və fırlanan
hissələrin kipləşdirilməsi üçün ( ştok və volların və s) müxtəlif kipləşdiricilərdən
və üsullardan istifadə olunur.Daha çox istifadə olunan kipləşdiricilərdən
aşağıdakılar qeyd etmək olar