Avadanlıq
Korroziyanın nüfuzu (mm/il)
Havaüfürücülər............................................................................................................
....................................0.05
İstənilən aparat və maşın
.................................................................................................................................0.
1
Leqirsiz qara metaldan maşın və
aparatlar.......................................................................................................0.2
Çox mürəkkəb olmayan material və konstruksiya
(həcmlər,ölçülər)...............................................................0.3
Boru kəməri
materialları...................................................................................................................
................0.5
Dəyişilən hissələr (qarışdırıcı,nasoshossələri,aparat qapaları və
s)..................................................................1.5
Həmin detallar,ancaq
çuqundan......................................................................................................................
..3.0
Tez-tezdəyişilən
detallar(hissələr)..........................................................................................................
..........6.0
(barbater,sifon və s )
Hələ layihələndirmə və konstruksiya işləri zamanı çalışırlar ki,korroziya
faktorlarını aradan qaldırsınlar ( aparatlarda istiliyin qeyri bərabərliyini,yerli
qızmanı,müxtəlif metalların kontaktını və s).Kostruksiyalarda korroziyanı
stimullaşdırıcı faktorların yaranamasını-aralıq (deşik,yarıq) korroziyasını aradan
qaldırmaq lazımdır.Aralıqların olması korroziyanı intensivləşdirir.Qaynaq
birləşmələri üçün elektrodların tərkibi elə olmalıdır ki,elektrodun tərkibi metala
uyğun olsun.
Avadanlıqların korroziyaya qarşı davamlılığını təmin etmək üçün texnoloji şəraiti
nəzərə alaraq müvafiq konstruksiya materialı seçmək lazımdır.Bu sahədə geniş
nomenklaturaya malik metallar mövcuddur.
....Polad,çuqun,leqirlənmiş poladlar və s.
Əlvan metallardan Al,Cu,Ni,Tn və s. istifadə olunur.Elektrokimyəvi mühafizəli
metallardan da istifadə olunur.
...Qeyri metal materiallar,odadavamlı,elektro- və istilik izolyasiyalı,qeyri üzvi
materiallardan füturovka etməklə korroziyadan mühafizə olunur...
...Bunlardan əlavə avadanlıqların korroziyaya qarşı möhkəmliyiin saxlamaq üçün -
-korroziya mühitini işlətməklə onun aqressivliyini azaltmaq
-korroziyanı azaltmaq üçün-inqibitorlardan istifadə
-metalların elektrokimyəvi mühafizə
.....
Elektrokimyəvi üsulla metalların mühafizəsi effektli üsullardan sayılır.Belə
mühafizə etibarlı və uzunmüddətliyi ilə fərqlənir.
Magistral borular,yeraltı kabellər və aparatlarda elektromühafizədən istifadə xalq
təsərrüfatında mühüm əhəmiyyət kəsb edir.
Korroziya — Metalların və onların ərintilərinin ətraf mühitin təsirindən
dağılmasına korroziya deyilir. Dağılma prosesinin mexanizminə görə korroziyanın
kimyəvi və elektrokimyəvi növləri ayırd edilir. Elektrolit və ya su mühitində digər
metalla təmasda olan metalın və ya ərintinin dağılmasına elektrokimyəvi korroziya
deyilir. Elektrokimyəvi korroziya turş, qələvi və neytral mühitdə gedə bilər.
Korroziyanın bu növünə misal olaraq turş mühitdə mislə təmasda olan dəmirin
korroziyasını göstərmək olar. Eelektrokimyəvi korroziya zamanı elektronlar daha
aktiv metaldan az aktiv metala keçir və nəticədə aktiv metal korroziyaya uğrayır.
Korroziyanın növünü və xüsusiyyətlərini müəyyən edən faktorlar (amillər) olduqca
müxtəlifdir.Metalların korroziyaya uğramalarının səbəbi onların xassələrindədir-
termodinamik möhkəm olmamalarında,metallik vəziyyətdən daha energetik
davamlılığa keçməsi-oksid və ya ion vəziyyətində olmasındadır.Korroziya
mühitində metalların müxtəlifliyi şəraitdən asılı olaraq korroziya növlərinin
müxtəlifliyindən asılıdır.
müxtəlif
növ
korroziya
növləri
üzrə
metalların korroziya prosesinin
ümumiləşdirilmiş təsnifatı verilmişdir.
-korroziya mühiti üzrə
-dağılmanın xarakterinə görə
-istismar şəraiti üzrə
-korroziya prosesinin mexanizminə görə
1qrup üçün izahata ehtiyac yoxdur.,
4qrup üzrə yuxarıda qeyd edilmişdir.
Bərabər səviyyəli korroziya nisbətən konstruksiyaların mexaniki möhkəmliyinə az
təsir edir.Qeyri-bərabər (yerli) korroziya metalın eynicinsli olmayan səthində baş
verir. Səthaltı korroziyda dağılma və korroziya məhsulu metalın daxilində toplanır
və bu metalın səthinin qararması,yaxud laylanması ilə nəticələnir.
Müasir dövrdə texnologiyanın sürətlə inkişaf etdiyi qlobal və yerli mühitdə metal
tərkibli avadanlıqların korroziyadan mühafizəsi aktual problemlərdən biridir. Bu
problem daha çox neft sektorunun əsası olan neft və qaz hasilatı, nəqli və emalı
zamanı polad avadanlıq və boru kəmərlərinin atmosfer korroziyasının təsirinə
məruz qalması ilə bağlıdır. Eyni zamanda kənd təsərrüfatı texnikası və hərbi
texnikanın istismar müddətindən daha çox konservasiya şəraitində saxlandığı
nəzərə alınarsa, bu sferada intensiv korroziya proseslərinin mövcudluğu aydın
görünür. Korroziya prosesləri yaratdığı iqtisadi problemlərlə bərabər, planetimizin
ekoloji faktorlarının da kəskin dəyişməsinə səbəb olur. Hər il dünya miqyasında
istehsal olunan metalların 15-20%-i korroziya nəticəsində yararsız hala düşür.
ABŞ-ın korroziya üzrə mütəxəssislər assosiasiyasında aparılan tədqiqatlar
nəticəsində müəyyən edilmişdir ki, bütün dünyada bir ildə korroziya nəticəsində
baş verən itki 150-200 millyard dollar təşkil edir ki, bunun da 40-45 milyard
dolları daxili yanma mühərriklərinin təmirinə, 30-40 milyard dolları nəqliyyat
vasitələrinin səthində gedən korroziya proseslərinə, 40-50 milyard dolları yeraltı
dəniz və sənaye avadanlıqlarında baş verən korroziya itkisinə, 30-40 milyard
dolları neftçıxarma, neft emalı və kimya sənayesində baş verən itkilərə aiddir.
Rusiya Federasiyası nda korroziya prosesləri nəticəsində itirilən maliyyə vəsaiti
dövlətin milli gəlirinin 12%-ni təşkil edir. Respublikamızın yerləşdiyi regionun
Xəzər hövzəsinin daimi təsiri altında olduğunu nəzərə alsaq, istər iqtisadi, istərsə
də ekoloji aspektdən baxdıqda korroziya probleminin həllinin ölkəmizin
iqtisadiyyatı üçün prioritet olduğu aydın görünür. Korroziyanın belə geniş miqyaslı
problem olduğunu nəzərə alıb ona qarşı müxtəlif üsullarla mübarizə yolları
axtarılır. Ağır iqtisadi itkilərlə nəticələnən korroziya problemləri son 200 ildə
tədqiqatçıların diqqətini cəlb etmişdir. Atmosfer korroziyasının maksimum geniş
təsir dairəsinə malik olduğunu nəzərə alaraq bu sahədə daha intensiv tədqiqatlar
aparılmaqdadır. Bu tədqiqat üsulları müxtəlif olsa da onlarda ümumi və əsas
prinsip metalın səthinin atmosferlə təmasda olmasının qarşısını almaqdan ibarətdir.
Müasir elmin qəbul etdiyi korroziyadan effektiv mühafizə üsullarından biri
konservasiya materiallarının sistematik şəkildə tətbiq edilməsidir. Korroziyaya
qarşı yüksək müdafiə effektinə və uzunmüddətli təsirə malik konservasiya
materialları ümumi müəyyənləşdirilmiş bir sıra tələbləri ödəməlidir: optimal
tərkibli və çoxfunksiyalı olmaqla konservasiya mayelərinə korroziyaya qarşı əlavə
olunan aşqarlar, mühit kimi istifadə olunan yağlarda yaxşı həll olmalıdır, iqtisadi
cəhətdən səmərəli və ekoloji baxımdan təhlükəsiz olmaqla, istehsal texnologiyası
sadə struktura malik olmalıdır. Respublikamızda da korroziyadan yüksək mühafizə
qabiliyyətinə malik konservasiya mayeləri və sürtkülərinin yaradılması çox
mühüm aktuallıq kəsb edir. Bu tələbatı nəzərə alaraq təqdim olunan dissertasiya işi
korroziya probleminin həllinə həsr edilmişdir.
Korroziya proseslərinin böyük problem kimi artmasına səbəb olan amillərdən biri
kimi atmosfer təsirindən yaranan korroziyanı göstərmək olar. Ona görə də atmosfer
korroziyası bu sahədə çalışan mütəxəssislər üçün əsas tədqiqiat obyekti olaraq
qalmaqdadır. Atmosfer korroziyasının təsiri ilə sənayenin müxtəlif sahələrində
avadanlıqların sıradan çıxması, ətraf mühitə külli miqdarda tullantıların atılması,
antropogen fəaliyyətin mənfi təsir etdiyi ətraf mühitin daha da çirklənməsi ilə
nəticələnir. Korroziya nəticəsində ən çox itki verən sahələr aşağıdakılardır:
yanacaq-energetika kompleksi – 29 %, kənd təsərrüfatına xidmət edən texnika – 20
%, kimya və neft-kimya sənayesi – 15 %, metal emalı sənayesi – 52 %. Xüsusilə
qeyd etmək lazımıdır ki, texniki vasitələrin vaxtından əvvəl işə yararsız hala düşmə
səbəbinin 33 % -i korroziya prosesidir. Qeyd olunan korroziya proseslərinin isə 75-
80 % -i texnikanın konservasiya şəraitində qalması zamanı detalların korroziyaya
uğraması səbəbindən baş verir ki, bunun da qarşısını almağın ən əlverişli yolu
korroziyaya qarşı konservasiya materiallarından istifadə etməkdir. Korroziya
prosesinin törətdiyi nəticələri aradan qaldırmaq üçün əvvəlcə onun yaranma
səbəblərini aşkar etmək lazımdır. Bu baxımdan ilk növbədə metalın hansı növ
korroziyaya uğradığı müəyyən edilməlidir. Korroziya prosesinin mexanizmindən
asılı olaraq kimyəvi, elektrokimyəvi və biokimyəvi korroziyalar mövcuddur.
Kimyəvi korroziya – heterogen kimyəvi reaksiyalar hesabına baş verən
proseslərdir. Kimyəvi korroziya metalın korroziya törədici mühitlə elə qarşılıqlı
təsiri prosesidir ki, metalın oksidləşməsi və korroziya mühitinin oksidləşdirici
komponentinin reduksiyası eyni zamanda baş verir. Korroziya məhsulları birbaşa
korroziyaya uğrayan səthdə əmələ gəlir. Bu növ korroziyaya aşağıda göstərilənlər
aiddir:
‒ Qaz korroziyası (qaz mühitində yüksək temperatur şəraitində metalın
oksidləşməsi). Qeyd olunduğu kimi qaz korroziyası kimyəvi korroziyanın bir
növüdür. Qaz korroziyası aşağı temperaturda və quru hava şəraitində və ya yüksək
temperaturda və su buxarı şəraitində baş verir.
‒ temperaturun artması ilə qaz korroziyasının sürətinin artması təxmini olaraq
Arrenius tənliyi ilə belə ifadə olunur: Ln K=
K – reaksiya sürəti, Avə B sabitlər; T– mütləq temperaturdur. Havanın oksigeni ilə
dəmirin səthində gedən kimyəvi korroziya zamanı səthdə maqnetit Fe3O4 və
hematit Fe2O3 əmələ gəlir. Daha yüksək temperatur şəraitində isə (>570°C)
vyustit FeO əmələ gəlir. Karbonlu poladın səthində korroziya prosesi zamanı
aşağıdakı tənlik üzrə karbonsuzlaşma prosesi baş verir ki, bu da onun korroziyaya
davamlılığını azaldır.
Fe3C + O2 →3Fe + CO2
Anoloji proses CO2 və H2O mühitində də baş verir: Fe3C + CO2 → 3Fe + 2CO
Fe3C + H2O→3Fe + CO+H2
‒ Qeyri-elektrolitlərlə korroziya.
Qeyri elektrolit olan həlledicilər mühitində (benzol, toluol, dördxlorlu karbon,
maye yanacaqlar) gedən korroziyalar metal və həlledicilər arasında gedən kimyəvi
reaksiyalar nəticəsində baş verir. Ona görə də belə hallarda çox vaxt avadanlıqlar
paslanmayan metallardan hazırlanır. Elektrokimyəvi korroziya. Bu zaman eyni
vaxtda paralel olaraq iki reaksiya gedir. Yəni korroziyaya uğrayan metalın səthində
lokallaşmış anod və katod reaksiyaları baş verir Elektrokimyəvi korroziyanın anod
prosesi həmişə metalın ionlaşması ilə müşayiət olunur. Katod prosesində isə metalı
oksidləşdirən müxtəlif ionlar və ya molekullar iştirak edə bilər. Katod və anod
reaksiyalarını aşağıda verilmiş tənliklər şəklində təsəvvür etmək olar: Katod
reaksiyaları:
H+ +e-→½H2 Ag++ e - → Ag
Anod reaksiyaları:
S2O82- + 2e- → 2SO42- MnO4- + e- → MnO42-
Elektrolitlərdə həll olmuş duz molekullarının reduksiyası:
O2 + 2H2O + 4e- → 4OH- Cl2+ 2e- → 2Cl- Oksid və hidroksid örtüklərinin
reduksiyası:
Fe3O4 + 2H2O + e- → 3FeO +2OH- Fe(OH)3+ e- → Fe(OH)2 + OH- Üzvi
birləşmələrin reduksiyası:
R + 2H+ + 2e- → RH2 RO + 4H+ + 4e-→ RH2 + H2O Elektokimyəvi korroziya
reaksiyalarının bir neçə növü var:
‒ nəm qaz və ya havada atmosfer korroziyası; Metalların atmosfer korroziyası
elektokimyəvi korroziyanın ən geniş yayılmış növüdür. Atmosfer korroziyası adi
temperaturda havada olan nəmliyin hesabına baş verir. Atmosferin müxtəlif
qazlarla (CO2, H2S, SO2, Cl2, NOx və s.) çirklənməsi atmosfer korroziyasını
sürətləndirir. Ona görə də böyük sənaye qurğuları olan yerlərdə atmosfer
korroziyası dəfələrlə artır. Rütubətli havada bu özünü xüsusilə büruzə verir
‒ duzların ərintiləri də daxil olmaqla maye mühitlərdə və ya elektrolitlərdə
korroziya; Dəniz korroziyası da elektokimyəvi korroziyanın bir növüdür və fərdi
xüsusiyyətlərə malikdir. Suda yüksək korroziya aqressivliyi yaradan 4%-ə yaxın
duzların olmasıdır. Burada xlor ionlarının hesabına anod prosesi aktivləşir.
‒ yeraltı qurğuların torpaq və ya yeraltı korroziyası;
Yeraltı korroziyaya neft, qaz, su borularında və kabellərində və s. avadanlıqlarda
baş verən proseslər aiddir. Bu korroziyanı ən çox sürətləndirən mühitin pH
göstəricisi və nəmliyidir. ‒xaricdən cərəyanın təsiri ilə baş verən elektrokorroziya.
Elektrikləşmiş dəmiryol xətlərinin, elektrik qurğularının, elektrik qaynaq
aparatlarının, elektrik sexlərində azmış cərəyanın təsirilə bu korroziya baş verə
bilir. Biokimyəvi korroziya– mikroorqanizmlərin metala təsiri ilə əlaqədar olan
prosesdir. Bu proses iki səbəbdən baş verə bilər. Birinci metal özü
mikroorqanizmlər üçün qida mənbəyi ola bilər. İkinci mikroorqanizmlərin həyat və
fəaliyyəti zamanı əmələ gələn birləşmələrin təsirilə korroziya prosesi baş verə
bilər. Mühitdən və şəraitdən asılı olaraq korroziya prosesinin özü də müxtəlif
formalarda müşahidə olunur;
‒bərabərqiymətli korroziya – metalın bütün səthi boyu eyni səviyyədə gedən
korroziyaya deyilir. ‒pittinq korroziyası – lokal tipli aşınmalara aid olub, adətən
metalın bir sahəsində başqa sahələrə nisbətən daha dərin korroziya prosesi baş
verir. Bu prosesə əsasən metal səthi ilə mayenin sürətlə axını olan yerlərdə rast
gəlmək olar.
‒kristallararası korroziya – metal dənəciklərinin səthləri boyu lokal korroziya
aşınmalarıdır. Dənəciklərarası maddə anod kimi fəaliyyət göstərərək katod olan
dənəciklərin özlərinin böyük səthi ilə kontaktda olur. Nəticədə sürətlə gedən
korroziya prosesi metalın dərinliyinə işləyərək böyük problemlər yaradır.
‒ korroziya çatlaması ‒ səbəbləri metala korroziya prosesi ilə bərabər xarici təsirin
də olması nəticəsində baş verir ki, bunu da korroziya yorğunluğu adlandırırlar.
Korroziya proseslərinin nə qədər çoxşaxəli və təhlükəli olduğuna nəzər saldıqdan
sonra bu prosesə qarşı yollar axtarılmasının vacibliyi heç bir şübhə doğurmur.
Nəzərə almaq lazımdır ki, bu problem iqtisadiyyata vurduğu ziyanlarla bərabər
ekologiyaya da ciddi ziyan vurur. Bu iki problem bir-biri ilə o qədər sıx bağlıdır ki,
onları bir-birindən ayrılıqda həll etməyi təsəvvür etmək çətindir. Digər tərəfdən
ekoloji problem kimi atmosferin çirklənməsi də öz növbəsində korroziya
prosesinin sürətlənməsinə səbəb olur. Ona görə də hər iki problemin birgə həlli çox
vacibdir.
Korroziya prosesinin qarşısını tam almaq mümkün olmasa da, onun sürətini nəzərə
çarpacaq dərəcədə azaltmağın müxtəlif yolları vardır ki, bunun da ən səmərəli və
asan tətbiq oluna biləni korroziyaya qarşı inhibitorlardan istifadə olunmasıdır.
Korroziya inhibitorlarının geniş tətbiq sahələrindən biri də neftçıxarma və neft
emalı sənayeləridir. Bu sahədə korroziya inhibitorlarından istifadə etməklə yüksək
nəticələr əldə edilmişdir. Korroziya inhibitorlarından sənayedə geniş istifadə
edilməsinin səbəbi təkcə onun effektivliyi yox, eyni zamanda universal xassəyə
malik olması və iqtisadi cəhətdən səmərəliliyidir. Hazırda tərkibcə qeyri-üzvi və
üzvi birləşmələrdən ibarət olan çoxlu miqdarda korroziya inhibitorları məlumdur.
İnhibitor – latın sözü olub “inhibeo”, yəni prosesi dayandıran, qarşısını alan və ya
yavaşıdan deməkdir. Inhibitorlar kimyəvi tərkibinə görə üzvi və qeyri-üzvi
birlşmələrdən ibarət olur. Qeyri-üzvi birləşmələrdən ibarət olan inhibitorlara misal
olaraq NaNO2, K2Cr2O7, Na2CrO4, Na2MoO4 və s. göstərmək olar. Tərkibcə
üzvi birləşmələrdən ibarət olan birləşmələrə misal olaraq monoetanolamini,
dietilamini, formaldehidi, benzoat dietilamini, alkilsulfonatları, ammonium
duzlarını, neft turşularının duzlarını, aminləri, nitrobirləşmələri və s. göstərmək
olar. Üzvi tərkibli inhiitorların təsir mexanizmi başlıca olaraq iki tip adsorbsiya
prosesi ilə xarakterizə olunur: fiziki və kimyəvi.
Elektrokimyəvi korroziyanın sürətləndirilməsi
Elektrokimyəvi korroziya aşağıdakı hallarda sürətlənir:
1.
Təmasda olan metallar elektrokimyəvi gərginlik sırasında bir-birindən nə
qədər uzaqda yerləşərsə;
2.
Məhlulun turşuluğu və oksidləşdiricilərin qatılığı nə qədər çox olarsa;
3.
Temperatur yüksək olarsa;
4.
Korroziyaya uğrayan metalda qatışıqlar çox olarsa.
5.
Korroziyadan mühafizə
6.
Korroziyadan mühafizə üçün aşağıdakı üsullardan istifadə edilir:
Metalların səthinə qoruyucu örtüklərin çəkilməsi. Mühafizəedici örtüklər metallik
(sink, qalay, qurğuşun, nikel, xrom vəs.) və qeyri-metallik (boya, lak, emal, qatran
və s.) olur.
Metalın səthindəki qoruyucu örtük təbəqəsi qorunan metaldan passiv olarsa, onda
qoruyucu təbəqənin dağıldığı yerdən metalın korroziyası başlayır. Əgər qoruyucu
örtük qorunan metaldan aktiv olarsa, onda örtük təbəqəsi müəyyən yerdən dağılsa
da üzərini örtdüyü metalı qoruyur.
Korroziyaya davamlı ərintilərin alınması. Ərintilərin tərkibinə Ni, Co, Cu və Cr
əlavə etdikdə (belə proses legirlənmə adlanır) korroziyaya davamlı ərintilər alınır.
Elektrokimyəvi üsullar. Bu məqsədlə protektor və katod mühafizəsi üsulları tətbiq
edilir.
Protektor mühafizəsi zamanı qorunan məmulata daha aktiv metal, məsələn, Mg,
Al, Zn pərçim edilir. Bu zaman korroziyaya daha aktiv metal uğrayır.
Katod mühafizəsi zamanı qorunan məmulat sabit cərrəyan mənbəyinin katoduna,
mənbəyin anodu isə hər-hansı bir dəmir parçasına birləşdirilir. Sabit cərəyan
mənbəyi elektronları anoddan alıb katoda verir və oksidləşdirici katodda reduksiya
olunur; dəmir parçası dağılır, məmulat isə qorunur.
Mühitin tərkibinin dəyişdirilməsi. Korroziyanın qarşısını almaq və ya onun sürətini
azaltmaq üçün metalın təmasda olduğu mühitə korroziyanı yavaşladan maddə
qatılır. Belə maddələr ingibitor adlanır.
Qeyri-üzvi maddələrdə - nitritlər, xromatlar, fosfatlar və silikatlar, üzvi
maddələrdən - amonlər ingibitor kimi istifadə olunur.
Dostları ilə paylaş: |