partlayış yarad bilərsə,onda yaranmayan buxar və qazlardan istifadə etmək
lazımdır ki,qəza halları aradan qalxsın.Həm də bunu həm aparatda (avadanlıqda) ,
həm də həmin binada bunu etmək lazımdır ki,təhlükə halı aradan qalxsın.
Ən çox belə xəbərdarlıq məqsədilə azot,karbon qazı (4-oksid) və haloid
birləşmələrindən istifadə olunur.Eləcə də karbon 4-xlorid partlayıcı qarışığı
fleqmatizasiya edir,metilbromid karbohidrogenlərin alışmasını azaldır.
Haloid birləşmələrin (olefinlər,hidroxinon,dəmir-karbonil və s.) əyləndirici
təsiri onunla izah olunur ki,onlar yanma prosesinin reaksiyanın əvvəlində aktiv
mərkəzləri birləşdirir və yanmanın zəncirvari reaksiyasını sındırır.
Maddələrin əyləndirici təsiri onların istilik tutumundan,istilik
keçirməsindən, parçalanma istiliyindən və yanma temperaturunda kimyəvi
aktivliyindən asılıdır.
Yüksək istilik tutumuna malik olan maddələrin qaynar (yanan) qarışıqlara
əlavə edilməsi qarışığın temperaturunun artmasına və reaksiyanın sürətinin
azalmasına səbəb olur.
Əlavə olunan maddənin yüksək istilik tutumu olduqda qızan zonadan
temperaturun götürülməsinə və yana biləcək qaynar qarışığın alışması təhlükəsinin
azalmasına nail olunur.
Əgər yanar qaynar qarışığa CH
3
Br və CH
2
BrCl qarışığı əlavə
edilərsə,burada fleqmatizasiya effekti yüksəl olaraq,nəinki azot və CO
2
əlavə
olunduqda. 1-ci halda reaksiyanın əylənmə mexanizmi baş verir,2-ci halda
reaksiyanın istilik balansı azalır və oksigen qatılığı düşür.
Bəzi hallarda qaynar qazların fleqmatizasiyası üçün elə qaynar qaz əlavə
olunur (məs : hidrogen hava qarışığının fleqmatizasiyası üçün metan)
Yanğın təhlükəsini aradan qaldırmaq üçün hər bir konkret hal üçün
araşdırmalar aparılır,istifadə ediləcək metodlar və onların xəbərdarlığı üsulları
müəyyən edilir.
Yanğın və partlayışın yayılmasının aradan qaldırılması
Texnoloji proseslər zamanı alovun (yanğının) boru kəmərlərində də baş
verməsi mümkündür.Borularda mayelər,qazlar,toz formalı maddələr,nəqledici
lentlərdə bərk yanar maddələr ötürülür və onların yanması zamanı alov geniş
yayılı.
Alovun yayılmasının qarşısını almaq üçün aşağıdakı tədbirlər görülməlidir :
-maye axan borularda (maye borularında) borunun tam bağlanmaması və ya
dövri olaraq mayenin olmaması zamanı əks klapan qoyulur və yaxud setkalı filtr
(yanğın ayıran) , eləcə də hidravliki tıxac qoyulur ;
-qaz borularında hidravliki zatvor (bağlayıcı) , yanğınayıran və ya ayırıcı
membran qoyulur.Suyun təzyiqi belə hidrozatvorlarda (tıxaclarda) 1 k Pa (100
mm*san) olan işçi təzyiqdən yüksəkdir ;
-toz hava qarışıq ötürülən yerdə sorma (otsos) olan yerlərdə ayırıcı “şiber” və
yaxud avtomatik yanğınsaxlayıcı siyirtmələr (zadvişka) qoyulur.Avtomatik
siyirtmələr istilik tənzimləyicisi (termorele),termoelement və digər qurğuların təsiri
ilə işləyir.Digər tərəfdən boru hazırlanması zamanı bir diametrdən digərinə keçid
üzənformada (sığallı) həyata keçirilir,prokladkalar böyük üfüq altında aparılır.
Üfiqi və maili nəqledicilər yanğın maneələri ilə kəsişdikdə deşik (aralıq)
avtomatik qapılarla və ya yüngül (asan) bağlanan qapılarla təchiz olunur.Belə
mühafizələr bəzi hallarda əlavə olaraq sulu mühafizələr (sulu pərdələr) qurğularla
təmin edilir.
Yanğınların yayılmasının qarşısını alan qurğulara eyni zamanda qəza
zamanı mayelərin tökülməsi üçün çənlər aiddir.Belə çənlərə “nəfər” boruları
qoyulur, onların setkası,hidrotıxacı və axın xətti olur. Partlayış əleyhinə klapan və
membranlar
Oddan mane qurğularının etibarlığını artırmaq və partlayışın dağıdıcı
təsirini aradan qaldırmaq üçün aparatlarda,qaz və tozborularında,eləcə də digər
qurğularda müxtəlif konstruksiyalı partlayış əleyhinə klapanlar,yaxud sındırıcı
(kəsici,ayırıcı, üzücü və s.) membranlar qoyulur.Membranlar alüminiumdan,asbest
materialdan, misdən və s. hazırlanır.Membranlar əsasən boru kəmərinin dib
hissəsində qaynar qaz qarışığının hərəkətinə perpendikulyar və yaxud
15
0
bucaq
altında qoyulur. Üzücü membranlar odamaneedicilərlə birgə qoyurlar.Qaz
qarışığının partlaması zamanı alov odamaneedicilərdən keçərək alov və partlayışın
yayılmasına səbəb olar.Lakin boru kəmərində quraşdırılan membranlar üzülmə
zamanı partlayışın təzyiqini azaldır və odamaneələrin işinin etibarlılığını
artırır.Qaz qarışığı detonasiya qabiliyyətli olduqda membranlar odamaneələrin
önündə genişləndirici kamerada quraşdırılır.Borunun özünün üzərində membran bu
halda ona görə quraşdırılmır ki,membran zərbə dalğası odamaneədən keçdikdən
sonra dağılacaqdır.Membran partladıqdan sonra boruda vakuum əmələ gəlməsini
aradan qaldırmaq və membranı mexaniki zədədən qorumaq üçün onu xüsusi əks-
klapanla mühafizə edirlər.
|